“Azərbaycan”
qəzetində parlament
hesabatları və şərhlər
Azərbaycan Xalq Cümhuriyyətinin
100 illiyi qarşısında
I cild (noyabr 1918 - aprel 1920)
Araşdırıb toplayanı, ərəb
əlifbasından latın əlifbasına
çevirəni, ön
sözün müəllifi,
lüğətin tərtibçisi:
Şirməmməd Hüseynov
Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev)
Azərbaycan Məclisi-Məbusanında
Məclisi-Məbusanın birinci iclasında rəisi-şura Məhəmməd
Əmin bəy və Rəisi-Vükəla
Fətəli xan Xoyski həzrətləri tərəfindən irad edilmiş olan nitqlərin təfsili.
Məhəmməd Əmin bəyin
nitqi
Möhtərəm məbuslar! Azərbaycan Cümhuriyyətinin
ilk Məclisi-Məbusanını açmaq yövmi-səadəti,
siz möhtərəm
məbusları təbrik
etmək şərəfinin
öhdəmə düşməsi
ilə müftəxirəm
(Alqışlar). Əfəndilər, Rusiyada zühur edən inqilabi-kəbir digər həqiqətlər
arasında bir həqiqəti-bahirəyi dəxi
elan etmişdi. Bu həqiqət millətlərin
həqqi-hürriyyət və
istiqlalları idi.
Rusiya inqilabı təbiətində mövcud
olan ruha sadiq qalaraq təbii
yolu ilə inkişaf etsəydi, millətlərin hüququnu
təmin ilə muxtariyyətlərdən mütəşəkkil
azad və demokratik bir Rusiyayi bir an
əvvəl təsis edəcək idi. O vəqt təbii idi ki, Rusiyada
yaşayan müsəlmanların
da həyati-siyasiyyələri
digər məhkum millətlərlə bərabər
başqa bir təriqdə cərəyan
edəcəkdi. Millətlər kəndi müqəddəratlarının
təyinini pək səmimanə bir surətdə Rusiya Məclisi-Müəssisanından gözlədilər. Fəqət Rusiyada
inqilab və demokratizm naminə zühur edən məkus bir istibdad nə kibi xarablıqlar yaratdığını bilirsiniz.
İnqilab naminə hökmfərma
olan anarşi və millətlərin hüququ elanından sonra yeridilən qatı mərkəziyyətçilik
Zaqafqasiya millətlərini
kəndi başlarının
çarəsinə baxmaya
sövq etdi. Zaqafqasiyadan Rusiya Məclisi-Müəssisanına
intixab olunan məbuslar kəndilərini
vəkil edən cəmaətin hüququnu Zaqafqasiya “Seymini” təşkil və onun istiqlalını elan etməkdə gördülər.
Eyni məntiq
nəhayət Azərbaycan
əhalisi tərəfindən
seçilən vəkillərin
Şurayi-Milli təşkilinə
sövq, bu Şurayi-Milli isə Azərbaycan istiqlalını
elan etmək zərurəti qarşısında
qaldı. Azərbaycan istiqlalı elan
olundu. (Alqışlar).
Bu gün əqəliyyət
təşkil edən millətlərin nümayəndələri
ilə qəzaların
yeni nümayəndələri
dəvət olunmaq üzrə iştə bu məclis təşəkkül etmişdir. Bu məclis ümumi seçki üsuli ilə toplanacaq Azərbaycan Məclisi-Müəssisanı
toplanıncaya qədər
məmləkətimizin sahibi
olacaq. Burada Azərbaycanda bulunan
bütün millətlərin,
təbəqələrin və
müxtəlif cərəyanların
nümayəndələri olduğundan
bu məclis vətənimizi tamamilə
təmsil edə bilər.
Əfəndilər, bilirsiniz ki, bizim Rusiya cəmaətinə
qarşı heç ədavət və nifrətimiz yoxdur. Bezar olduğumuz
Rusiya, çarizm Rusiyası, Rusiya istibdadıdır. Rusiyaya nifrətimiz
Rusiya istibdadı altında inləyən Rusiya cəmaətinə nifrət demək degildir. Bizcə mənfur olan
Rusiya, millətləri
əzən və hüquqlarını verməyən
rəsmi Rusiyadır.
Bir millət müstəqil və hürr olmalı, hürr olduqdan sonra digər millətlərlə
ürək istədigi
kibi əqdi-ittifaq etməlidir. Bütün dünya
millətlərinin bir
“Cəmiyyəti-Əqvam” vücuda
gətirməsi bizim ən müəzzəz fikirlərimizdəndir. Bu “federasyon” cəbrlə degil, təbii bir meyl və
arzu ilə hasil olmalıdır.
(Alqışlar).
Ərz etdim ki, biz Rusiya cəmaətinin də düçar olduğu fəlakətdən qurtulmasını
ürəklə istəriz. Biz Rusiya hökumətinin həqiqi rus demokratiyası əlinə
keçməsi tərəfdarıyız.
Çünki Qafqasiya dağlarının
şimalında təşəkkül
edən müstəbid
və təcavüzkar
bir hökumətə
biz laqeyd qala bilməriz. (Alqışlar). Biz Rusiyanın səadətini
istəriz. Rusiya cəmaətini
sevəriz. Fəqət kəndi
istiqlalımızı da
əziz tutarız.
(Alqışlar). Cəbr ilə qəbul etdirilən bir şeydə qətiyyən
səadət olamaz.
Çünki səadət hürriyyət
və istiqlaldadır.
İştə bunun üçün əfəndilər, müstəqil
Azərbaycanı təmsil
o üç boyalı
bayrağı Şurayi-Milli
qaldırmış. Türk
hürriyyəti, islam mədəniyyəti
və müasir Avropa əfkari-əhraranəsini
təmsil edən bu üç boyalı bayraq daima başlarımızın
üstündə ehtizaz
edəcəkdir. (Məbuslar yerlərindən
qalxıyor, şiddətli
alqışlar mədid
bir surətdə davam ediyor).
Bən buna iman ediyoram. Bənim bu
imanımı millətlərin
qəlbində doğmuş
olan amal günəşi işıqlandırıyor.
Bu günəş bir daha üful
etməyəcək. Bən vicdani-bəşəriyyətə
inanıyoram. Milyonlarla insan
bahasına mal olan qitali-ümumidən sonra vicdani-bəşər qazandığı
həqiqətləri asanlıqla
əlindən verməz.
“Cəmiyyəti-Əqvam” fikri bu gün
hər kəscə qəbul edilmiş bir fikirdir. Bu bənə ümid
veriyor. Qüvvətlə inanıyoram ki,
artıq milləti öldürmək, millətin
hüququnu paymali-zəval
etmək qətiyyən
mümkün degildir.
Qaliblər də, məğlublar
da millətlərin hüququ təslim edilməlidir, diyorlar.
(Alqışlar). Yaxında açılacaq sülhi-ümumi
konfransında bu fikir qətiyyən hakim olacaq. Bu gün
əhvalə hakim olanlar
müttəfiqlərdir. İngilis, Amerika, Fransa dövlətlərinin bayraqlarında
millətlər təmin
hüquqi və “Cəmiyyəti-Əqvam” şüarı
yazılıbdır. Dövlətlərin Bakıda bulunan nümayəndələri naminə
general Tomson Qafqasiya məsələlərinin sülhi-ümumi
konfransında həll
olunacağını rəsmən
elan etmişlərdir.
Biz azərbaycanlılar bütün mövcudiyyətimizlə kəndi müqəddəratımızı, kəndi istiqlalımızı müdafiə və mühafizədə israr edər, səbat və mətanət göstərirsək heç şübhəsiz ki, Azərbaycan Cümhuriyyəti payidar olur. Fəqət bunun üçün təkrar ediyorum səbat, mətanət, fədakarlıq istər. İstər ki, biz kəndimizin istiqlala layiq olduğumuzu isbat edəlim. Bu oldumu sizi təmin edərim ki, kimsə həqqimizi təslim etməmək cəsarətində bulunamaz. Hanki vicdandır ki, istiqlalını istəyən və ona ləyaqətini isbat edən bir milləti qəhr etsin. (Alqışlar).
Əfəndilər, biz, Qafqasiya əqvami ruhunda hər zaman hürriyyət və istiqlal fikri hakim olmuşdur. Hürriyyət fikrinin müməssili olan “Prometey” Qafqasiya dağlarında zəncirbənd edilmişdi. O, daima zəncirlərini qırmaq təşəbbüsündə idi. “Prometey”in ruhu Qafqasiyanın bütün millətlərində vardır. Qafqasiya millətlərinin istiqlalı və bərabərlikdə müstəqil olaraq yaşamaları bir xəyali-bəid degildir. Qardaş millətimiz olan Şimali Qafqasiya, qapıbir qonşumuz ermənilər, münasibati-dostanəmiz bütün cüziyyatə rəğmən daima səmimi qalan gürcülər, bizə bir çox mədəni xidmətləri toxunmuş rus cəmaətinin mühüm bir qismi ilə əl-ələ verərək biz Qafqasiyanın müqəddəratını bu qitə üzərində yaşayan millətlərin arzusu vəchilə təmin edə biləriz. (Sürəkli alqışlar. Diplomasi lojalarına müraciətlə təkrar alqışlar).
Əfəndilər, bən buraya qədər sizə ümidli sözlər söylədim. Buna iman ediyoram. Fəqət nəzərinizi əhvalın ağırlığına dəxi cəlb etməzsəm vəzifəmi hüsni-ifa etməmişəm, deməkdir. Zaman ağır, gedəcəgimiz yol çox tikanlı və arizəlidir. İləridə bir çox müşkülat və maneələri dəxi gözə almalıyız. Bu maneəli yolları keçmək və sərmənzili-məqsudə irmək üçün siz məbus əfəndilər bir çox fədakarlıqlar ibraz etməli, təmsil etdiginiz millətə səbat, mətanət göstərmək üzrə bir nümunəyi-əmsal təşkil etməlisiz. Bu nümunəyi göstərəcək iqtidar və istedada malik oldunuzsa, yolun yarısı gedilmiş deməkdir.
Əvət, əfəndilər, bu gün firqə ehtirasları, şəxsi qərəzləri və bütün bu kibi vətən və millət qayəsi qarşısında səfli qalan qərəzlər atılmalı, vətən qayğısı və millət duyğusu hər şeydən yüksək tutulmalıdır. (Sürəkli alqışlar).
Əfəndilər, bu gün Azərbaycanın paytaxtında Məclisi-Məbusan iftitahındayız. Azərbaycan bir atəş mənbəidir. Vətənimiz hər zaman kəndi sinəsində bir atəşi-müqəddəs bəsləmişdir. Bu atəş əski zamanlardan bəri həqiqətpərəstlərə rəhbər bir şöləyi-ümid və iman təşkil eləmişdir. O atəş ki, bu gün də sərvət və saman səbəbi və baisi-təməddündür. Qoy bu atəş Azərbaycan övladının sinələrinə dolsun, milyonlarla ürəyi yaxan bu atəş əbədiyyən sönməz bir məşəl təşkil edib də hürriyyət və istiqlala doğru getdigimiz maneəli yolları işıqlandırsın! (Sürəkli və mədid alqışlar).
Şirməmməd HÜSEYNOV
525-ci qəzet.- 2016.- 6 fevral.- S.21