Ölməzlik
(şeir)
Milli Qəhrəman
Ələkbər Əliyevin
xatirəsinə
İlk dəfə
Həkəri sahilində
mən,
Öz doğma
yurdunda, öz elində mən
Əsgər geyimində
görmüşəm Onu
-
Vətəndaş Ələkbər Həsən
oğlunu.
Qalıb yaddaşımda
buludlu səhər,
Cəsurlar sıraya
düzülmüşdülər;
Xoş sözü
dilimin ucunda qalıb,
Əlinin istisi ovcumda qalıb.
Andına, işinə
rəvac verərək,
Türklərdən tələsib
Laçın tərəfə;
Xeyli yırtıcını
yerə sərərək,
Özü həmişəlik düşdü
tarixə.
Adını, eşqini
bu gün şəhidin
Can, ömür sirdaşı Reyhan yaşadır;
Xəyal bəy,
Xəyalə, Esmira, Ruhin,
Ata sevgisini hər an yaşadır.
Fikrimdən keçəni cahana deyim:
Getməyib ardınca
şöhrətin, şanın;
Bakıda əbədi
məskunlaşanın
Yaşı otuz yeddi qalacaq
daim.
Ölkələr dolaşsın
nikbin səs-səda:
Gələcək - uğurlu zəfərli çağdır.
Ələkbər yurd yeri Muradxanlıda
Möhtəşəm heykəltək
ucalacaqdır!
Oqtay RZA
Əməkdar müəllim
525-ci qəzet.- 2016.-22 dekabr.- S.8.