Aktauad Azərbaycan milli mətbəxi nümayiş olunub

 

 

Dünən Aktau şəhərininXan şaxaristirahət əyləncə sarayında dünya xalqlarının milli mətbəxlərinin nümayişi keçirilib.

 

Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğundan 525.az-a verilən məlumata görə, Aktauda fəaliyyət göstərən müxtəlif təşkilatların nümayəndələri tərəfindən təşkil olunmuş tədbirdə iyirmiyə yaxın milli mətbəx nümayış etdirilib.

 

Milli mətbəxin nümayişi üçün Baş Konsulluq Aktauda fəaliyyət göstərən azərbaycanlıların “Viva” şirniyyat evi, “Manqal” “Ayjan”, “Şəmsrestoranlarının dəstəyi ilə iştirak edib.

 

Milli mətbəximiz nümayişi üçün ayrılmış süfrədə iki cür plov, dolma, müxtəlif kabablar, həmçinin təndir çörəyi lavaş, şirniyyatlardan paxlava, şəkərbura iştirakçılara təqdim olunub.

 

Azərbaycan milli mətbəxinin təqdimatı zamanı ölkəmiz haqqında video çarx nümayış olunub, həmçinin Azərbaycan milli rəqsləri ifa edilib. 

 

525-ci qəzet.- 2016.- 10 fevral.- S.7.