Qeyri-səlis məntiqin atası

 Lütfi Zadə-95

 

 

Azərbaycan torpağı dünyaya bir çox məşhur insanlar bəxş edib.

 

İstər elm, istər ədəbiyyat, istərsə incəsənət sahəsinin korifeyləri həmişə Azərbaycanın adını yüksəklərə qaldırıblar. Onlardan biri adı Aristotel, Eynşteyn, Nyuton, Viner kimi dahilərlə yanaşı çəkilən Lütfi Zadədir. 1921-ci ilin fevralın 4-də Bakıda anadan olan Lütfi Ələsgərzadə uşaqlıq illərini Azərbaycanda keçirib. Ancaq həmişə azərbaycanlı olmağı ilə şərəf duyduğunu söyləyib. O yazır: “...Vətənimin oğlu kimi qəbul edilməyim həyatımın məğzi şərəfimdir. Bakı xalqım qəlbimin qaynar guşəsində özünə əbədi yer tutub”.

 

Düz 95 il bundan qabaq dünyaya göz açan Lütfi Zadə zaman keçdikcə elm aləminə töhfələr verməklə, xalqımıza başucalığı gətirdi. XX əsrin ən böyük alimi sayılan Lütfi Zadəni eyni zamandaqeyri-səlis məntiqin atasıda adlandırırlar. Bu ad Lütfi Zadəyə təsadüfi verilməyib. Onun  5 fundamental nəzəriyyəsi rəqəmli idarəetmə, informasiya, kommunikasiya sistemlərinin  yaradılmasının əsasını qoyub. Lütfi Zadə nəzəriyyələrinin tədqiqi ilə Berklidə İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu yaradılıb. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) tərəfindən Zadə nəzəriyyəsinin köməyilə idarəetmə sistemləri tədqiq tətbiq olunur.

 

İlk dəfə Lütfi Zadə haqqında geniş məlumatı oxucu auditoriyasına “Elm həyatjurnalında BDU-nun professoru mərhum Fərhad Tağıyev vermişdi. Fərhad müəllimin L.Zadə haqqındaSüni intellekt”, “Müasir elmin korifeyi”, “Dünyanın sirləri Lütfi Zadə nəzəriyyəsiməqalələri oxucuların böyük marağına səbəb olmuşdu. Lütfi Zadə nəzəriyyələrinin perspektivliyinə inanan Fərhad müəllim 1997-ci ildəMüasir elmin korifeyiadlı kitabçasınıAzərbaycannəşriyyatında çap etdirmişdi. Kitabçanın elmi redaktoru Azərbaycan MEA-nın Kibernetika İnstitutunun direktoru Telman Əliyevdir. Əsərdə Lütfi Zadə ilə 1965-ci ildə tanışlığından söz açıb. O vaxt idarəetmə məsələlərinə həsr olunmuş III Ümumittifaq konfransı Qara dənizdə səyahətə çıxan “Admiral Naximovgəmisində keçirilirdi. Konfransın gəmidə keçirilməsi alimlərin təhlükəsizliyini təmin etmək məqsədi daşıyırdı. Həmin konfransda Amerikadan gəlmiş çoxlu alim iştirak edirdi. Lütfi Zadə heyətin tərkibində idi. Konfrans qurtardıqdan sonra Lütfi Zadə daxil olmaqla amerikalı alimlər Bakıya dəvət olundu. Fərhad müəllim kitabda L.Zadə ilə ilk görüşündən söhbət açmış onu Tusidən sonra ən böyük alim adlandırmışdı. F.Tağıyev  zəmanəmizin görkəmli kibernetiki, riyaziyyatçısı, elektronikada inqilab yaratmış elm korifeyinin nəzəriyyələrini geniş oxucu kütləsinin başa düşəcəyi dildə şərh etmişdir.

 

Bakı Dövlət Universitetində Riyaziyyat fakültəsindəQeyri-səlis məntiq qeyri-səlis çoxluqlarnəzəriyyəsindən mühazirələr oxumuş Fərhad Tağıyev L.Zadə adına Beynəlxalq müasir Elmlər Akademiyasını təsis etmiş bu akademiyanın ilk prezidenti olmuşdur.

 

 

Həmin illərdə uzaq Amerikada yaşayan dünya alimlərini öz nəzəriyyələri ilə mat qoyan Lütfi Zadə ilə tanışlığımız  sanki  onu bizə yaxınlaşdırdı.

 

Onu da qeyd edək ki, L.Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi artıq 40 ildən çoxdur ki, dünyanın ən qabaqcıl ölkələrində tətbiq olunur. Bir çox dövlətlərdə Zadə elmi məktəbləri fəaliyyət göstərir. Məşhur firmalardan olan Honda, Orison, Mitsubişi, Soni sairələri L.Zadənin qeyri-səlis nəzəriyyəsi əsasında işləyir. Bütün bunlar onu deməyə əsas verir ki, Zadə nəzəriyyəsi Amerika, Yaponiya Avropada texnoloji proseslərin sürətlə inkişafına səbəb oldu.

 

Bu gün həyatımızın elə bir sahəsi yoxdur ki, Zadə nəzəriyyələrindən orada istifadə olunmasın. İqtisadiyyatda, fəlsəfədə, sosiologiyada, siyasətdə, münaqişələrin nizamlanmasında geniş tətbiq edilir. Dünyanın bütün ölkələrində böyük nüfuza malik olan L.Zadə 54 beynəlxalq jurnalın elmi redaktorudur. O, bir sıra akademiyaların, həmçinin AMEA-nın fəxri üzvüdür, eyni zamanda çox mötəbər təşkilat fondların mükafatına layiq görülüb.

 

Lütfi Zadənin 2008-ci ildə Bakıya gəlişi böyük bir hadisəyə çevrildi. AMEA-nın böyük akt zalında son vaxtlarda belə bir qələbəlik, izdiham görünməmişdi. Bu, Lütfi Zadənin Bakıya ikinci gəlişi idi. Xalq öz şöhrətli oğlu ilə görüşə gəlmişdi. Alimlər, ziyalılar, sadə insanlar bir dəfə olsa, Zadəni yaxından görmək istəyirdilər. Bu görüşdən məlum oldu ki, dövrümüzün məşhur alimi L.Zadə çox sadə, ünsiyyətcil bir şəxsdir. O, son illərdə apardığı tədqiqatlardan danışdı. Zadənin çıxışı alqışlarla qarşılandı. O vaxt Zadənin 87 yaşı var idi. Yaşına görə gümrah görünürdü. Elə buna görə akademiyanın dəhlizində üzərlik yandırmışdılar...

 

Bir məsələni qeyd etmək yerinə düşərdi. 1999-cu il, oktyabr ayının 24-də Bakıda kibernetika informatikanın problemləri üzrə beynəlxalq konfrans keçirilirdi. Konfransda dünyanın bir sıra ölkələrindən tanınmış alimlər iştirak edirdilər. Çıxış edənlərdən İsveç mənşəli alman alimi Otto Moşlin çıxışına bu sözlərlə başladı: “Hörmətli konfrans iştirakçıları! Azərbaycan, Bakı, XX əsrin dahi şəxsiyyətləri Landaunun, Lütfi Zadənin vətənidir”.

 

Əcnəbi alimin dilindən deyilən bu sözləri eşidən hər bir azərbaycanlıda qürur hissi doğurur. Tək-tək dünyaya gələn belə dahilərlə fəxr etməyə dəyər. İndi Azərbaycan müstəqil dövlətdir. Elmin müxtəlif problemlərinə həsr olunmuş konfranslara ev sahibliyi edir. Konfrans iştirakçılarına Azərbaycanla tanışlıq marşrutuna Lütfi Zadənin, Landaunun ev muzeylərini, təhsil aldığı məktəbləri daxil etmək olar. Landaunun anadan olduğu Nizami küçəsindəki binanın üzərinə onun barelyefi vurulub. vaxtsa belə bir barelyefin bizə həm çox yaxın, həm məsafəcə uzaq olan Lütfi Zadənin anadan olduğu Əlövsət Quliyev küçəsindəki 79 nömrəli binaya vurulmasının arzusundayıq. Vaxtilə həmin binada yaşamış Ülvi Rəcəbin xatirə lövhəsi vardır.

 

Xoş bir təsadüf isə jurnalın kollektivinə Lütfi Zadə haqqında irihəcmli bir kitabın hazırlanması üçün şərait, zəmin yaratdı. AMEA-nın müxbir üzvü Rafiq Əliyev Lütfi Zadə haqqında bir məqalə gətirmişdi. Lütfi Zadə ilə çox maraqlandığımı bildikdə mənə Lütfi Zadənin həyat yoldaşı Feyin kitabını bağışladı. Əsər 1998-ci ildə ABŞ-da ingilis dilində, 2001-ci ildə isə Bakıda rus dilində çap olunmuşdur. Xanım Feyin kitabını oxuduqdan sonra Lütfi Zadəni yaxından tanıdım xanım Feyə belə bir kitabı yazdığına görə minnətdarlıq bildirdim. Lütfi Zadəni doğma xalqına tanıdacaq bu əsəri rus dilindən azərbaycancaya çevirməklə alimin 85 illik yubileyinə hədiyyə etməyi qərara aldıq.

 

Kitab çap olunduqdan sonra Bakı Mətbuat Evində tanınmış jurnalist Zərxanım Əhmədlinin təşkilatçılığı ilə onun təqdimat mərasimini keçirərək, Lütfi Zadənin 85 illiyini qeyd etdik. Mərasimi internetin köməyilə canlı bağlantıya qoşulan Lütfi Zadə onun həyat yoldaşı Fey açdılar. Lütfi Zadə “Elm həyatjurnalının ünvanına xoş sözlər deyərək öz minnətdarlığını bildirdi. Keçirilən tədbirdə AMEA-nın akademiklərindən Maqsud Əliyev, akademiyanın müxbir üzvü Məşədixanım Nemət, millət vəkilləri Rəbiyyət Aslanova, Şahlar Əsgərov, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, filologiya elmləri doktoru Cahangir Məmmədli başqaları çıxış edərək Lütfi Zadə haqqında ürək sözlərini dedilər.

 

Lütfi Zadənin 85 illiyi ilə əlaqədar 2006-cı ildə Şəki şəhərindəki 2 saylı məktəbin fizika müəllimi Qətibə Qədimovanın təşəbbüsü ilə təntənəli bir tədbir keçirildi. Tədbirdə böyük alimin nəzəriyyələrinin mahiyyətindən, tətbiq sahələrindən söz açıldı. Hazırda həmin tədbirin video-kasetini saxlayırıq.

 

Dünya şöhrətli alim Lütfi Zadənin 90 illik yubileyi 2011-ci il fevralın 11-də Bakıda dövlət səviyyəsində keçirildi.

 

Bu gün hamımızın fəxri Lütfi Zadənin 95 yaşı tamam olur. Dünyaca məşhur alimin yubileyi münasibətilə bu yazını yazmağı özümüzə borc bildik. Lütfi Zadəni yubiley münasibətilə təbrik edir, ona cansağlığı arzulayırıq.

 

Ülkər HÜSEYNOVA

Mehparə AXUNDOVA

525-ci qəzet.- 2016.- 6 fevral.- S.20