Görkəmli tarzən Sadıqcanın 170 illiyi qeyd olundu

 

Şuşa Rayon İcra Hakimiyyəti, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə görkəmli tarzən Sadıqcanın 170 illik yubileyi qeyd olunub.

Tədbiri giriş sözü ilə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi İdarə Heyətinin sədri Bayram Səfərov açıb.

O, musiqi beşiyi sayılan Şuşa da daxil olmaqla Ermənistan silahlı qüvvələrinin torpaqlarımıza hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğunu deyib.

Sonra Sadıqcan haqqında çəkilmiş videoçarx nümayiş olunub və tarzənə həsr edilmiş kitabın təqdimatı keçirilib.

Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva və Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova kitab haqqında fikirlərini söyləyiblər. 

Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında "Oxu tar" kompozisiyası nümayiş olunub.

Əməkdar artistlər Təyyar BayramovEhtiram Hüseynovun ifaları rəğbətlə dinlənilib.

Tarzən haqqında kitabın redaktoru Gülhüseyn Kazımlının aparıcı olduğu tədbirin sonunda Sadıqcanın kötücəsi Elxan Cəfərov çıxış edərək təşkilatçılara minnətdarlığını bildirib.

 

525-ci qəzet.- 2016.- 22 dekabr.- S.7.