"Səni ömrümə
yazmışam"
Müasir Azərbaycan poeziyasında
məxsusi yaradıcılıq
manerası, poetik təfəkkürünün zənginliyi,
bədii düşüncələrinin
təravəti ilə
seçilən istedadlı
şairlərdən biri
Şəmsi Vəfadardır.
Zəngin söz aləmi, bədii predmetə yanaşma özəlliyi, düşüncə genişliyi,
cəmiyyətə münasibəti,
duyğularının təbiiliyi
onun poetik özünəməxsusluğunu şərtləndirir.
"Səni ömrümə
yazmışam" yeni
şeirlər kitabı
ilə oxucuların görüşünə gələn
Şəmsi Vəfadar
öz yaradıcılıq
dəst-xəttinə sadiq
qalıb.
Poeziya şairin
fərdi yaradıcılığının
ehtiva olunduğu ruhani məkandır. Hər bir
şairi düşündürən
önəmli cəhətlərdən
biri də əsərlərinin əbədiliyinin
cövhərini tapmaq üçün fenomenal istedad sərgiləməsidir.
Bu arzunun, istəyin
çin olması üçün sənətkarın
özünəxas üslubu,
yaradıcılıq fərdiliyi
vacib elementdir. Zaman sübut edib ki, şairin üslub fərdiyyəti yaradıcılığının başlıca indeksi olmaqla bərabər, həm də bədii nümunənin, bədii əsərin uzunömürlü olmasını
təmin edən əsas amillərdəndir.
Şəmsi Vəfadarın yaradıcılığında
bədii fikrin inkişaf mərhələlərini
əyaniləşdirən bir
vasitə kimi onun fərdi üslubu, həm də şairin gerçəkliyin obyektiv təsvirində, dünyanın
poetik dərkində, qavrayışında hansı
sənətkarlıq prinsiplərinə
əsaslandığını, nəticədə onun mənsub olduğu yaradıcılıq metodunu
da əyaniləşdirir.
Çünki şairin
yaradıcılıq məxsusiyyəti,
poetik obyektin inikas üslubu, bədii detala yanaşma prinsipləri, dünyagörüşünün, fərdi duyumunun istiqamətləri məhz
fərdi üslubun araşdırılması zamanı
üzə çıxır.
"Səni ömrümə
yazmışam" poetik
toplusundakı şeirlər
Şəmsi Vəfadarın
yaradıcılıq uğuru
kimi böyük səciyyə daşıyır.
Onun zəngin
poeziya aləmini yüksək bədii təsvir və ifadə gözəlliklərinin,
səmimi və təbii duyğuların əks olunduğu poetik tablolar qalereyası adlandırmaq olar. "Anasızlar" silsilə şeirləri şairin poetik qüdrətinin, bədii idrakının genişliyini
ehtiva etməklə yanaşı, həm də bu dolğun
bədii nümunələrdə
milli-mənəvi dəyərlərin
sənət müstəvisində
poetik inikası, ədəbi-ictimai düşüncənin
sanbalı, forma və
məzmunun vəhdətindəki
modern özünüifadə bacarığı bədii
təfəkkürünün zənginliyinə və orijinallığına dəlalət
edir.
"Ata"
laylasıyla gedər yuxuya,
Qəm oxunar
gözlərində.
"Ana"
sözü gizlənər
sözlərində.
yaxud:
Anasız
qız
"Vağzalı" üstündə
gəlin köçəndə
Anasızlıq olar
Ən bahalı cehizi...
və yaxud:
Ana Vətən!
Anasızları
heç kəs
Sənin
qədər
Ovuda bilməz...
Kiridə
bilməz...
Şəmsi Vəfadarın vətənpərvərlik
mövzusunda qələmə
aldığı əsərlər
də bədii-fəlsəfi
və poetik dolğunluğu ilə poeziyamızın uğuru
kimi səciyyəvidir. Yurdumuzun Qarabağ
ağrısını səmimi
və özünəməxsus
poetik detallarla sözün aynasında işıqlandırması ilə
oxucunu dərdin bir gün yeniləcəyinə
inandırır. Şairin
"Qarabağ" şeirindəki
bədii ümumiləşdirmə
bədii-ictimai mündəricəsi
baxımından diqqət
çəkir:
"Qarabağa can vermiş,
Gör nə qədər şəhid var!
Onların ruhu belə
Hər gün üsyana qalxar.
Balaca körpələr də
Bu kəlmənin başından
Durub dünyaya
baxar".
Körpələrin də "Qarabağ" kəlməsindən dünyaya
baxması şairin vətənpərvərlik duyğularının
sənət müstəvisində
poetik ictimai tapıntısı və bədii çağırışı
kimi diqqətəlayiqdir. Şeirin ictimai-fəlsəfi
qayəsi daha dərin mətləblərin,
- yurda bağlılığın
fəlsəfi məzmununu
sərgiləyir.
Şəmsi Vəfadarın şeirləri
daha çox gerçəkliklə, reallıqla
bağlıdır. Bu poetik nümunələrdə
həyatın səsi,
zamanın nəfəsi,
həmçinin insan ruhunun lirik-psixoloji məqamları bədii detallarla, idiomatik ifadələrlə əks
olunur. Şeirlərdə həqiqət duyğusu,
ədalət yanğısı,
sevən ürəyin
həsrət notları
poetik düşüncənin
başlıca məramına
çevrilir. Şairin obrazlar
dünyasında həyatın
ağırları dolğun
poetik səmimiyyətlə
indeksləşir. Şəmsi Vəfadar
dünyaya, həyata, cəmiyyətə geniş
təfəkkür işığında
nəzər salan şairdir. Onun şeir və
poemasında oxucu dünyanı dərk etməyə çalışan,
insan şəxsiyyətinin
ucalığının, əzəmətinin
sirrini sözün aynasında canlandıran müqəddəslik önündə
heyrətlənən bir
şairin düşüncə,
fikir dünyası ilə tanışlığına
məmnun olur.
Şairin şeirlərinin lirik qəhrəmanı müşahidə qabiliyyəti ilə fərqlənir. Onun fərdi poetik siması, təkcə yazdığı şeirlərin üslub xüsusiyyətlərində deyil, həm də hadisələrə yanaşmasında, onları seçməsində və dəyərləndirməsində, lirik "mən"in əhvali-ruhiyyəsini təbii və səmimi boyalarla canlandırmasındadır.
"Sən gəlin köçən gün..." şeiri şairin həsrət, intizar duyğularının necə səmimi poetik ifadələrlə ehtiva etməsinə güzgü tutur. Sevən ürəyin həsrət odunu, yanğısını misralarda duyur oxucu.
"Sənə çalınan toy mənim eşqimin,
Matəmi olacaq, yası olacaq.
İllər dolansa da, aylar ötsə də,
Sənə olan eşqim cavan qalacaq".
Lirik-psixoloji durumun səmimi bədii
ovqatla, poetik detallarla təbii ifadəsi oxucunu duyğulandırır. Şairin ruhundakı
intonasiyanın təravəti
poetik düşüncənin,
bədii fikrin ifadəliliyinə məxsusi
rəng qatır.
"Səni ömrümə
yazmışam" poetik
toplusu bədii sanbalı və sənətkarlıq məziyyətlərinin
zənginliyi baxımından
istedadlı şair Şəmsi Vəfadarın
yaradıcılıq uğuru
kimi dəyərlidir.
Balayar SADİQ
525-ci qəzet.- 2016.- 20 dekabr.- S.8.