Qara Qarayev doğum günündə anılıb

 

Fevralın 5-də dahi Azərbaycan bəstəkarı pedaqoqu, SSRİ Xalq artisti, SSRİ-nin Azərbaycanın dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, görkəmli ictimai elm xadimi, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Qara Qarayevin anadan olmasından 98 il ötdü.

 

Bununla əlaqədar fevralın 5-də böyük sənətkarın xatirəsi yad edilib. Tanınmış mədəniyyət incəsənət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri Xiyabana gələrək Qara Qarayevin məzarını ziyarət edib, qəbri üstünə güllər düzüblər.

 

Anım mərasimində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə sənətkarın həyat yaradıcılığından söz açaraq xatirələrini bölüşüb. O, Qara Qarayev yaradıcılığının böyük məktəb olduğunu vurğulayaraq, dahi bəstəkarın yaratdığı musiqi ənənələrindən bəhs edib. Bildirib ki, musiqi sənətinin bütün janrlarına müraciət etmiş Qara Qarayevin əsərləri dünya şöhrəti qazanaraq keçmiş SSRİ-nin bir çox dünya teatrlarının səhnəsində tamaşaya qoyulub.

 

Azərbaycan dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş Qara Qarayev milli bəşəri xarakterli yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkar olub. Onun hər bir əsərinin premyerası musiqi həyatımızın xüsusi hadisəsinə, bayramına çevrilib, mədəni həyatımızda bir dönüş yaradıb.

 

Qara Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim-pediatr Əbülfəs Qarayevin Sona xanım İsgəndər qızının ailəsində anadan olub. O, nəsildə özünü musiqi sənətinə həsr eləmiş ilk adamdır. Ata tərəfi Abşeronun Fatmayı kəndindən, ana babası İsgəndər bəy Axundov isə Şamaxının məşhur nəsillərindən olub.

 

Dünya şöhrətli bəstəkar Qara Qarayevin əsərləri SSRİ-nin əksər şəhərlərində, Los-Ancelesdə, Polşada, Misirdə, İspaniyada, İtaliyada, Parisdə, Yaponiyada, Almaniyada keçirilən möhtəşəm musiqi tədbirlərində müvəffəqiyyətlə oynanılıb.

 

Onun NizamininYeddi gözəlpoemasından bəhrələnərək yazdığıYeddi gözəl Cənubi Afrika yazıçısı Piter Abrahamsının romanı əsasında yazdığıİldırımlı yollardabaletləri dünyanın bir sıra ölkələrində uğurla göstərilib. Bəstəkarın Birinci Simfoniyası Azərbaycanın ilk simfoniyaları arasında görkəmli yer tutur. “Don Kixotsimfonik qravürləri, “Leyli Məcnun” (Nizaminin poeması əsasında), “Vyetnam süitasıəsərləri Qara Qarayev yaradıcılığının dəyərli səhifələridir. O, çoxsaylı filmlərə, o cümlədən, “Dənizi fəth edənlər”, “Qızıl eşelon”, “Xəzər neftçiləri haqqında povest”, “Uzaq sahillərdə digər filmlərə musiqi bəsləyib.

 

Qara Qarayev opera janrında da özünü sınayıb. O, “Vətənoperasının (C.Hacıyev ilə birlikdə) fransız yazıçısı Anri Barbüsün əsəri əsasındaZəriflikmonooperasının müəllifidir. Bəstəkar, həmçinin Azərbaycan musiqisi üçün yeni olan müzikl janrına müraciət edərək fransız dramaturqu E.RostanınSirano de Brejerakkomediyası əsasındaÇılğın qaskoniyalımüziklini yaradıb.

 

Qara Qarayev kamera instrumental janrları ilə maraqlanıb. 24 prelüd silsiləsi, skripka fortepiano üçün sonata, simli kvartetlər bəstəkarın yaradıcılıq üslubunun təzahürü kimi qiymətləndirilir. Q.Qarayev A.Puşkinin şeirləri əsasında yaratdığıMən sizi sevirdimGürcüstan təpələrindəromansları, “Könül mahnısı”, “Səadət mahnısıkantataları Azərbaycan musiqisinin gözəl nümunələridir.

 

Qara Qarayev 1982-ci il mayın 13-də Moskva şəhərində dünyasını dəyişib, Bakıda Fəxri Xiyabanda dəfn olunub.

 

525-ci qəzet.- 2016.- 6 fevral.- S.13