Sumqayıtda şair Sabir Sarvanın 60 yaşı qeyd
edildi
Sumqayıt “Poeziya Evi”ndə
Şəhər İcra
Hakimiyyətinin dəstəyi,
Mədəniyyət və
Turizm İdarəsinin
təşkilatçılığı ilə AYB Sumqayıt bölməsinin sədri, şair Sabir Sarvanın 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü
ilə açan şair Əjdər Ol yubilyarın həyat və yaradıcılığı barədə
fikirlərini bölüşərək
deyib: “Hər bir şair milli
ruhun daşıyıcısıdır.
Sabir Sarvan milli ruhu
özündə daşıyan
və yaşadan şairlərdəndir” deyən
Əjdər Ol qələm dostunu təbrik edib, ona yeni yaradıcılıq
uğurları arzulayıb.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının
müavini Teymur Səmədov çıxış
edərək ölkə
və şəhər
rəhbərliyinin ədəbi
mühitə diqqət
və qayğısından
danışıb. O, yubilyara
Şəhər İcra
Hakimiyyətinin başçısı
Zakir Fərəcovun təbrikini çatdırıb,
Fəxri Fərman və hədiyyə təqdim edərək yaradıcılıq uğurları
arzulayıb.
AYB-nin katibi İlqar
Fəhmi, tənqidçi
İlham Abbasov, şair Sayman Arus, yazıçı Varis və digərləri
Sabir Sarvanı təbrik edib, şairə xoş arzularını çatdırıblar.
Muğam üçlüyünün ifası,
Sumqayıt Dövlət
Dram Teatrı aktyorlarının
təqdimatında səslənən
şeirlər rəğbətlə
qarşılanıb.
Sonda şair
Sabir Sarvan
çıxış edərək gecənin təşkilatçılarına,
şəhər rəhbərliyinə və
iştirakçılara təşəkkürünü bildirib, şeirlərini oxuyub.
525-ci qəzet.- 2016.- 24 dekabr.- S.13.