Yazıçılar Birliyində Yapon şeiri antologiyasının təqdimatı olub  

 

“ATV KitabınParlaq imzalar”la növbəti nəşri olanSəsindən tanıdılar payızıadlı klassik yapon şeiri antolgiyasının təqdimatı keçirilib.

 

Fervalın 6-da Azərbaycan Yazıçılar Birliyində keçirilən təqdimat mərasimində tanınmış şair yazıçılar, tərcüməçilər, KİV nümayəndələri, eləcə Yaponiyanın Bakıdakı səfirliyinin nümayəndəsi iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan AYB Bədii Tərcümə Ədəbi Əlaqələr Mərkəzinin sədri, “ATV Kitablayihəsinin rəhbəri Səlim Babullaoğlu qonaqları salamladıqdan sonra layihə haqqında ətraflı məlumat verib.

 

Yapon ədəbiyyatının Azərbaycan dilinə tərcüməsi hazırkı nəşr haqqında söz açan S.Babullaoğlu deyib ki, yapon ədəbiyyatı, bütövlükdə yapon mədəniyyəti azərbaycanlılar üçün yeni yad dünya deyil:

 

Akutaqava Rünoske, Yasunari Kavabata, Yukio Mişima, Kobo Abe, Kenzaburo Oe  Haruki Murakaminin əsərləri zaman-zaman Azərbaycan oxucusunun ürəyinə yol tapıb, əsərlər dilimizə tərcümə edilərək nəşr olunub.  Yaponiya haqqındamemuar səfər qeydlərijanrında da tanınmış ədiblərimizin diqqətəlayiq əsərləriHəsən Seyidbəylinin "On beş gün Yaponiyada”, Novruz NəcəfoğlununEşitdiyim gördüyüm Yaponiya  kitabları çap edilib.

 

Yapon poeziyası da vaxtaşırı Azərbaycan oxucularının ixtiyarına verilib,  1979-cu ildə Xalq yazıçısı Elçinin tərcümə tərtib etdiyiNərgizin bircə ləçəyitoplusu, 2003-cü ildə isə Pərviz Məmmədovun tərcüməsi ilə ərsəyə gələn nəfis şəkildə nəşr edilənYapon ədəbiyyatı: haykulartoplusu işıq üzü görüb”.

 

Layihə rəhbəri tərtibçisi redaktoru olduğu hazırkı antologiyanın əvvəlki nəşrlərdən fərqi haqqında da danışıb:

 

Əvvəla, istedadlı tərcüməçi publisist Cəmşid Bəxtiyarın tərcüməsiylə təqdim olunan bu topluda yalnız haykular deyil, həmçinin böyük yapon şairi Saygyonun qələmindən çıxan tankalar da var ki, bu məziyyəti ilə toplu bir ilkdir, yenilikdir. Sizə təklif etdiyimiz toplunun digər bir məziyyəti əsərləri təqdim edilən böyük yapon şairlərininSaygyo, Başo, Buson İssa haqqında, habelə tanka hayku barədə ümumyapon poeziyası kontekstində müfəssəl məqalələrin olmasındadır...”

 

AYB sədri, Xalq yazıçısı Anar çıxış edərək layihəni Səsindən tanıdılar payızıantologiyasını yüksək qiymətləndirib.

 

Anar yapon kinosu və nəsrinin  özünəməxsusluğundan, hayku və tankalarının isə dünya xalqları poeziyası kontekstində təkrarsızlığından danışaraq Azərbaycan xalq şeiri ilə yapon klassik poeziyası arasında paralellər aparıb.

 

Yaponiyanın Bakıdakı səfirliyinin 1-ci katibi Qinqa Kobayaşi təqdimata gələnləri Azərbaycan dilində salamlayaraq zalın dolu olmasını yapon şeirinə sevginin təzahürü kimi qiymətləndirdiyini söyləyib, nəşrdə zəhməti keçənlərə təşəkkür edib. O, kitabın Yaponiya-Azərbaycan mədəni əlaqələrinə dəyərli töhfə olduğunu vurğulayıb.

 

Antologiyanın tərcüməçisi Cəmşid Bəxtiyar, “Parlaq imzalar” nəşriyyatının direktoru Nurman Tariq, tanınmış ədəbiyyatşünaslar, alimlər, şair və tərcüməçilər - Məsiağa Məhəmmədi, Seyfəddin Hüseynli, Cavanşir Yusifli, Kamran Nəzirli, Fərid Hüseyn və Qismət Rüstəmov maraqlı fikirlər söyləyib, yapon şeirinin məziyyətləri, yeni nəşrin əhəmiyyəti haqqında danışıblar.

 

Çıxışlar arasında antologiyaya daxil edilmiş şeirlər də oxundu.

 

Bədii Tərcümə Mərkəzi və Ədəbi Əlaqələr Mərkəzinin iştirakı ilə hazırlanan kitab üzərində zamanı yaradıcı qrup Yaponiyanın Azərbaycandakı səfirliyi ilə də əməkdaşlıq edib. Kitabın məsləhətçisi Aydın Tağıyevdir, bədii və texniki tərtibat isə İsmayıl Süleymanlıya məxsusdur.

 

Qeyd edək ki, "ATV Kitab" layihəsinin redaksiya heyətinə Vüqar Qaradağlı (sədr), Məsiağa Məhəmmədi, Cavanşir Yusifli,  İlqar Fəhmi, Səlim Babullaoğlu (layihə rəhbəri), Seyfəddin Hüseynli, Dilman Şahmərdanlı, Əliş Mirzalı və Bəxtiyar Əlirzayev daxildir.

 

525-ci qəzet.- 2016.- 10 fevral.- S.7.