“Azərbaycan” jurnalının bu il üçün son sayı

 

 

“Azərbaycan” jurnalının dekabr sayı nəşr olunub.

 

Jurnal “Ramiz Rövşənin 70 yaşı”na həsr olunan xüsusi rubrika ilə açılır. “Sözü ilahidəndir” yazısında jurnalın baş redaktoru İntiqam Qasımzadə şairlə bağlı duyğu düşüncələrini dilə gətirib: “...Məncə Ramiz Rövşən şeirinin enerjisi İlahidəndir. Onun Yaradanla sanki birbaşa əlaqəsi var; O ötürür bu enerjini ona...”

 

Yazını R. Rövşənin “Xəyanət” kinopovesti izləyir. Rubrikada Vaqif Yusiflinin Südabə Ağabalayevanın məqalələri yer alıb.

 

“Poeziya” bölməsində Firuzə Məmmədli, Ramiz Qusarçaylı, Afaq Şıxlı, Avdı Qoşqar, Fuad Babanlı, Balayar Sadiq, Əbülfəz Ülvi və Mahirə Nağıqızının şeirləri verilib.

 

Murad İbrahimbəyovun “Şəbəkə” povesti və Nisə Bəyimin “Təkbuynuzlu” fantastik romanı “Nəsr” bölməsində dərc olunub.

 

“Yeni tərcümələr” rubrikasında Məmməd Orucun çevirdiyi Sergey Kozlovun “Adi əhvalat” hekayəsi çap edilib.

 

“Uşaq ədəbiyyatı” bölməsində Reyhan Yusifqızının “İgid şahin”, “Təranənin arzusu” hekayələri, Məzahir Süleymanzadə, Tahirə İsaqızı, Qəşəm İsabəyli, Polad Bilaloğlu, İlham İlhami, Tükəzban Vəliqızı, Zahir Avşar Eloğlu və Mikayıl Yanarın şeirləri işıq üzü görüb.

 

Mehriban Rzayevanın “Ölən ümidlərin ruhu naminə”, Aynur Sabitovanın “Con Uintropun diniictimai-siyasi baxışları” və Vaqif Yusiflinin “Şairəm, deməli, mənimki dərddi...” məqalələri “Tənqid və ədəbiyyatşünaslıq” bölümündə öz əksini tapıb.

 

“Kitab rəfi”ndə annotasiyalar təqdim edilib.

 

MÜŞFİQ

 

525-ci qəzet.- 2016.- 24 dekabr.- S.13.