Bakıda "Müharibəyə yox deyək" sərgisi

 

Azərbaycan Rəssamlar İttifaqının və Yeni İncəsənət Mərkəzinin təşkilatçılığı ilə "Müharibəyə yox deyək" adlı sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov çıxış edərək sərginin əhəmiyyətindən danışıb.

Xalq rəssamı deyib: "Bu gün dünyanın sülhsevər 41 ölkəsi müharibə əleyhinə tədbirlər keçirir, cəmiyyət üçün dinclik və əmin-amanlığın vacibliyini bildirirlər. Azərbaycan da bu baxımdan daim prinsipial mövqe nümayiş etdirir. Sərgidə nümayiş olunan əsərlərin mövzusu da bunu təsdiqləyir".

Sərginin ekspozisiyasında 72 sənət nümayiş olunub.

Sonda bir sıra gənc fırça ustalarına sertifikat hədiyyələr təqdim edilib.

 

525-ci qəzet.- 2016.- 22 dekabr.- S.7.