Bədii sözün ironik gücü
Yazıçı-publisist Qəni Camalzadənin
60 yaşına
Hamı kimi ilk qələm təcrübələrini ötən
əsrin 70-80-ci illərində
Bakı kitabxanalarında
fəaliyyət göstərən
ədəbiyyat dərnəklərində
oxuyub.
Novellalarını, kiçik həcmli
satirik hekayələrini
Seyfəddin Dağlı,
Salam Qədirzadə, Şamil
Xurşud, Vidadi Məmmədov, Sirus Təbrizi dinləyib. Bəyəniləni də olub, bəyənilməyəni də.
Qəni təcrübəli
qələm sahiblərinin rəy
və təkliflərinə diqqətlə
qulaq asıb. "Oğlum, yazılarının
yığcamlığı müsbət cəhətdir,
yəni az sözlə çox mətləbləri xırdalamaq
istəyirsən. Bax, bədii
mətndə yumorun ironik gücü bundadır. Belə də davam elə" - deyə "Kirpi" satirik jurnalına baş redaktorluq edən Seyfəddin Dağlı
ilk şifahi xeyir-duasını
verib.
Bu gün ədəbi nəsildaş kimi qürurla deyə bilərik ki, Qəni Camalzadə ümidləri doğruldub: yaxşı yazıçıdı,
özü də lap ciddisindən. Mətbuatda da, yazı-pozu mühitində də az gözə çarpır. Xaraktercə
təvazökardı, redaksiyaların
qapısından qovulub,
pəncərədən içəri
daxil olanlardan deyil. İndiyəcən yeddi kitabı
işıq üzü
görüb. Əlbəttə, söhbət say çoxluğundan
da getmir. Son vaxtlar iki maraqlı romanı "Azərbaycan" jurnalının səhifələrinə
yol tapıb: "Qızıl xotuğ" və "Karxana". Görkəmli nasir Məmməd
Oruc həmkarımızın
hər iki irihəcmli əsərini ədəbiyyatımızda "hadisə" adlandırıb.
Qəni
Camalzadənin
yaşıdlarını, necə deyərlər, az-çox
ədəbi mühitdə olanları, şair və nasirləri xatırlamaq yerinə düşər:
Vaqif Bəhmənli, Aydın Tağıyev, Tofiq Nurəli, Adil Cəmil, Sultan Mərzili, Mahirə
Abdulla, Maarif
Soltan,
Akif Əhmədgil,
Afaq Məsud, Əmrah Xanməmmədov,
Sərvinaz Həsənli, Rafiq Vəliyev, İslam Türkay, Tarıyel Ümid, Nizami Saraclı. Eyni zamnda mərhum
Allahverdi Məmmədli,
Aydın Səlimzadə
və başqaları.
Hər yazarın isə bir dərnək
dövrü olur və o ilkin formalaşan dövr olduğundan sonra xeyli qisim dərnək
üzvü təbii surətdə sıradan çıxır. Və yaxşı ki, Qəni ilk qələm təcrübələrindəcə
hiss etdirdi ki, ötəri hiss və duyğuların
əsir-yesiri deyil, istedadı var, sadəcə, kiçik həcmli hekayələrinin
bir azca cilalanmağa ehtiyac var.
Yumor Qəni Camalzadənin hekayələrinin ruhunda,
içində, mayasındadır.
Bu yaxınlarda müəllifin
"Sonuncu yeznə" kitabı
əlimə
keçdi, müxtəlif qəzet və jurnal səhifələrində
oxuduğum yazıları bir də təkrar-təkrar oxudum, söylədiklərimin əyani şahidi oldum. "Sonuncu yeznə"də maraqlı hekayə nümunələri çoxdur:
"Qayçı", "Şorba", "Papaqçı
oğlu", "Yalançı
əmilər", "Xəzinə",
"Hesab",
"Zəif damar", "Düz xətt", "Ayın axırıncı cüməsi",
"Abşeron bağlarının
gecələri", "Nağıl
gecəsi",
"Yol", "Qisas
günü"
və s.
Bu əsərlər üçün
bircə cəhət əsasdır: yığcamlıq,
az sözlə
böyük mətləbləri
ifadə etmək bacarığı.
"Qızıl xotuğ"
isə bədii romandır. Əsərin işlənmə
mexanizmi fərqli və yenidir. Romanda Ehsan baba, Molla
Bala, Qardi əmi, Höccət, Xudu kişi, Gilə nənə, Sovet sədri, Ağabala, Gülzar, Əsvər, Məmi, Fərhad, Bağı, Cəmo, Gülər,Əbi,
Bağır müəllim,
Rəvan, Rəfiqə
xanım, fransız jurnalisti və s. adda çoxlu yaddaqalan surətlər var.
lll
Qəni
Camalzadə Yazıçılar
Birliyinin “Natəvan” klubunda 60 illik yubileyinə
toplaşanları özünəməxsus
yumorla iki hissəyə ayırdı: qələm
dostları və iman dostları. Məmməd Oruc, Aydın Xan, Heydər Orucov, Fəxrəddin Ziya, Maarif Soltan, Oqtay Rza, Tofiq
Nurəli, Əsəd
Cahangir, Xəyal Rza, Rauf Aslanov
və başqaları
nasirin yaradıcılığını
təhlil etdilər, maraqlı əsərləri ətrafında
fikirlərini bildirdilər. Hacı Qəniylə həcc
ziyarətində
olmuş şəxslər
də onun bədii əsərlərini
önə çəkdilər, yazarı əqidəli, saf, bütöv, islami dəyərlərə böyük önəm verən ziyalı kimi fərqləndirdilər.
Maarif Soltan (şair, "Qobustan" toplusunun baş redaktor müavini): Qəni Camalzadə imzasına ilk dəfə 1977-ci ildə rast gəlmişəm. Sovet dönəmiydi. Mətbuatda
çap məsələsi
ceyran belinə çıxan vaxtlar idi. O zaman "Ədəbiyyat və İncəsənət" (hazırkı
"Ədəbiyyat" qəzeti) qəzetinin sonuncu səhifəsi satirik guşə adlanırdı. Həmin sərbəst səhifədə satirik
şeirlər, yumoristik
hekayələr, xırda
novellalar, miniatürlər, rəngli şəkillər tez-tez işıq üzü görürdü. Onda Qəni də qəzetdə tez-tez kiçik həcmli əsərləri ilə görünürdü. Sonra Şüvəlanda gənc
yazarların ilk seminarı
oldu. Dostumuz da tədbirə qatılmışdı.
Qəni Camalzadəni o zaman necə görmüşdüm, yenə
eləcədir. Sadəcə, saçları ağarıb. Səmimiliyi, sadəliyi, düzlüyü,
olduqca təvazökarlığı yerində
qalıb. Xoşbəxtlikdən isə
yazıçı-publisist kimi
çox inkişaf edib, püxtələşib. Əgər
"Azərbaycan" jurnalı
kimi möhtəşəm ədəbi məcmuə Qəninin son illər iki romanına səhifələrində yer ayırıbsa, bu faktın özü ədəbi hadisədir.
Tofiq Nurəli (şair): Çox təəssüf
edirəm ki, Qəni müəllimin ancaq kiçik hekayələrini
oxumuşam.
"Qızıl xotuğ" və "Karxana" romanlarından xəbərim olmayıb. Mütləq tapıb oxuyaram, müəllifin özündən alaram. Deyir, şair misrasından, əsl
nasir də cümləsindən
bəllidi. Dilin materialı sözdü. Qəni dostumuz bu ilkin materialdan düzgün, yerindəcə istifadə
etməyi bacarır. Özü də peşəkarcasına. Bu məsələdə
qeyri-filoloji təhsili
də köməyinə
çatır. Çünki
Qəni ali
savadlı mühəndisdir. Yazılarında
istedadı ilə bahəm texniki biliyi
özünü
göstərir. Kim nə
deyir-desin, yüksək
elmi savad müasir yazıçıya
çox lazımdı, təkcə talantın ümidinə qalmaq olmaz.
Əsəd Cahangir (tənqidçi): Yazıçının özülü və bazası olmalıdır ki, müəyyən səviyyəyə çata bilsin, necə deyərlər, bəzi hədəfləri nişan ala bilsin. Mənim fikrimcə, Qəni müəllim bir çox nasirlərimizə nümunədi. Mükəmməl təhsili var. İstedadı da ki, yerində. Onun "Qızıl xotuğ" romanının ilk oxucularından biri mən olmuşam. Özü də Məmməd Orucun təkidi sayəsində. Düzü, Məmməd müəllimə minnətdaram. Yaxşı bir roman təşnəsiydim, yanğımı söndürdüm. "Qızıl xotuğ" 90 illik Azərbaycanımızın tarixidir. Elə simvolik Ehsan baba surəti də vətənimizin yaşıdıdır. Dərviş qiyafəsində gəlib kamillik yaşına çatan, üç adlı-sanlı oğul böyüdən, bu dünyanın altını-üstünü bilən qoca hər dəfə "Yahu, ya mədəd, ya həqq!" - deyərkən ötən günləri təkrar-təkrar vərəqlənir. Ümumiyyətlə, Ehsan baba obrazı ustalıqla yaradılıb və roman nəsrimizin son illər uğurudur.
Oqtay Rza (şair, Əməkdar müəllim): Qəni Camalzadənin imzasını lap çoxdan tanıyıram, üzünü isə birinci dəfə görürəm. Bəlkə də rastlaşmışıq, yadımda deyil. Romanlarını əldə edib mütləq oxuyaram. Bu zalda Qəninin həmyaşıdları yazıçılar, şairlər əyləşib, hörmətli hacılar təşrif buyurub. Onlar xeyli orjinal, maraqlı fikirlər söyləyiblər. Qəni mənim üçün bir yazar olaraq bu gündən kəşf olunur. Və nə yaxşı ki, özümü bu maraqlı tədbirə çatdırdım. Yubilyarı ürəkdən təbrik edir, ona uğurlar diləyirəm.
Qəni Camalzadə ilə bağlı başqa söz deyənlər, yaradıcılığı barədə rəylərini ifadə edənlər də oldu: Heydər Orucov, Fəxrəddin Ziya, Aydın Xan, Hacı Vaqif, Hacı Rza, Axund Hacı Əmiraslan, şair Dayandur Sevgin və başqaları. Məclis yazıçı-publisistin hamıya minnətdarlıq kəlamı ilə başa çatdı.
Ağacəfər HƏSƏNLİ
525-ci qəzet.- 2016.-5 fevral.- S.4.