“Azərbaycan” qəzetində
parlament hesabatları və şərhlər
Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyi qarşısında
I cild
(noyabr 1918 - aprel 1920)
Araşdırıb
toplayanı, ərəb əlifbasından latın
əlifbasına çevirəni, ön sözün müəllifi,
lüğətin tərtibçisi: Şirməmməd
Hüseynov
Transliterasiya
redaktorları: professor Şamil Vəliyev, elmi işçi
Samir Xalidoğlu (Mirzəyev)
(Əvvəli
ötən şənbə sayımızda)
Qəbul
olunan layiheyi-qanuniyyə budur:
1- Azərbaycan Məclisi-Məbusanının mühafizəsi
üçün 200 nəfərdən mütəşəkkil
bir qorucu bölügü təşkil olunur.
2- Qorucu
bölügü Məclisi-Məbusan Divani-Rəyasəti təhti-idarəsində
bulunacaqdır.
3- Qorucu
bölügünə komandanlar və nəfərlər dəvəti
rəyasət ixtiyarındadır.
4- Qorucu
bölügünün məsarifi üçün bu layihəyə
əlavə olunan məsarif surəti üzrə sənədə
2 milyon 200 min manat dövlət xəzinə-sindən
buraxılıyor.
Sədr - Növbədəki məsələ parlaman
mülkünün məxaric smeta-sıdır. Söz
büdcə-maliyyə komisyonu sədri Əbuzər bəy
Rzayevindir.
Əbuzər bəy - (Oxuyur).
1- Məclisi-Məbusan
nəzarətçisi (1) ayda 1000 manat
Nəzarətçi
müavini (1) 800
Qapıçı
(3) 550
Xidmətçi
(4) 550
Sil-süpürücü
- 550
Dalandar
(2) 550
2- 1919-cu il müddətinə lazım olan yanacaq:
5 ay
müddətinə 34 soba üçün:
Neft -
90946 manat
Karanka
Kayronka
(bağlı) 520
3- Mənzillərin
işığı - 13000 manat
4- Zənglərin
tərkibi - 4800
5- 8
telefon və 5 əlavəsi - 6500
6- Təmirati-cariyyə
- 6000 manat
7- su yolu və qapı, pəncərə və
sairənin təmizlənməsi - 18000 manat
8- Dəftərxanə
üçün qənd-çay ildə - 8000 manat
9- Sandalya
və sair ləvazim - 100.000 manat
10-
Xüsusi ittifaqlarda müavinəti nəqdiyyə - 12000 manat
Maliyyə komisyonu bu layihəyə baxaraq bəzi yerlərini
təshih etmişdir. İştə protokol:
Məclisi-Məbusana
ləvazim heyəti tərəfindən parlaman
mülkünün və onun xədəmə və məmurlarının
məxarici həqqində təqdim olunan smeta müzakirə
edilərək atidəki, təshih ilə qəbul olunur:
1- Birinci
maddə 4-cü fəsil: dörd xidmətçi əvəzinə
2 olmalıdır.
2-
Üçüncü maddədəki işıq xərci -
3000 manat olmalıdır.
3-
Beşinci maddə telefon xərci - 3000 olmalıdır.
4-
Altıncı maddədə göstərilən xərc - 3000
manat olmalıdır.
5- Yeddinci
maddədəki xərc - 1000 manat olmalıdır.
6- Səkkizinci
maddədən qənd çıxarılmalı və xərc
6000 manat olmalıdır.
7- Onuncu
maddədəki xərc - 253216 manat olmalıdır.
Sədr - Bu barədə danışmaq istəyən
varsa buyursun. Parlaman etiraz etmiyorsa səsə qoyuram. (Ruscaya tərcümə edilir). Parlaman
binasının məxarici 1918 dekabr ayı ilə bərabər
13 ay müddətinə maliyyə komisyonu tərəfindən
253216 manat qəbul olunur. Təfsilatı
eşitdiniz, hər kəs bunu qəbul ediyorsa əlini
qaldırsın. (Əllər qalxıyor).
Demək müttəhidülrəy qəbul
olunur.
“Azərbaycan”,
21 fevral 1919, ¹119
Xassə
- qvardiya
Mayəhtac
- insana gərəkli şeylər
Mütəbaqi
- artıq qalanı
İblağ
- çatdırmaq
Təəyyüş
- yaşama
Təsmiyyə
- adlandırma
Fövc -
dəstə
Sədr - Söz təriq və məabir naziri Məlikaslanovundur.
Məlikaslanov - Bən bu layihə xüsusunda bir qədər
məlumat vermək istiyoram. Məbuslardan Əbilov
öylə diyor ki, guya bu qanun havadan gəlib buraya
düşübdür. Bilməlisiniz bu layihə
buraya çıxınca bir neçə komisyondan
keçmişdir. Dəmiryol təariflərinin
artırılmasından başqa hər cür mədaxil
yolları da vaqonun artırılması da həp nəzərə
alınmışlardır. Təarifin
artırılmasından hasil olan 3 milyon manat yenə də 8
milyonluq zərəri qapamıyor, hərgah biz bütün zərərləri
çıxarmaq üçün yalnız təarifləri
artırmaqla kifayət edib dəmiryolunun başqa işlərini
düzəltməgə və mədaxilin çoxalmasına
çalışmalıydıq o vəqt təarifi 8 qat
artırmaq lazım gələrdi. Vəhalonki
biz ancaq birdən ikiyə qədər qat
artırmışıq. Vaqonların
çoxalmasında çalışırıq ki, mədaxil
artsın. Bunların həpsi nəzərə
alındıqdan sonra layihə təqdim edilmişdir. Yenə təkrar ediyoram ki, dəmiryolları hər
gün 70-80 min manat zərər veriyorlar. Ona
görə rica ediyoram layihəyi təxirə salmayıb bu
gün qəbul edəsiniz.
Sədr - Söz Əhməd Cövdət əfəndinindir.
Əhməd
Cövdət - (Sosialist) Əfəndilər! Necə
ki, nazir əfəndi söylədi, doğrudan da yolların və
xəzinənin zərəri o qədər böyükdür
ki, bunun qabağını almaq lazımdır. Məlumdur ki, Zaqafqasiya dəmiryolu Rusiya
yollarının ən mənfəətlisi idi. İmdi isə ayda 8 milyon zərər veriyor. Bunca zərərə təhəmmül ediləməz.
Lakin dəmiryol naziri burada bizə müəyyən
bir yer göstərmədi. Dedilər ki,
dekabr ayı hesabilə yolun zərəri ayda 8 milyondur. Bu doğrudur. Amma ayların
arasında təfavüt var o zaman türklər Bakıdan
gediyorlar idi. Vaqonlar onların əlində
idi. Oktyabr ayı ondan da fəna idi. Fəqət o vəqt əhval qeyri-təbii idi.
Amma yanvar ayında böylə degildir. İləriki aylara nisbətən əhval
yaxşılaşmışdır. Nazir həzrətləri
yanvar həqqində bizə məlumat verməli idi görək
yolun mədaxili, məxarici nədir. Bəlkə
8 milyon degil azdır. Təəssüf ki,
bu barədə məlumat verilmədi.
İmdi biz burada dekabr ayını ölçü
götürüyoruz, amma bu düz olmaz. Zira dekabr
ayında zərər artıq idi. Yanvar ayında isə
zərər ola bilər ki, az olsun. Əvvəla hər halda zərəri qapamaq
lazımdır. Bunun üçün bilet
ilə kirayənin artırılmasını təklif ediyorlar
və deyirlər ki, qanun qəbul olunmadıqca gündə
70-80 min manat zərər var. Yoldaşımız Əbilov
dedigi kibi təarif artdıqca malların qiyməti də
artacaq. Bu da əhali və fəhlə
üzərinə gələcək, pul isə möhtəkirlərin
cibinə girəcəkdir. Yoldaşımız
deyən kibi əgər bilək ki, bu gün təarifləri
artırmaqla işlər tamamilə düzələcək və
100 milyon zərər olmıyacaqdır, o vəqt layihəyi qəbul
edərdik. Fəqət biz biliyoruz ki,
böylə olmayacaqdır. Təarifənin
artmasilə mallar bahalanacaq. Fəhlə də
məvacibin artırılması barəsində tələbat
verəcəkdir, nazir gəlib yenidən təariflərin
artması həqqində layihə təqdim edəcəkdir.
Bu surətlə onlar artdıracaq, biz
artıracağız. Bunların həpsi əsasın
düz olmamasındandır. Hökumət
çalışıb bahalığın qabağını
almalıdır. Bu barədə keçən
dəfə burada 3 gün danışdıq. Bu qədər danışığın bir nəticəsi
olub-olmadığını bilmiyoruz. Hərgah
hökumət bu barədə bir tədbir görmüş
olsaydı nəticəsini görərdik. Mərkəzi ev komitəsi kibi bir müəssisənin tədbirilə
çörəgi ucuzlatmaq mümkün isə, onun sayəsində
bazarda malların qiyməti düşüyorsa, santrodomun
qüvvəti çatan bir şeyə hökumətin qüvvəti
çatmazmı? Hökumət də qənd,
çay və sair şeyləri özgə yerdən alıb
gətirsin ucuz qiymət ilə əhaliyə satsın və
bu surətlə bazarda malın ucuzlaşmasına səbəb
olsun. Vəilla haman stanok yenə
işləyib bilaaram pul çıxaracaqdır. Və bu bahalığın qabağını almaq
mümkün olmayacaqdır. Zənnimizcə
dəmiryol nəzarəti çalışıb yol ilə gedən
ingilis və könüllü əskərdən para alsa və
yoldakı bir para hərəkətlər rəf edilib işlər
nizamə salınsa dəmiryolunun zərəri 3-4 milyondan əskik
olar ki, buna da hökumətimiz təhəmmül edə bilər.
Məlumunuzdur ki, oktyabr və noyabr aylarında dəmiryolunun
mədaxili yox idi zərəri vardı. Bu
zərərə o vəqt təhəmmül olundu. İmdi isə mədaxilimiz də var, fəqət
burasını nəzərə almalıdır ki, dəmiryolunda
vəziyyət sabiq Rusiya zamanındakı kibi degildir. Ona görə nə tövr olsa da indi zərər
çıxaracaqdır. Bu zərərə
də təhəmmül eməliyiz.
Məlum olduğu üzrə bizimki kibi Gürcüstan dəmiryolları
da zərər verdigindən Gürcüstan təriq və məabir
naziri də təarifənin artırılması həqqində
parlamana bir layihə təqdim etmişdi. Fəqət
parlaman təariflərin artırılmasını qəbul etməyib
yolun nizamə salınması və bahalığın
önünün alınması üçün tədbirlər
görülməsini təklif etdi və bir müddət də
zərərə dözməgi təhti-qərarə aldı.
Biz dəxi bu zərərə hələlik təhəmmül
etməliyiz. Bu layihə büdcə
komisyonunda müzakirə olunan zaman bizim fraksiyanın nümayəndəsi
biletlərin artırılması əleyhinə səs
vermişdir. Bizdə layihədə birinci
və ikinci klas biletlərinin qiymətinin 50 faiz, amma
üçüncü klasın 60 faiz artırılması təklif
olunur. Halbuki bu klas ilə gedənlər
kasıblardır. Ona görə üçüncü
klasın biletini az
bahalandırmalıdır ki, kasıbların gücü
çatsın. Əlavə hökumət o
nöqteyi-nəzərdə olmamalıdır ki, hər yerdə
qiymət artıyor, bizdə də artsın. Hökumət ancaq mədaxili artırmaq
üçün qəti tədbirlər görməlidir.
Bizim fraksiyamız bu rəydədir ki, təarifənin
artmasilə bu zərərlərin önünü almaq olmaz.
Məsələnin digər cəhətinə gəldikdə
deyirlər ki, bu layihə təcilidir. Məlum
olduğu üzrə keçənlərdə də bir təcili
layihə vardı. Şimdi büdcə
komissiyasında yenə bir təcili layihə var. Ola bilər
ki, sonralar da olsun. Keçənlərdə
dedigimiz kibi yenə təklif ediyoruz ki, qanun layihəsi parlaman
müzakirəsinə təqdim olunmaqdan əvvəl fraksiyalara
verilsin ki, onlar layihəyi müzakirə edərək rəylərini
deyə bilsinlər.
M.Ə.Rəsulzadə - (Müsavat) Müzakirə edilən məsələdə iki əsas var. Biri budur ki, qanun müzakirə olunmaqdan əvvəl fraksiyalara verilsin. Əvət, fraksiyalara qanunları əvvəlcə göndərməlidir ki, məbuslar layihənin məzmunundan xəbərdar olsunlar və parlamanda müzakirə olunarkən idrakla rəy versinlər. Bu məsələ o qədər sərih və aşkardır ki, əleyhində olmaq qeyri-mümkündür. Bu təklif parlaman tərəfindən ilk dəfə vaqe olmuyor. Keçəndə də bir qanun barəsində müzakirə vəqti qanunların qabaqca fraksiyalara göndərilmələri həqqində bir qərar qət olunmuşdu. Fəqət aparatın xarablığındanmı, ya nədən isə qanunlar daima təcili oluyorlar. Şimdi yenə təcilidir - deniliyor. Deməli bu da o surətlə təcili qəbul olunsa, bir daha təcili qanun təklif edilər və bu surətlə arxası heç zamankəsilməz. Sosialistlərin bu xüsusdakı fikirlərinə tamamilə iştirak edərəm. Mümkün olduğu qədər parlamanı təcili qanunlardan xilas etməlidir. Ona görə şimdi təcili surətdə təklif olunan qanunun “təcili” kəlməsində “c” hərfini “a”yə əvəz etməklə təcili qanuni tacil etsək daha müvafiq olar.
Məsələnin ikinci cəhəti budur ki, sosialist fraksiyası biletlərin qiymətinin artırılması əleyhindədirlər. Öylə təsəvvür ediyorlar ki, bu surətlə bahalığa səbəb olunar və nəticədə təkrar əmələlərin məvacibinin artırılmasını mucib olaraq pul kəsən makina daha ziyadə işləyəcəkdir. Bu öylə bir məsələdir ki, ona artıq dərəcə ehtiyat ilə yaxınlaşmalıdır. Fəqət bənə öylə gəliyor ki, vaqe olan təklif ilə pul makinası daha çox işləyə bilər. Çünki əgər məvaciblərin artırılması gəlirdən degil, xəzinədən veriləcək olursa, o zaman makina daha çox işləyəcək, kağız pulun miqdarı çoxalacaq. Eyni zamanda qiyməti də əksilərək şeylər daha da bahalanacaqdır. Burada diyorlar ki, biletlərin qiyməti artırılmaqla bahalıq da artar, bu doğru degildir.
Əlbəttə mümkündür ki, başqa vasitələr və yollar ilə bu zərərin önü alına bilsin. Dəmiryolunun xərci yalnız 8 milyon degil, bəlkə daha fəzlədir. Burada yalnız biletin qiymətini on dəfə artırmaqla 100 qat artmış məsarifi ödəmək olmaz. Məsələyə diqqət ilə yanaşmalıdır. Əsas etibarilə biletlərin artırılması həyatı zərərləndirsə kağız pul miqdarının artması daha da zərərdir.
Fəqət bununla bərabər qanun layihəsinin fraksiyalara verilməsi həqqindəki təklifə israr edən olursa biz də iştirak edəriz.
Sədr - Söz Yusif Əhmədovundur.
Əhmədov - (Bitərəf) Zənnimcə məcburuz
bu layihəyi qəbul edək. Ona görə ki, buyurdular ki, gündə
80 min manat zərər var. Qanun nə qədər gec qəbul
edilsə zərər o qədər artıq olacaqdır. Lakin onu
çox saxlamaq ilə yenə də bahalığa bir
çarə edilməz. Bahalığın
şiddət etməsinin səbəbi burada degildir, başqa cəhətlərdədir.
Və bu səbəbləri əksiltmək, baha
şeyləri ucuz etmək, zənnimcə təriq və məabir
nazirinə degil, ərzaq nəzarətinə aid bir məsələdir.
Bu bir azardır ki, illət harasında
olmağı tapmaq qəzetələrdə də çox
yazılır. Cəmi Avropa aqilləri və
tacirləri də bundan acizdirlər. Bu bir
çətin məsələdir. O vəqt ki, mal
olmadı əlbəttə bahalanacaqdır. Mal
olsa, təbi özü-özlügündən
ucuzlaşacaqdır. Malların məmləkətə
idxalı məsələsində də təriq və məabir
nazirinin əlində bir çarə varsa, o da yolların
yaxşılaşdırılması və ərzaq gətirməgin
asanlaşdırılmasıdır. Bahalığa
qarşı tədbirləri gərək ərzaq naziri
görsün. Əhli-xəbərədən
lazım olan adamları çağırsın, işləsin.
Odur ki, bən keçən dəfə də
söyləmişdim ki, ticarət nəzarəti indində
tacirlərdən ibarət bir komisyon olsun. O komisyon təşkil
edilsə əlbəttə nazirin işi asan olar. Bən sizi inandırıyoram ki, xəstənin həkimə
nə qədər ehtiyacı varsa, ərzaq işlərinin də
tacirlərə o dərəcə ehtiyacı var. Bən
özüm tacirlər nümayəndəsi olduğum
üçün təkrar parlamana təklif ediyoram bu məsələlərə
baxmaq üçün bir komisyon təşkil olunsun və məsələ
ətraflıca müzakirə edilsin. O vəqt
bahalığın önü alınar. Bən yenə təklif
ediyoram ki, təriq və məabir nəzarətindən varid
olan qanun layihəsini parlaman tamamilə qəbul etməsə də
barı Gürcüstan hökumətinin qəbul
etmiş olduğu maddələri qəbul etsin. Çünki
məzkur maddələri gürcülər fevralın birindən
etibarən daxildə tətbiq ediyorlar və beynəlmiləl
tətbiqi üçün bizim qərardadımıza məəttəldirlər.
“Azərbaycan”,
22 fevral 1919, ¹120
Təzayüd
- artma, çoxaltma
Təcil
- təcili, tələsdirmə
Tacil - təxirə
salma, mölət təyin etmə
İndi -
nəzdində, yanında
İllət
- xəstəlik
(Ardı var)
Şirməmməd HÜSEYNOV
525-ci qəzet.-
2016.- 24 dekabr.- S.21.