Mübarək
Dünya şöhrətli sənətkarımız,
Xalq artisti Zeynəb
xanım Xanlarovaya ithaf
Zeynəb - səhnəmizin gözəl Leylisi,
Bahar təranəli bülbülümüzdür;
"Şüştər"in, "Segah"ın səsidir səsi,
Odu, atəşi
- eşq, çələngi
sözdür.
Ucalıq
gətirib sənəti
bizə,
Misilsiz sərvəti - ecazkar səda;
Bakıda
doğulan müğənnimizə
Gül-çiçək verilib Amerikada!
Zeynəb
ulduzudur nəğməli
bürcün,
Dost, qardaş ellərdə ötməyi tarix;
Əsgər oğullarla görüşmək
üçün
Ön cəbhə
xəttinə getməyi
tarix.
Müşfiq dühasından ilham
alaraq,
Yolu Sayadlara salmağı xoşdur;
Kasıbın evində yandırıb
çıraq,
Millət vəkili də olmağı xoşdur.
Onu dəfələrlə alqışlayıbdır,
İstanbul, Buxarest, Tokio,
London...
Ona xoş duyğular bağışlayıbdır
Şərqdə - Çin, Hindistan, Qərbdə - Paris, Bonn.
Gəlir
teleqramı, gəlir təbriki,
Onu sevənlərin, tanıyanların;
Vətənlə bərabər cahan
deyir ki,
Ad günü mübarək Zeynəb xanımın!
Oqtay RZA
Əməkdar
müəllim
525-ci qəzet.- 2016.- 29 dekabr.- S.4.