mənim qara sevdam bu gün
Dekabrın 21-i müasir Azərbaycan poeziyasının və rəssamlıq sənətinin istedadlı, tanınmış nümayəndəsi mərhum Adil Mirseyidin doğum günü idi. Gələn il isə unudulmaz sənətkarın 65 illiyi tamam olacaq.
Bu vəsiləylə Adil Mirseyidin şeirlərindən nümunələri oxucularımıza təqdim edir, şairin xatirəsinə bir daha dərin ehtiramımızı bildiririk.
könlümün budağında yetişmiş meyvə kimi
dimdikləyir, dimdikləyir, dimdikləyir ürəyimi
bir ömür boyu gözlədim səni
ömür necə gəlib keçdi bilmədim
payız qapını kəsdirib artıq
mən çərpələng düzəltdim bir şeirdən
külək gözdən itdi birdən ağaclar arasında
ana yurdum yada düşdü içimdə yarpaq tökümü
pəncərədə sarı xrizantem çiçəyi
qüssə ilə baxır bayırda yağan yağışa
bağrım çartlayır bağrım çartlayır dərddən
heç olmasa bir atlı keçəydi tozlu yoldan
bir it hürəydi hardasa
ya da xoruz səsi gələydi kənddən
uzun ayrılıqdan sonra özümlə görüşdüm mən
dörd
yol ayrıcında bir payız günü
lll
bir
cüt çöl göyərçini uçub qonub
tül
pərdəsi heyva gülü rənginə çalan
üzü güneyə baxan pəncərəmin önünə
niyə
insanlar bir-birini öldürürlər
pıçıldadı bir göyərçin mən susdum
dən
səpdim göyərçinlərə şeir oxudum
şəhərdə insanlar günəşlə deyil
metro
stansiyaları arasındakı
məsafəylə ölçürlər biqalümun zamanı
adi bir
yay günüdü bu gün
dəniz
kənarına tələsir şəhər insanı
sərin
pivə dadır sahildə hava
kədərlidir nədənsə ağacların yaşılı
dəniz
mavisi quşların səsi
kədərlidir afişalar vitrinlər
kədərlidi ömrümdən yarpaqtək düşən günlər
mən
hər səhər şəhərin mərkəzində
bahalı
supermarketlərin
vitrinləri önündən keçirəm
mən
hər axşam özümü öldürürəm
sonra
gedib meyxanada şərab içirəm
sonra
qanlı əllərimlə şeir yazıram
gecələr Hirosima və Xocalı girir yuxuma
Nargin
adasında güllələnən gənc şair
təsəlli verir qərib ruhuma
köhnə dostum universitet professoru
həccə gedib dua edib daşlayıb şeytanı
mən
isə metro stansiyalarının
arasındakı məsafəylə ölçürəm
barmaqlarım arasından axıb gedən zamanı
lll
ölümlə rəqs eləyən kəpənəklər kimiyəm
ölümlə rəqs eləmək heç ağlına gəlibmi
bir gecə
yarısı küçənin ortasında
dəli
kimi ağladınmı bir kərə
qara
buluddan yağan qara yağmur altında
və o
anda ölüm mələyi
sənə toxunmadan keçib gedibmi
bir
telefon köşkü tapıb
ən
yaxın dostuma zəng vurdum
ölürəm dedim inanmadı
sərxoşsan dedi mənə
halbuki
yaxşı bilir on ildi içki içmirəm
bir də
yığdım dostumun telefon nömrəsini
ölürəm dedim yenə
yağış kəsdi külək yatdı
indi
könlüm çox rahatdı
nə
dostum var nə düşmənim
unudub məni
ana vətənim
ey
ölümlə rəqs eləyən ağ qanadlı kəpənək
gəl
mənim dostum ol sən
gəl
bir yerdə ölümlə rəqs eləyək
lll
bir kənd
çayxanasında sobaya yaxın oturub
ömrümü günümü vərəqləyirəm
təzə şəhər lətifələri danışıram
boz
divardan mənə baxan kölgəmə
sən ən
ağır günlərində ömrünü
bir
fransız romanıtək varaqlayarsan
təzə şəhər lətifələri
danışmağıma baxma
mən
içimdə hönkürüb ağlayıram
sənin
adını gizlətmişəm mən
dodağımda çatlayan iki söz arasında
son dəfə
üzünü görmədən bəlkə
uçub
gedəcəm bir gün qaşla göz arasında
neçə gündü bir bulud tovuz quşu qanadıtək
açıb qanadını başımın üstə
bu
çərşənbə axşamı mən dəli-divanəyəm
bu
çərşənbə axşamı bu canı məndən
istə
sobaya
yaxın oturmuşam bir kənd çayxanasında
qara xəbər
döydü birdən çayxana qapısını
mən
qəhr oldum kürəyimdə qara xəbər
şəhərdə işıqlar sönsə bu gecə
sən
qara çırağın işığında
dua elə
mənim üçün dua elə səhərə qədər
lll
balaca
bir mətbəx şəkli çəkir
səhər erkən pəncərədən süzülən
işıq
əşyaların çizgiləri aydınlığa qovuşur
seylon
çayı dəm alır darçın qarışıq
bu mətbəxdə
mavi bəyaz bir hüzn var
hüznlə süslənib səhər
süfrədə isti çörək radioda boyat xəbərlər
ətirşah qoxusutək islaq bir kədər
dənizin üstündən duman çəkilir
sübh
namazına durub dua eləyir
umudları boşa çıxmış br qadın
bu balaca
mətbəxi bu islaq ətirşah qoxusunu
bu
qadının gözlərini bu qadının yuxusunu
və pəncərədən
süzülən işığı sevirəm mən
bu sevda
mənimlə məzara girər
uçun
quşlar uçun, uçun dünya gözəldi bu gün
mən
də bu gün qanad açıb uçardım
ürəyimdə ağır yük olmasaydı
gecə
səhərə qədər ağlayan tut ağacı
gün
doğunca gülümsədi üzümə
lll
uçan
quşun kölgəsini
tutub
basdım bağrıma
unuduldu
bir anlıq unuduldu ağrı-acı
axıb
gedən buludları akvarelə bənzəyən
bir qərib
gündə pəncərəmin şüşəsini
döyür ağ tut ağacı
qədərində nə varsa onu yaşayacaqsan
demişdi mənə şaman kimi bir rəssam
aradan
uzun illər ötüb keçib
o rəssamı
xatırladım bu axşam
bu şəhərdə
şaman kimi bir rəssam vardı
bir gecə
ay onu çəkib apardı
təbəssümü qaldı aynada
yaşıl rəngim quruyub palitrada
pəncərədən baxıram payız gəlib
dağlara
götür fırçanı bulud şəkli çək
o buludu
uzaqlara aparın külək
siz məni
boş verin dostlar bu anda
bir
qızılgül ləçəyinə bükmüşəm ürəyimi
qədərimlə baş-başa buraxıb gedin məni
içimdə vivaldinin musiqisi səslənir
lll
unudulmuş bir axşamın melanxolik musiqisi
açır mənim ürəyimin gizli yaralarını
unudulmuş sevdaların
qanı
axır açıq yaramdan
ay Allah
bitdim mən
ay Allah
qurtar məni bu yeknəsəng musiqidən
bir gecə
qatarı fit verib keçir
unudulmuş istasiyondan
unudulmuş istasiyonda sonbahar yalnızlığı
yağmur
içində gözləyir bizi
orda
yağmur altında qoyub gəlmişik
ən
gözəl ən şirin xatirəmizi
ay Allah
qurtar məni bu yeknəsəq musiqidən
hulqumumda
bir hıçqırıq boğulur
bir tamu əzabıyla
şair ömrü yaşadıq
bir sirr
qalmayıb daha
baxdığımız aynalarda
iki ayna
arasında unudulmuş istasyon
göyüzündə görklü ay
ay Allah
qurtar məni bu yeknəsəng musiqidən
meyxanə guşələrində
şərab şüşələrində
sevdiyimiz
qadınların qüssəli gözlərində
şairlərin nəğmələrində duaların sözlərində
təsəlli aradıq təsəli hanı
hər
yerdə girov qoyduq biz şirin canımızı
ay Allah
qurtar məni bu yeknəsəng musiqidən
guya
xoşbəxt olmalıydıq ulduzların altında
guya səadət
gəlib çalmalıydı qapımızı
guya fani
dünya aldatdı bizi
hər
divar bir qapıymış guya
guya
bütün sevdalar
unudulmuş bir röya
ay Allah
qurtar məni bu yeknəsəng musiqidən
lll
nord
soyuducusunu ərzaqla doldurmuşdu
qapını bağlayıb şeir yazırdı
payız
gəlib qapısında durmuşdu
o baharda
gördüyü yuxuları yozurdu
pərdələri çəkmişdi telefonu qapalı
acı
qəhvə içirdi kaptan blek çəkirdi
mətbəxdə yuyulmamış qabqacaq
bir
gün yuxusuna Lermontov girdi
bir də
geri dönərmi o əski macəralar
nə
köhnə inturist qalıb nə də uzaq vağzallar
hardasa qəzaya
uğrayıb qatar
xoşbəxtlikdən qız bürcü öz yerindədi
hələ
hər
şairin ürəyində bir gizli dəfinə var
demonla
qumar oynayırdı gecələr
gənc
Qusar zabiti ərköyün mişel
sanardı ki qarşıda şöhrət gözləyir onu
amma ki
pusquda durmuşdu duel
dueldə
öləcəyini bilmirdi hələ
hələ ki xoşbəxt idi iyirmi yeddi yaşında
beştau
dağlarında silahlar çəkiləndə
təzə bir şeir havası vardı başında
bu nə
yuxuydu belə anlamadı zavallı
niyə
Lermontov gəlib yuxusuna girmişdi
qələm düşdü əlindən daha şeir yazmadı
dəli
könlü susmuşdu kirimişdi
tənha
yelkən ağarırdı uzaqda
evdən
çıxmamışdı günlərdən bəri
son dəfə
aynada özünə baxdı
qapını açan kimi ölüm girdi içəri
lll
bəxti
yatmiş bir ömrü
oyada
bilmədi quşlar röyadan
dur
ayağa yuxu yiyəsi dur qalx ayağa
nə
umursan bu dünyadan
gün
doğub qarşı dağa
yüz
sirrin qıfılı qırıldı birdən
mənim
ayağım üzüldü yerdən
gözüm görməz oldu dilim lal oldu
haqdan
savayı hər şey bir anda xəyal oldu
sən
harasa getməliydin bu səhər
gedib
geri dönməmək var bilirəm
bir
buludun üstündə oturub gözlə səbrlə
gözlə
mən
Allah eşqinə sənə gəlirəm
bir
şair xəyaləti dolaşar bu dünyada
damağında tüstülənər qəlyanı
birdən
qafası qızar birdən qaynayar qanı
dolaşar gecə yarı İstanbulda, Parisdə
Ləkidə Şəkidə Bakıda Varşavada
bilirəm ki sənin xəbərin yoxdu
mən intihar elədim yağmurlu bir havada
bir şair xəyaləti dolaşır bu dünyada
bir gün sənin gözünə görünəcək röyada
lll
qiş gecəsi boz dumana bürünür
qış gecəsi ay çox solğun görünür
bəyaz aya baxınca ürəyimiz üzülür
göz yaşları axmadan kipriklərə düzülür
mən də aytək saralıram soluram
mən də aytək göyüzündə yalqız oluram
heç bilmirəm təqvimdə günlərdən hansı gündü
yenidən yaşamış kimiyəm indi
a luna kanula gülüm çiçəyim
parçalanır bu gecə parçalanır ürəyim
göydə ay solub gedir soyuq qış havasında
yuxuda səni gördüm bir bülbül yuvasında
mən yuxumun içində qarışdırdım yuxumu
sən bülbül yuvasından səsləyirdin ruhumu
mən qanımla ay rəsmi çəkirəm aynada
ilahi namaz üstə diz çökürəm aynada
aynadakı bu adam nəyin nəsidi Allah
qeybdən bir səs gəlir kimin səsidi Allah
allahım bir zamanlar mən ay suvarisiydim
mən
cənnətdən qovulan bir mələk varisiydim
ayrılıq acısı var bu gün şeirlərimdə
metropol
həyatına alışmış bir şamanam
alnımda gözəl ayın öpücüyü
görünür
mən
artıq taleyimlə barışmış bir şamanam
iki gecədi
ay çox solğun görünür
ömrümün aynasında sənin ruhun
görünür
Adil MİRSEYİD
525-ci qəzet.- 2016.- 30 dekabr.- S.16.