TANRI, MƏNİ ÇƏK YANINA

 

Bu dünya bir baxışıymış,

Görünəni naxışıymış.

Ömür şimşək çaxışıymış,

Tanrı, məni çək yanına.

 

işığa çox aldandım,

Aldandıqca nələr qandım.

Qana-qana elə yandım...

Tanrı, məni çək yanına.

 

Yer ahdı ki, göy ahdı ki,

Qalxan-enən hey ahdı ki!

Yerdə qullarallah”dı ki...

Tanrı, məni çək yanına.

 

Üzdə yalan al qazanır,

Gürşad tərif xal qazanır.

Xal qazanan yal qazanır,

Tanrı, məni çək yanına.

 

Susan dildə xiffət yatır,

Deyilməyən iffət yatır.

Hər üzdə min sifət yatır,

Tanrı, məni çək yanına.

 

Yazılanlar varaqdadı,

Yazılmayan yaraqdadı.

Hərə bir cür maraqdadı,

Tanrı, məni çək yanına.

 

Açan güllər baxtım olsun,

Yol gəlməyə vaxtım olsun.

Ayaq altın taxtım olsun,

Tanrı, məni çək yanına,

Tanrı, məni çək yanına.

 

NƏ GÜNAHI?

 

Möhnət - qəddin bükümü,

Büküm ürək yükümü?

Payız - yarpaq tökümü,

Yellərin günahı?

 

Yağış səpir - xeyir ki,

Çöllər əlvan geyir ki.

Daşlar daşı yeyir ki,

Sellərin günahı?

 

Söz - qələmdi, kağızdı,

Kim yazmadı, kim yazdı.

Sözü yayan ağızdı,

Dillərin günahı?

 

Gələn gəlib, girlənir,

Qaşda düyün sirlənir.

Başda qılınc hərlənir,

Ellərin günahı?

 

Cavad, ayın, həftəndi,

Bundan belən kefdəndi.

Qalan günlər nəfdəndi,

İllərin günahı?

 

DİRİ ÖLÜ

 

Bir qadın qəlbinə girə bilmədin,

Bir qız ürəyinə yazılmadın heç.

Qəlbini birinə verə bilmədin,

Birinin qəlbində yaz olmadın heç.

 

Böyrünü kəsdirdin elə ananın,

Böyürlər kəsdirmək mətləbin oldu.

Qohumu, qonşunu özgə sananın,

Doğrayıb tökdüyü məktəbin oldu.

 

Bəzən doğramdan qabağa getdin,

Dörd divar içində külləndin ancaq.

Arzun da olmadı deyim ki, yetdin,

Şeytanlar qoynunda yelləndin ancaq.

 

Beləcə yayıldın qara sərinə,

Beləcə bilmədin uzaq da varmış.

Baharda çıxmadın çəmən seyrinə,

Payızda duymadın sazaq da varmış.

 

Üz dönür, göz dönür barsız olandan,

Bükülən hər şəkər noğul olmayır.

Ana dizlərini tutub qalandan

Övlad yetişməyir, oğul olmayır.

 

Bir çiçək açanda üzün gülmədi,

Bir düzə getmədin, bir yal aşmadın.

Bir uşaq görəndə gözün gülmədi,

Bir qoca görəndə salamlaşmadın.

 

Sevgilər qapısı üzünə bağlı,

Dərəni sevmədin, dağı sevmədin.

Bu dünya yaranıb qaralı,ağlı,

Qaranı sevmədin, ağı sevmədin.

 

Altmışı keçmisən, subaysan hələ,

Ocaqda, bucaqda bir bəhərin yox.

Qapını ağardır qış gülə-gülə,

Qaralır axşamın, səhərin yox.

 

yaxşı, hamıdan biri deyilsən,

yaxşı, nəticə toplam sonunda.

Diri doğulmusan, diri deyilsən,

Ölüsən, gəzirsən diri donunda.

 

ÇOXLARI UNUDUR QONAQ ADINI

 

Bu dünya əzəldən qonaq üçündü,

Gələni, gedəri qonaqdı, vallah!

Verilən ömür sınaq üçündü,

Sınaqdan çıxmayan qınaqdı, vallah!

 

Buludlar illərlə sağına gələ,

Dağları göylərlə əyişən deyil.

Millətlər axışa, bəşər tökülə,

Qərarı qərardı, dəyişən deyil.

 

Çöllərin yaxası təpə düyməli,

Düyməli yaxada hər oba - sancaq.

Gələnlər hamısıİnqənəğməli,

Gedənlər nəğməsiz gedirlər ancaq.

 

Gələnin əvvəli-gedənin sonu,

Çay deyil, addamac kəsə qoyula.

Dəyişmir, dəyişmir dünya qanunu,

Bu məclis deyildir, səsə qoyula.

 

Çoxları unudur qonaq adını,

Elə bu dünyadamənəmdeyirlər.

yaxın tanıyır, yadını,

Hamını mən gərək yenəmdeyirlər.

 

Min ildi bu gəlim, bu gedim belə,

Bu gəlim-gedimdən qopan olmayıb.

Min ildineyləyim”, “ edimbelə...

Hələ bu cavabı tapan olmayıb.

 

Gəlmişəm, bilirəm, bir gəlmərəm,

Gedənlər dalınca gələnlər lir.

Haçan gedəsiyəm, deyə bilmərəm,

Haçan gedəsiyəm - Yaradan bilir.

 

OLAR

 

Korun-korun yanar ocaq,

Tüstülənən baca olar.

Yerə dəyər barlı budaq,

Dayaq-dirək haça olar.

 

Sərraf olan duyar gözdən,

Arif olan tutar sözdən.

Üz gözləmə sürtük üzdən,

Sürtülən üz maça olar.

 

At belində səkər igid,

Düşmən bağrı sökər igid.

El qeyrəti çəkər igid,

El gözündə uca olar.

 

Göç daranar, oymaqlanar,

Süd sərilər, qaymaqlanar.

Oğul-uşaq yaylaqlanar,

Evdə qalan qoca olar.

 

KƏSRİ KƏSRƏ VURMAYIN...

 

Kəsri kəsrə vurmayın,

Yenə kəsir qalacaq.

Tanış sifət, tanış üz,

Məmmədnəsirqalacaq.

Vuruldum bir Kəsirə,

Birləşərik,-düşündüm.

Bu dünyanın tərkinə

Yerləşərik,-düşündüm.

Gördüm ki, yanılmışam,

Vurulmaq yalan imiş.

İstəklərə aldanıb

Durulmaq yalan imiş.

İki addım atmamış

Əyişmələr başladı.

Sazlı aşıqlar kimi

Deyişmələr başladı.

...Yenə başqa bir Kəsir...

Tay aradım özümə.

Çəkdiyimiz zəhmətdən

Pay aradım özümə.

Gördüm yenə aldanış...

Əlim üzümdə qaldı.

Hədər getdi zəhmətim,

Arzum gözümdə qaldı.

...Kəsri kəsrə vurmayın,

Vurulmur min əsrdi.

Min illər vursanız,

Kəsir elə kəsirdi.

 

DAĞ YOLU

 

Görünən hər dağı yaxın bilməyin,

Görünən hər dağın min cığırı var.

Uzatsam əlimi, çatar deməyin,

Hellənən hər daşın çal-çağırı var.

 

Cığırlar dolanır, kəsişir elə,

O daşdan, bu daşdan keçəsən gərək.

Birini tutmamış, getməmiş hələ

Cığırı cığırdan seçəsən gərək.

 

Bir tale yüklənir bəzən bir himə,

Yarıqlar, oyuqlar bir kaha kimi.

Dərəyə baxırsan - qorxu, vahimə,

Ağzını açıbdı əjdaha kimi.

 

Dağlara qalxmağın öz qanunu var,

Qorxdunmu - daşlarda illənəcəksən.

Geriyə baxmağın bircə sonu var,

Geriyə baxdınmı - millənəcəksən.

 

Adama əl tutur bəzən bir kolu,

Qalxanı qaldırıb boşlayır elə.

Aşağı baxanı sevmir dağ yolu,

Yuxarı qalxanı xoşlayır elə.

 

Zirvədə apaydın seçilir hər şey,

Yer göyə birləşir, göyki yerə.

Zirvədən baxanda kiçilir hər şey,

Şəhər kəndə dönür, kənd binələrə.

 

Hünəri olana çoxu mat qalır,

Tufandan, borandan bac almır hər kəs.

Zirvəyə qalxanlar qalxır, ucalır,

Zirvədən enməyi bacarmır hər kəs.

 

Kim baxıb zirvədən baxdığı kimi,

Deyirəm necə bu ali haldı.

Zirvədən zirvəyə qalxdığı kimi

İnsan enməyi bacarmalıdı.

   

QƏZƏL

 

O qədər var görmüşəm, əlimdə, bax, kiri qalıb,

Kir olanı dərk etməyən bir o qədər geri qalıb.

 

Çəkmişəm bəs qədəri ağlı gödək tənəsini,

Demişəm ötüb keçər, ötməyib heç, yeri qalıb.

 

Bir yetimin bir uğuru çox yandırıb çoxlarını,

Gözləri heyrət yuvası - zillənib hey, iri qalıb.

 

Gah göyərib, gah qaralıb xəbis olan ilmizalım,

Vücudu çöpə dönüb, bir sümük, bir dəri qalıb.

 

Çoxunu az görənin daş əridər iştahası,

Azını çox bilənin gövhəri, zəri qalıb.

 

Əltutan əllərini kəsmə, Cavad, kimsədən heç,

Sən görən köhnələrin qoy desinlər biri qalıb.

 

Cavad ZEYNAL

 

 

525-ci qəzet.- 2016.- 24 dekabr.- S.22.