San-Farnsiskoda Firəngiz
Əlizadənin premyerası olub
ABŞ-ın
San Fransisko şəhərində Kronos Festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar
İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin
“Rəqs” əsərinin premyerası keçirilib.
Azərbaycanın San Fransiskodakı Konsulluğundan APA-ya verilən məlumata görə, dünya şöhrətli Kronos Kvarteti tərəfindən ifa edilən əsər tamaşaçıların gurultulu alqışları ilə qarşılanıb.
Kvartetin “Gələcək Üçün Əlli” adlı eksklüziv proqramı üçün bəstələnilən əsər, Azərbaycanda qədim zamanlardan nəsillərdən nəsillərə ötürülərək bu günümüzə qədər gəlib çatan müxtəlif rəqs ritmlərini özündə təcəssüm etdirir.
500-dən çox tamaşaçının iştirak etdiyi konsert məşhur San Fransisko Caz Mərkəzində keçirilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun əməkdaşı Ramin Əliyev konsertdə iştirak edərək, Azərbaycan musiqisinə və mədəniyyətinə göstərdikləri yüksək diqqətə görə musiqiçilərə və tədbirin təşkilatçılarına dərin təşəkkürünü bildirib.
Qeyd edək ki, 1973-cü ildə David Harringtonun rəhbərliyilə
ABŞ-ın Sietl şəhərində
yaradılan Kronos Kvarteti
fəaliyyətini 1978-ci ildən San Fransiskoda davam etdirib və 40 ildən artıq davam edən fəaliyyəti ərzində Polar Musiqi Mükafatı, Averi Fişer
Mükafatı, həmçinin musiqi
üzrə ən tanınmış mükafatlardan
olan Qremmi
Mükafatına layiq görülüb.
525-ci qəzet.- 2016.- 9 fevral.- S.