Əyriqarın qardaşı
Xalq şairi Zəlimxan Yaqubun ölüm xəbərini mənə
Kürüstündən şair
Osman Əhmədoğlu
xəbər verdi.
O, telefonda elə ağlayırdı ki, sanki əsrlərin o üzündə Osmanlının
süqutu xəbərini
alan Sultan Səlim ağlayır... Amma bunu göz
yaşları heç
olmasa bircə yol göllənməyənlər
bilməsə də olar...
Bir neçə gün sonra Bakıdan qayıdan Osman Əhmədoğlu mənə
dedi: - Şairin dəfninə gedə bilməməyin səni bir bu qədər
üzməsin: çünki
baxmayaraq ki, ölümlə adətən
insanın qiyaməti başlayır deyirlər,
amma ölümü ilə Zəlimxanın axirəti başladı; onu sevənlər o qədər çox imiş!
...bu yerdə icazənizlə
bir az
arazbarı uzaqlardan başlayım.
Necə
ki, ulduzlar da Allahdan aşağıdı,
yavuz-yalqızlar da, sözlər də, bax, eynən həmin oxşar minvalla, aşağıdakı
sözləri bütün
ədəbi yaradıcılığı
boyu Allahın gildən düzəltdiyi adamları gülə doğru yönəltməyə
cəhd edən Vaqif Bayatlıdan eşitmişəm... Bakının Sahil bağında Vaqif bəydi, Xanəmirdi, bir də mən. Vaqif bəy birdən-birə torpağa
“qardaşım” dedi.
O vaxtlar mənim, misilləmə misal üçün, fransız,
ya da ispan
ədəbiyyatında okeana,
məşhur dağ keçidinə, hətta ölümə belə “qardaşım” deyən yazıçılardan, şairlərdən
arazbarı az
xəbərim var idi.
İndi - Zəlimxan Yaqubun dəfn gününün səhərisi mənim aləmimdə bizim vaqiflərdən torpağa
ilk dəfə “qardaşım”
deyən Vaqif Bayatlının “Sevsən,
sevənə dəyməzsən,
qara torpaq!” adlı şeirini oxuyuram. İndi Zəlimxan müəllimin
timsalında torpaq o boyda azman-əzəmətli
torpaqsevəri, yurdsevəri,
o boyda xalq şairini də qoynuna aldı. Çünki “kimsənin ömrünün
uzadılması da, qısaldılması da ancaq Kitabda yazılmışdır”
(“Quran”). Yeri gəlmişkən,
Zəlimxan Yaqub da, Vaqif Bayatlı
da bütün üslub üsullarının
filhəqiqət fərqinə
rəğmən, həmişə
digər söz sənətkarlarının varlığına
ancaq sevinə bilən sənətkarlar sırasında qalacaqlar!
Yağ içində
böyrəklər kimi
böyüməyən bütün
başqa vaqif yazarlar kimi Zəlimxan
Yaqub da hər an “gözəl Allahım, səndən nə gələcəksə
gəlsin” hüznlü
havasına köklənmişdi. Bu qədər
ağrı verən böyrək çatışmazlığında
“Almaniya dəftəri”nə
yazırdı:
Ölən canımız olsun,
təki cahan ölməsin,
Bətnində can gəzdirən Azərbaycan
ölməsin...
Axı o, böyrəkləri
ilə deyil, ürəyi ilə yazırdı və böyrəklərinin halına
bu qədər arazbarı qala-qala hər dəfə “yaşasın ürək!”
deyirdi. Böyrəkləri
onu bağışlamadı...
Ölüm gözəl olmasa
ölərdimi Peyğəmbər!
-
Bu misra Nəcib Fazil Qısakürəyindi
və bu misra Zəlimxan müəllimə də çox yaraşır, çünki hələ düz üç il bundan əvvəl
ata-baba yurdu adı bəlli Kəpənəkçidə yəqin
ona Göyçəyə,
hələlik çilik-çilik
şüşələr üstündə
yeriyən Şuşaya
baxantək baxdığımı
görüb, özünü
həyətdə vacib
iş görəntək
göstərən, amma
iztirab dolu diqqəti dünyalarca məşhur oğlunda olan anasına tərəf sehirli işarəylə, ancaq mənim eşidə biləcəyim həzin üsulla usdufca pıçıldamışdı: - Məndən bu qədər nigaran qalma, İbrahimxəlil! - və az
qala qeybdən gələn qərib gözəl səslə əlavə eləmişdi:
Bir mənim
kimi oğul bulunmazmı olur?
Mən bunu hələ Zəlimxan müəllimin
sağlığında yazdığım
yazılarda da demişəm, indi də ucqar sözümün
toz-tozanaq təkrarına
qayıdıram: Zəlimxan
müəllimin onun haqqında nələrisə
deməyə cəhd elədiyim və hər dəfə də məmnun məğlubiyyətə uğradığım
üç yazımı
- “Kitab pasajında paralellər”i, “Qızılgül
yağı”nı və “Zəlimxan Yaqub daşı”nı oxuduğunu öz kökü saralmaqda olan gözlərimlə görüb reyhanəli rahatlıq tapmışdım.
Yaylaqçıların da dediyinə görə, kasıblar üçün
olan yay günlərinin birində
Zəlimxan müəllimin
görüşünə şair
dostum Allahverdi Təhləli ilə birlikdə gəlmişdik
və söhbət bu dəfə də “cəmi dağların başı”
olan bizim dağlardan düşdü.
Əlbəttə, Zəlimxan Yaqub
bizim dağların yaxşı, sadiq və düzilqarlı qardaşı idi.
Sanki qəlbimizdən keçənləri
oxuyaraq: - Mənim dağlarımı məndən
sonra yalqız buraxmayın, - dedi, - xahiş edirəm.
Allahverdi
tez kövrələndi;
dərhal gözlərini
divardan asılan və indi Zəlimxan
Yaqubsuz öz-özünə
çalınan tavar saza dikdi...
Biz tərəflərdə - Sınıq körpünün
bəri üzündə,
Əyriqarın ətəklərinə
yaxın Zəlimxan müəllimin “Başkeçid
silsiləsi” çox sevilir. Bu silsilədə bir
“Əyriqar” adlı üçbəndlik qoşma
da var və
həmin üçbəndlik
qoşma belə bitir:
... məni aparanda qoca dünyadan
özün ol kəfənim, bezim, Əyriqar!
Düzü-dünyanın işi ta əyyami-qədimlərdən belə gətirib ki, dağlarla şairləri bir ana doğmur. Bu heç mümkün də deyil. Amma hesaba alanda ki, Zəlimxan Yaqubun dağlarsız bir ili də, nəinki ili, bircə ayı da, nəinki ayı, heç bir günü də, bircə saatı, bircə dəqiqəsi də olmadı, onda Zəlimxan Yaqubun timsalında dağlarla şairlərin - bir ana doğmasa da - necə doğma qardaş-sirdaş olduqları gün kimi aydın olmurmu? Axı Vahid Vəhdət Dünyasında nələr, hansı neçə möcüzələr olmur?..
Can Azərbaycanın xalq yazıçısı, xalq şairi vəfat edəndə adətən nekroloqda belə yazırlar: “Azərbaycanın xalq yazıçısı... vəfat edib”. Amma Zəlimxan müəllimin nekroloqunda sadəcə olaraq “Xalq şairi Zəlimxan Yaqub...” yazılmışdı. Düz də yazmışdılar. Çünki “Azərbaycan” sözündəki “can”da bir İstanbul da, bir Təbriz də, bir Borçalı da döyünməkdədir. Axı Zəlimxan Yaqub Azərbaycan hüdudlarına, Azərbaycan coğrafiyasına doğrudan da sığmırdı! Axı doğrudan da: “Ayrılarmı könül candan”!
P.S. Mən Əyriqara çox yaxın yaşayıram və yanvar ayının düz iyirmi birində, Zəlimxan müəllimin ad günündə sanki Əyriqardan düzilqarlı bir səda gəldi:
- Ondan yaxşı qardaş yox idi...
...və bunu sıxıntılarla dolu Sınıq körpünün
bəri üzündən
sizinlə də bölüşməyi qərara
aldım.
İBRAHİMXƏLİL
525-ci qəzet.- 2016.- 6 fevral.- S.17