Vyana Opera balının 60 illiyi qeyd edilib
Vyanada bal mövsümünün
zirvə nöqtəsini
təşkil edən Vyana Opera balı keçirilib.
“Dünyanın ən gözəl bal salonu”na çevrilmiş Vyana Dövlət Operasında 60-cı dəfə
təşkil edilən
bal bu il öz təmtərağı
və qonaqların rəngarəngliyi ilə seçilib.
Builki opera balının
ilk valsını 144 gənc
debütant cütlük
açıb. Vyana Dövlət Operasının
solistləri Plasido Dominqo və Olqa Peretyako müxtəlif operalardan
duet və ariyalar, balet ansamblının üzvləri isə məşhur balet əsərlərindən rəqslər
ifa ediblər.
5 mindən artıq iştirakçının qatıldığı
Vyana Opera balı
Avstriyanın incəsənət
xadimləri, siyasətçiləri
və iş adamlarının, eləcə
də dünyanın müxtəlif ölkələrindən
çoxsaylı qonaqların
bir araya gəldiyi ən böyük ictimai-mədəni
tədbirdir.
Builki balda Avstriyanın Federal Prezidenti
Haynts Fişerin və hökumət nümayəndələri ilə
yanaşı, xüsusi
rəsmi qonaq qismində Finlandiya Prezidenti Sauli Niinistö və xanımı iştirak edib.
Vyanada bal rəqsləri ənənəsi 1814-1815-ci illərdə
Vyana Konqresi dövrünə gedib çıxır.
Müxtəlif dövrlərdə müxtəlif
məkanlar və formatda təşkil edilən, ölkənin ictimai-siyasi elitasının
qatıldığı bal
mərasimləri vahid
formada ilk dəfə
1956-cı ildə İkinci
Dünya müharibəsindən
sonra yenidən bərpa edilən Vyana Dövlət Operasında keçirilib.
Eyni zamanda
hər il bal
mövsümündə Vyanada yüzdən
artıq konsert keçirilir.
Onların ən möhtəşəmi olan
Opera balı öz ciddi protokol qaydaları və
dress-kodu ilə seçilir.
525-ci qəzet.- 2016.- 6 fevral.- S.12