Bir gülüstana
aşiq oldum...
Türkiyəli şair, İLESAM-ın başqanı Mehmet Nuri Parmaksızın “Həsrət, eşq və sükut” kitabı “aybkitab” layihəsi üzrə nəşr olunub.
Kitabı Türkiyə türkcəsindən
Azərbaycan dilinə
gənc yazar Gülnar Səma çevirib, redaktoru şair Ələmdar Cabbarlıdır.
Kitabda yer alan
esselərdən nümunələri
oxucularımıza təqdim
edirik.
Yuxusuzluq
çətin deyil gözlərimə...
Bir gülüstana
aşiq oldum ki, soruşmayın. Həm də
bülbülləri yalançı
çıxardacaq qədər.
Əllərinə, barmaqlarına, alnına, bir dəfə görə bilmə şərəfinə nail olduğum
üzünə və
saçlarına qalu-bəladan
bəri vurğunam o gözəlin.
Heç
atəş də sevilərmi deməyin, sevilərmiş! Həm də ölümünə.
Heç həsrətin həddindən
artığı istənilirmi
deməyin və dahası varmı deyə düşünməyin,
vardır çünki.
Əllərim, barmaqlarım, üzüm,
gözüm, xülasə,
bütün vücudum
darıxmaqdan dəli kimi olmuş. Bu xəstəliyin bir dərmanı yoxdur hər halda dünyada.
Yuxusuzluq problem deyil gözlərimə. Əllərim eşq üçün yazmaqdan xoşbəxt.
Dilim sevgini tərənnüm etməkdən sərxoş.
Barmaqlarım atəşini tapdı
və sərməst oldular, lakin könlümə qəm vura bimirəm, hələ də.
Gecənin səssizliyi içində
düşüncələrimi yuxuya verə bilmirəm. Çarə olsun deyə
nələrə cəhd
etmədim ki. Atəşi su söndürərmiş,
təcrübədə yoxladım
bunu.
Atəş ancaq onu odlayanla
dayandırılır və
sözə baxır, amma onsuz qalanda
da olan olur
gecə.
Şükür etmək və səcdə yaxşı təsir edir həmişə. Təslim olmuşsan eşqə
ən təsirli olandır şükür.
Amma bəzən şükür
də çarə olmur könülə.
Sanki şükür böyüdür
atəşi və alışır, od tutur sevda. Uçurumlardan hər gün
yıxılmaq kimidir bu həsrət. Öldükcə ölməyi gəlir
insanın.
Doya bilməmək
məsələsi ən
dolaşıq mövzu
imiş ki. Həsrətin səbəbkarı bu doya bilməməkmi, görəsən? Həm doya
bilməmək, həm
də qıya bilməmək eşqin nəticəsidir, əlbəttə.
Qıra bilməmək də əlavə olununca bunlara olacaqlar olur onda. Həsrət
hər an sinə qəfəsini yumruqlayarmı insanın ürək döyüntüləri
ilə? Qanı çəkilirmi sevdiyi gəlincə ağılına? Çəkilirmiş anladım.
Bu haldan şikayətçi
deyiləm mən; sitəmkar da deyiləm. Yalnız halımı ifadə
etdim, içimi tökdüm sözlərə.
Bu qədər zorlanıb da şükrdən heç
imtina etmədim ki mən.
Təslim oldum Rəbbimə, qədərə və eşqə. Məhşərim onunla olsun; Sonsuzluğum onun olsun bu yetər
mənə.
Baxışların qığılcım
mənə düşər
har olur,
Son nəfəsdə son sözüm,
şübhəsiz ki, yar olur.
Sən dördüncü cəmrəsin
bir gülüşünlə
belə
Könül gülüstanımda
hər mövsüm bahar olur.
Mehmet Nuri PARMAKSIZ
525-ci qəzet.- 2016.- 24 dekabr.- S.13.