Mərkəzi Elmi Kitabxanada xüsusi statuslu müəlliflərlə görüş
Bu gün AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) dekabr ayı ərzində kitabxanaya daxil olan yeni ədəbiyyatların təqdimatı keçirilib.
Tədbiri açan kitabxananın direktoru Leyla İmanova MEK-in ümumi kitab bazası və strukturu barədə məlumat verib.
Direktor bildirib ki, kitabxanaya
qəbul edilən nəşrlər müxtəlif
kateqoriyalara ayrılır:
“Təqdimatımızda xüsusi müəllif statusu olan şəxslər
iştirak edirlər. Onlar əsərlərindən
elektron istifadəyə
kitabxana şəraitində
imkan yaradanlardır.
Yaxud əsərləri bizim rəqəmsal yaddaşa daxil olunan müəlliflər
də ayrıcalıq
təşkil edir”.
MEK-in əməkdaşı Xədicə
Ağayeva kitabların
qəbulu prosesindən
danışıb: “Mərkəzi
Elmi Kitabxanaya müxtəlif növdə
ədəbiyyat daxil olur. Bunlar kitab,
jurnal, elektron resurs, dissertasiya və akkreditasiya şəklindədir. Bu isə bir neçə
yolla təşkil olunur. Pulsuz məcburi nüsxə,
hədiyyə, abunə
və beynəlxalq kitab mübadiləsi vasitəsilə”. X. Ağayeva
dekabr ayı boyu daxil olan
kitabların statistikasını
nəzərə çatdırıb
və iştirakçılarla
onları ətraflı
tanış edib. Onlar arasında
“Əlillik məsələləri
üzrə terminlərin
izahlı lüğəti”,
“Türk xalqları ədəbiyyatının aktual
problemləri”, “Azərbaycanın
təhlükəsizlik orqanlarının
tarixi”, bundan başqa Rafael Hüseynovun
“Söz məbədi”,
İsa Həbibbəylinin
“Mollanəsrəddinçi karikatura ustası”, Pərvinin “Anarın dünyası”, “Sevdim səni”, “Qadın olmaq”, “Söhbətlər”,
“Balerina” və müxtəlif sahələrə
aid bir sıra başqa kitablar var.
Daha sonra kitablarını hədiyyə
verən müəlliflər
öz təklifləri
ilə çıxış
edib.
MEK-in kitaba münasibətinin, müasir yöndən yanaşmasının təqdirəlayiq
olduğunu dilə gətirən yazıçı
Pərvin hədiyyə
etdiyi kitabların məzmunundan söz açıb:
“Anarın dünyası”
kitabı yəqin çoxlarına məlumdur. Əlbəttə, Anar müəllimin yaradıcılığı o qədər
genişdir ki, onu bir kitabda
əhatə etmək çox çətindir.
Digər
kitabım “Qadın olmaq”da isə 10 qadının taleyindən
bəhs olunur. Bu kitabın ərsəyə
gəlməsi təsadüfi
bir hadisəylə bağlıdı. Yeseninin sevgilisi
olan Aysedora Dunkanla münasibətlərinin
əks etdirildiyi bir tamaşa izlədim və bu qadın məni
o qədər mütəəssir
etdi ki, haqqında bir yazı qələmə aldım. Daha sonra Salvador Dali, Mayakovski və başqalarının
həyatında böyük
rol oynayan qadınlardan yazdım.
Nəticədə yeni bir kitab yarandı”.
Hərbi
Akademiyanı təmsil
edən Mehman Süleymanov öz kitabı haqda danışaraq qeyd edib ki, Azərbaycan
hərb tarixi çox az
müraciət olunan sahədir: “Ümid edirəm ki, yaxın zamanlarda Azərbaycan hərb sənəti ilə bağlı çeşidli
kitablar sizə təqdim olunacaq”.
Müəlliflər yeni kitablarını da məmnuniyyətlə kitabxanaya hədiyyə edəcəklərini və
MEK ilə daimi əməkdaşlıqdan məmnunluqlarını
bildiriblər.
MÜŞFİQ
525-ci qəzet.- 2016.- 30 dekabr.- S.17.