"Mənalı poliqrafçı ömrü" təqdim edilib

 

 

Yanvarın 30-da "Xalq qəzeti"nin akt zalında tanınmış jurnalist, qəzetin əməkdaşı İsaq Əmənullayevin görkəmli poliqrafçı-alim, naşir, yazıçı Şəddat Cəfərovun anadan olmasının 75 illiyinə həsr etdiyi 4 dilə tərcümə olunmuş "Mənalı poliqrafçı ömrü" kitabının təqdimatı keçirilib.

 

AZƏRTAC xəbər verir ki, Əməkdar jurnalist, professor Aqşin Babayev 75 illik ömrünün 55 ilini poliqrafiya sənətinə həsr etmiş böyük istedad sahibi, səmimi qayğıkeş insan Şəddat Cəfərovun səmərəli fəaliyyətindən söhbət açıb.

 

Tədbirin aparıcısı, tanınmış jurnalist İttifaq Mirzəbəyli, Ş.Cəfərovun uzun illər "Azərbaycan Nəşriyyatı"nın baş direktor müavini direktoru kimi məsul vəzifəni icra etməsindən bu qurumdakı fəaliyyətindən danışıb.

 

Bildirilib ki, Ş.Cəfərov özünü ölkə ictimaiyyətinə ölkəmizin hüdudlarından kənarda istedadlı poliqrafçı alim, ictimai xadim, səmimi qayğıkeş dost, gözəl ziyalı kimi tanıdıb. Onun başlıca xüsusiyyəti yüksək müşahidə qabiliyyətinə malik qələm adamı kimi bədii yaradıcılıqla məşğul olmasıdır.

 

Tədbirdə kitabın müəllifi İsaq Əmənullayev, professor Əsədulla Cəfərov, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent Allahverdi Eminov, Əməkdar jurnalist Məzahir Süleymanlı, kitabı ingilis dilinə tərcümə edən Namazəli Mustafayev, rus dilinə çevirən Zeydulla Cabbarov, "Söz" jurnalının baş redaktoru Sevda Əlibəyli başqaları Ş.Cəfərovu peşəyə bağlılıq nümunəsi kimi xarakterizə ediblər. Onu sənətinin əsl bilicisi, akademiki adlandıraraq belə şəxslərin diqqətdə saxlanılmasının gənc nəslin mənəvi tərbiyəsinə dəstək baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

 

Bildirilib ki, Ş.Cəfərovun həyat fəaliyyəti haqqında sənədli film çəkilib, kitablar yazılıb, qəzet jurnallarda elmi məqalələr dərc edilib.

 

Tədbir çərçivəsində Ş. Cəfərovun "Kitab çapı" "Ötən illərin əhvalatları" kitablarının da təqdimatı keçirilib.

 

Sonda Şəddat Cəfərov tədbirin təşkilatçılarına iştirakçılarına, kitabın müəllifinə minnətdarlığını bildirib.

 

 

525-ci qəzet.- 2016.- 2 fevral.- S.7.