“Azərbaycan” qəzetində
parlament hesabatları və şərhlər
Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyi qarşısında
I cild
(noyabr 1918 - aprel 1920)
Araşdırıb
toplayanı, ərəb əlifbasından latın
əlifbasına çevirəni, ön sözün müəllifi,
lüğətin tərtibçisi: Şirməmməd
Hüseynov
Transliterasiya
redaktorları: professor Şamil Vəliyev, elmi işçi
Samir Xalidoğlu (Mirzəyev)
(Əvvəli
ötən şənbə sayımızda)
Azərbaycan
Məclisi-Məbusanında 11-ci iclas
(keçən nömrədən mabəd)
Sədr - Bu barədə danışmaq istəyən
varmı? Söz təriq və məabir naziri Məlikaslanovundur.
Məlikaslanov - Əhməd bəy həzrətləri
dedilər ki, bu məsələ komisyonda müzakirə olunarkən
nazir bizə lazımınca məlumat verəmmədi. Doğrudan da
müfəssəl məlumat verilməmişdir. Səbəbi də budur ki, yanvar ayının mədaxil
və məxaricinə baxılıb tamamilə təhqiq edilməmişdir.
Bir də deyirlər ki, ölçü olmaq
üzrə dekabr əvəzinə yanvar ayını
götürməlidir. Amma bən diyoram ki,
dekabrı götürmək lazımdır. Doğrudan ola bilər ki, burada bir qədər artıq-əskik
olsun. Fəqət böylə səhvlərin
islahı pək asandır. Deyirlər ki, təarif
artsa şeylərin qiyməti də bahalanacaq, bu da məxaricin
artmasına bais olacaqdır. Hər halda
bunu nəzərə almalıdır. Fəqət
qiymətlərin artması həqqində bunu deyə bilərəm
ki, məsələn, pudu 120-150 manat olan taxılın kirayəsi
bir manat artmaqla məzənnəsinə təfavüt edə
bilməz. Qiymətlərin artması
üçün başqa tədbirlər görmək
lazımdır.
Bir də Gürcüstan hökuməti bu qanunun bir para
yerlərini qəbul etmişdir. Onların məmurları bizimkilərdən
iki qat az məvacib alıyorlar. Əlbəttə görünüyor ki, işin yola
getməsi üçün böylə güzəştlərdə
bulunmalıdır. Maliyat barəsində
çox məlumat vermək olardı. Fəqət
bən bunu qeyd etməliyəm ki, doğrudur kağız pul kəsilir,
bununla da pulun qiyməti azalıyor, mal bahalanıyor. Bunu danışmaq asandır, amma bunu da nəzərdə
tutmalıdır ki, məmləkətin əhvali-maliyyəsi pək
ağırdır. Bizim ümidimiz tək
neftədir ki, bunu da hal-hazırda lazım olan qədər
ixrac edə bilmiyoruz. Rusiya yolları
bağlıdır. Nefti ancaq Batum tərəfə
göndərə bilərdik, o da bu axır vəqtlər
Soçi tərəfdə olan hadisələrdən dolayı
ümidimizi azaltdı. Biz mümkün
olana qədər mədaxilimizin artmasına
çalışmalıyız. Bu təariflərin
bahalığına o qədər təsiri ola
bilməz. Ona görə bən təklif edərdim
hər gün 70-80 min manat zərərə razı olmayıb
bu layihəyi təsdiq edəsiniz. Hərgah
tamamilə təsdiq etməli olmasanız, təvəqqi edərdim
laməhəl Gürcüstan hökuməti qəbul etdigi maddələrə
baxıb siz də təsdiq edə idiniz. Çünki
məzkur maddələr Gürcüstanda fevralın birindən
etibarən tətbiq olunurlar. Bən yenə təkrar təvəqqe
edirəm layihənin tamamilə qəbulu mümkün olmasa da
bari böyük və kiçik sürətli yüklər və
sairlərin sabiq qiymətə nisbətlə 2 qat
artırılması həqqindəki maddəyi qəbul edəsiniz,
qalanlarını isə hələlik qəbul etməyərək
yenidən baxılmaq üçün fraksiyalara verə bilərsiniz.
Sədr - Bu barədə daha söz istəyən yoxmu? Yoxsa son
söz məruzəçinindir.
Rzayev - Bən də onun tərəfdarıyam ki, layihə
qabaqca mətbu surətdə fraksiyalara göndərilsin. Fəqət
ayda 8 milyondan dəmiryolu iki ayda 16 milyon manat zərər
etmişdir. Ona görə təklif ediyoram
bu layihəyi bu dəfəlik qəbul edəsiniz. Bundan sonrakı layihələri qabaqca fraksiyalarda
baxıb sonra ümumi iclasda müzakirəyə qoyarıq.
Burada Əhməd bəy dedi ki, Gürcüstan dəmiryolları
təarifəsinin artırılması layihəsini
gürcü parlamanı qəbul etməmişdir. Amma nazir həzrətləri buyurdular ki, bəzi maddələri
gürcülər qəbul etmişlərdir. Bir də nazir buyurdu ki, hökumət təklifi ilə
komissiyanın rəyi arasında o qədər təfavüt
yoxdur. Məbuslardan da Əbilov cənabları
buyurdular ki, təarifənin artmasilə mallar bahalanacaqdır.
Amma bəncə pudu 160 manat olan şeyin kirayəsinin
bir manat artması onun qiymətinə təfavüt edəmməz.
Bir də bir şey fikrimdən
çıxdı, bunu deməliyəm ki, sərnişin biletlərinin
artması kasıblara təfavüt etməz. Çünki füqəranın halı nəzərə
alınaraq kasıblar üçün dördüncü klas
vaqonu buraxılacaqdır. Bunun da qiyməti
üçüncü klas biletinin əvvəlki qiymətindən
də ucuz olacaqdır. Bu təarifləri qəbul
etsəniz, yenə ayda 4-5 milyon manat zərərimiz
olacaqdır. Ona görə bən təklif
ediyoram layihəyi təxirə salmayıb tamamilə qəbul
edəsiniz.
Sədr - Layihəyi dinlədiniz. Müəyyən
etiraz və müəyyən təklif olunmadı. Ancaq təriq və məabir naziri təklif etdi ki,
layihəyi tamamilə də olmasa Gürcüstanda qəbula
keçmiş qismi təsdiq edilsin. Büdcə-maliyyə
komissiyası isə layihənin tamamilə qəbulunu təklif
ediyor.
Səslər
- (Soldan) Komissiyanın sədri diyor:
Sədr - Burada məruzəçi komissiya tərəfindən
danışdığına görə təklifini də
komissiya adından səsə qoyacağam. Ola bilər
ki, komissiyada əzadan bəzisi səs verməmişdir. Fəqət əksəriyyəti-ara ilə qəbul
olunduğundan yenə komissiya adından oluyor. Komissiyanın təklifi əsaslı olduğundan bən
əvvəlcə onu səsə qoyuram. Əbilov: bu barədə?
Buyurun.
Əbilov - Biz müəyyən bir təklif etdik ki, qanun
layihəsi fraksiyalara verilsin. Bu təklif üzərində
israr edib duruyoruz.
Sədr - Şeyxəlibəyov buyurun.
Şeyxəlibəyov - bizim fraksiyadan da təklif olundu
ki, layihə fraksiyalara verilsin. Və bu təklif
birinci olduğu üçün qabaqca bunu səsə qoymaq
lazımdır.
Sədr - Təklif olundu ki, ələlümum layihələr
fraksiyalara verilsinlər. Bu təklifin bu günki layihəyə dəxi şamil
olunduğunu bən bilmədim, öylə isə bən səsə
qoyuram: əgər bu qəbul olunmazsa onda məruzəçinin
təklifini səsə qoyaram. İmdi hər kəs
təqdim və müzakirə olunmuş layihənin növbədən
götürülərək fraksiyalara
köçürülməsi tərəfdarıdır rica
edirəm əlini qaldırsın. (Əllər
qalxıyor). Deməli əksəriyyətlə
qəbul olunur. Söz hökumət
üzvü Məlikaslanovundur.
Məlikaslanov - Bən onu demək istiyoram ki, bu barədə
gündə bizə çox zərər dəgiyor. Ona görə
təvəqqe edərdim fraksiyalarda məsələyə tez
baxılsın. Bən beş gün
möhlət təklif edərdim. (Səs: yaxşı,
yaxşı).
M.Ə.Rəsulzadə
- (yerindən) Ondan da tez baxarız.
Sədr -
Beş gün tezdir, suni cəhətdən beş
gün mümkün olmayacaqdır. Çünki
ruscası makina ilə tez yazılıyor, amma türkcəsi əl
ilə yazıldığından tez mümkün degildir.
(Səslər: ruscasını göndərin).
Sədr - 5 dəqiqə tənəffüs elan etmək
istərəm.
Fəqət tənəffüsdən qabaq
növbədən xaric söz veriliyor Məhəmməd
Əmin Rəsulzadəyə.
Rəsulzadə Məhəmməd Əmin - Növbədən
xaric olaraq söz almağımın səbəbi bu gün əcnəbi
dövlətlər nümayəndələrinə məxsus
olan lojada möhtərəm müsafirimiz olan Şərif əfəndi
oturduğudur.
(Lojaya mütəvəccehən şiddətli
alqış).
Mumaileyh böyük türk elinin evlərindən birini təşkil
edən Başqırdstan hökumətinin nümayəndəsidir. Başqırdstan
sözü ehtimal ki, bir çoxlarımızdan ötrü
bir proqram məsələsidir. (Alqış).
“Müsavat” Rusiyada yaşayan bütün türk
qövmlərinə muxtariyyət tələb edən bir firqədir. Proqramlarında Azərbaycan,
Türkistan, Qırğızstan qövmlərinə muxtariyyət
tələb etdigi kimi eyni zamanda Başqırdıstan hökuməti
də muxtariyyətini elan etmişdir. İştə
bu gün Avropa sülh konfransına iştirak etmək üzrə
müstəqil Azərbaycan paytaxtında müsafir sifətilə
bulunan Başqırdıstan nümayəndəsini görməgi
böyük şərəf hesab ediyoruz. Və
zənn edirsəm muxtariyyət əsasını qəbul
etmiş olan digər firqələrimizdən ötrü də
burası ümumi bir məsələdir. Binaənileyh
yaşasın Başqırdıstan hökuməti və
başqırd türk milləti! Bu gün
onların nümayəndəsini alqışlamaq ilə
müftəxir oluyoruz. Eyni zamanda millətlərin
hürriyyətləri təmin edilmək surətilə Cəmiyyəti-Əqvamda
türk qövmlərinin bir mövqe tutacağına qane
olmaqla bir kərə daha təbrik və təkrar-təkrar
alqışlıyoruz.
(Hər tərəfdən lojaya mütəvəcceh
gurultulu alqış).
Sədr - Şimdi 5 dəqiqə tənəffüs elan
ediliyor.
(Tənəffüsdən
sonra)
Sədr - İclasa davam ediyoruz. Növbədən
xaric olaraq söz Rəisi-Vükəla həzrətlərinə
veriliyor.
Son hadisələr
həqqində
Xan Xoyski
- Möhtərəm məbuslar!
Hökumət özünü borclu biliyor bu axır
günlərdə parlaman və cəmaət arasında həyəcanla
danışılan işlər həqqində sizə bir qədər
məlumat versin. O da bu barədədir ki, axırıncı günlər
Bakıda bəzi əhvalat vaqe olmuşdur ki, cəmaəti
qorxu və təşvişə salmışdır. General Prejevalski özünə könüllü
ordu komandanı adı verib Bakıda olan məşhur Hamazasp
ilə guya könüllü əskər topluyorlar. General Prejevalski sabiq Rusiya əskərlərinə,
Hamazasp da ermənilərə silah veriyorlar. Bunlar İçəri Şəhərdəki və
Tazə Pir yanındakı qışlaları, Səlyan
qazarmasını tutublar. Bu əhvalat əhaliyi
təşvişə salmışdır. Hökumət
bunu əvvəl gündən bilib, bu əhvalatı təhqiq
etmək və bunların kim və mənzurlarının
nə olduğunu kəşf etməgə
çalışmışdır. Hökumət
tədbir görənə qədər bən bu əhvalatı
ingilis komandanlığına da bildirməgi lazım
gördüm. Çünki neçə vəqtdir
müttəfiqlər komandanlığı buradadır, bən
istədim böylə mühüm əhvalat onların xəbərilə
olsun. Ona görə öz tərəfimdən
bu əhvalat barəsində general Tomsona bir məktub yazdım
və öz nöqteyi-nəzərimi bildirdim. Cavab da gəldi. Bən məktubu
Tomsona rusca yazmışdım. İzn verin
rusca oxuyum.
Səslər
- Buyurun, buyurun!
Fətəli
Xan - Məktubun məzmunu bu idi: Bakıda müttəfiqlər
qüvvələri komandanı Tomson həzrətlərinə!
Hökumətin binagüzarlığında
bulunan məlumata görə son günlər burada - Bakıda
dövlət mənafeyi və hökumət heysiyyəti
nöqteyi-nəzərindən qeyri-məqbul hadisələr
vaqe oluyor. Könüllü ordu nümayəndələri
general Prejevalski və general Erdeli Bakıda və ətrafında
qoşun yığıb silah paylıyorlar, məşq
veriyorlar, bir kəlmə ciddi surətdə qoşun
hazırlanıyor. Digər tərəfdən
erməni fəalları və əzoncümlə bütün
sabiq fəaliyyəti Azərbaycanın müsəlman əhalisilə
mübarizə və talandan ibarət olan Hamazasp həmçinin
silah daşımağa qadir olan ermənilərin
siyahısını tutub topluyor, silah veriyor və qoşun qitəmatı
təşkil ediyor. Qarışıq erməni-rus
qitəmatı Duma Meydanında İçəri Şəhərə
gedən qapının ağzında tamamilə müsəlmanlarla
məskun olan yerdə bir qışlayı işğal
etmişlərdir. Bakı şəhəri
müsəlman əhalisi arasında nəhayət dərəcə
həyəcan var. Burası həqli olaraq cəmaət və
parlaman tərəfindən hökuməti nəinki dövlətin
hüququnu xələldar edən, hətta dövlətin, onun
əsasını təşkil edən müsəlman əhalisinin
varlığı əleyhinə olan bu cür işlərə
imkan veriyor. Əminəm ki, böylə
işlərin hökumətcə qeyri-qabil təhəmmül
olduğuna zati aliləriniz də bənimlə iştirak edərsiniz.
Heç bir dövlətdə və məmləkətdə
böylə şey yoxdur ki, dövlətin və hökumətin
bədxahi və onlara yabançı olan təşkilat məmləkətin
paytaxtında hökumətin gözü qabağında bunca
azad binagüzarlıq edib açıqdan-açığa
müsəlləh qüvvələr təşkil etsinlər,
hansı ki, dövlətin əsası əleyhinə sövq
edilə bilər.
Fövqüzzikr mülahizələr ilə hökumət
namindən zati alilərinizə müraciət edərək
bilatəxir müxtəlif könüllü və erməni
qoşunu yığılıb təşkil olunmasına xitam
verilməsində və hər dürlü könüllü
təşkilatı və Hamazasp ilə yoldaşlarının
Azərbaycandan çıxarılmasına məzahirətdə
bulunmanızı israrla təvəqqe edərəm. Hökumət
əmindir ki, zati-aliləriniz bu mülahizələrin həqli
olduğunu etirafla təcili surətdə lazımi tədbirlər
görəsiniz və illa hökumət məcbur olacaqdır
bu kibi qeyri-təbii və nəhayət dərəcə təhlükəli
işlərə xitam çəkmək üçün
ixtiyarında olan var qüvvəyi işlətsin.
Zati-alilərinizə qarşı ehtiramımın qəbulunu
rica edərəm.
Baş vəzir
F.Xoyski
Bu kağızı bən Tomsona fevralın 15-də
yazmışdım. Sabahı cavab gəldi. Bən özüm də parlaman sədri cənab ilə
bir yerdə general Tomson ilə görüşdüm. Məktubunun məzmununu bizə dil cavabı da bəyan
etdi.
Cavab
budur: (oxuyur)
Alişan, Azərbaycan baş vəzirinə. Dünki 32
nömrəli məktubunuzu aldım. Bənim
müəyyən məlumatım var ki, rus qoşunu səfərbərligi
icra edilmiyor. Ola bilər ki, general Denikin
qoşununda xidmət etmək üçün zabitlər
yazılması əskər təcəmmöi-təsiri
bağışlamışdır. Bu zabitlər
dərhal Bakıdan gediyorlar və bilmərrə əskəri
məşq verilmiyor və silah paylanmıyor.
Hamazaspın fəaliyyəti sabiq Rusiya qoşunundakı
erməni əskərlərinin siyahısını tutub
yaxın zamanda Ermənistana göndərmək məqsədilə
məhdud bir işdir. Bunlar heç vəchlə təslih və
təşkil edilmiyəcəklərdir.
Bən sizin xahişinizə görə məktubunuzda
göstərilən hər dürlü qeyri-məmul hadisənin
önünü alınması üçün iqdamatda
bulunmuşam.
Sizə səmimi
ehtiramı olan Tomson
Bakı,
16 fevral 1919
Kağızdan
əlavə Tomson dil cavabı da dedi ki, heç vəqt
razı olmaz ki, bizi tanımayan təşkilatlar öz
başlarına əskər yığsınlar, bu
mümkün degildir. Bən də sizin fikrinizə
şərikəm, onlar qəti surətdə buradan
çıxıb getməlidirlər. Bən cavabında
dedim ki, hər nə ki mümkündür edib var qüvvəmizlə
qoymayacağız böylə şeylər Bakıda olsun. Guya könüllü ordunun fikri var ki, onlar nizami əskər
sifətilə degil, xidmətçi sifətilə Bakıda
200 nəfərlik bir dəstə saxlasınlar.
Hökumət bunu müzakirə edib mümkün
olmayacağını təhti-qərarə
almışdır. Tazədən bir də qəti surətdə
məlum etmişəm ki, bundan sonra heç kəs bizdən
izinsiz bir şey etməsin və Bakıda nə qədər
qüvvə varsa tamamilə buradan çıxarsınlar.
Ümidvaram ki, ingilis komandanı da bizə
köməkdir. O ki qaldı İçəri Şəhərdə
və Təzə Pir yanındakı evlər, söz
vermişlər oradan da bu gün, ya sabah
çıxacaqlardır. Səlyan Kazarması məsələsinə
gəldikdə general Prejevalski özü bənim yanıma gəlib
orayı boşaltmaq üçün 5 gün möhlət istədi.
Bən dedim ki, 5 gündən artıq möhlət verə
bilmərəm. Çünki ora bizim öz əskərlərimiz
üçündür. Ümidvaram ki,
qoşunlarımız bu yaxında Bakıya gələr, onda cəmaətin
əhvalı bir başqa cür olar. Bən
bununla demək istəmiyoram ki, başınızın
altına yastıq qoyasınız. Bizim üçün
hər bir dəqiqə qorxu ola bilər. Bən əvvəlcə demişəm ki, hökumət
və parlaman bir dəqiqə mürgüləsə də fəna
işlər olar. Hökumətin nə qədər
imkanı var çalışır ki, xəta yetirən təşkilatlar
buradan rədd olsunlar və heç kəsin ixtiyarı
olmasın bizdən izinsiz burada öz başına işlər
görsün. Hökumət bu barədə
tədbirlər görüyor və görəcəkdir.
İnşaallah bu günlərdə əskərlərimiz
gələr, əhali də rahət olar.
Hamazaspın əskər yığması məsələsinə gəldikdə aldığımız məlumata görə əhvalat böylə imiş: Hamazasp köhnə rus qoşununda olub da qalmış və vətənlərinə getmək istəyən erməni əskərlərini siyahı ediyormuş. Biz buna mane degiliz. Hər kəs istəsə vətənə gedə bilər. Bu barədə məmaniət ola bilməz. Amma Hamazaspın özünün burada qalması dürüst degildir. Bu barədə də Tomsona yazdığım məktubda qeyd etmişdim ki, Hamazasp buradan çıxıb getsin.
Səslər (Mərkəzdən) - Qarabağamı?
Xoyski - Bən sizə bu məlumatı vermək istiyordum. (Ümumi alqış).
“Azərbaycan”, 24 fevral 1919, ¹121
Laməhəl - məkandan xaric
Mətbux - hazırlanmış
Mütəvəcceh - istiqamətlənən, üz tutan
Mumaileyh - həqqində danışılan
Müftəxir - fəxr edən
Mənzur - məqsəd, niyyət
Təcmi - toplama, yığma
Təcəmmö - toplanılma, yığılma
(Ardı var)
Şirməmməd
HÜSEYNOV
525-ci qəzet.- 2016.- 30 dekabr.- S.21.