GİZLİ
SEVGİ
Bir gizli sevginin qəhrəmanıyıq,
Bir kimsə
bilməyir bu sevgimizi.
Görüşük, vüsalıq, baharıq, yayıq,
Baxanlar özgələr
bilirlər bizi.
Küçədə, bayırda qarşılaşırıq,
Ani bir təbəssüm bəs edir bizə.
Xəyal
qanadlanır, dağlar
aşırıq,
Quşlar nəğməsini bəhs
edir bizə.
Bu gizli sevgini qürur
sanırsan,
Sevgisiz günümdən
usanır ömrüm.
Sevgimdən sən necə qürurlanırsan,
Sevgindən o qədər uzanır ömrüm.
Hər ötən anımız xoş xatirələr,
Sevənə özgə söz quru öyüddü.
Gözəldir necə də barlı sevgilər,
Bəhərsiz sevgilər barsız söyüddü.
Aşkara
sevənin söz deyəni çox,
Aşkara sevənlər dilə düşürlər.
Bəxtəvər deyəni, göz
dəyəni çox,
Dastana dönürlər,
çölə düşürlər.
Gün elə gündü ki, saralanda da,
Gizli saxlayırıq
biz sevgimizi.
Biz ki bir yerdəyik
ayrılanda da,
Nə yaxşı,
özgələr bilirlər
bizi.
lll
Sən mənim ömrümə qışımda gələn,
Mən sənə
ağrıyan həmsöhbətinəm.
Üzünə baxanda halını
bilən,
Halına baxanda-qəm söhbətinəm.
Baxışın üzümə zillənib
qalır,
Nə sən dillənirsən, nə mən dinirəm.
İstəklər gözündə güllənib
qalır,-
Saralan günəşəm,
dağdan enirəm.
Suları
sovulmuş ləkə
dönmüşük,
Gözümüz bir ötən yolçu gözləyir.
Duyğudan duyğuya yükə
dönmüşük,
Hardasa bir ovu ovçu gözləyir.
Olmuşlar, keçmişlər çözələnir hey,
Güllüyə düşürük, cavanlaşırıq.
Keçmişə dalanda təzələnir
hey,
Bu günə dönəndə-yavanlaşırıq.
Elə bil bəd dua
oxunub bizə,
Elə bil heç nədən sehrlənmişik.
Qara qüvvələrmi toxunub
bizə,
Yoxsa özümüzdən
mehrlənmişik?
Gizləyə bilmirəm mən
ki hissimi,
Gör necə
nəm çəkir,
donur əlimiz.
Yalnız
xatirədə kəpənək
kimi,
Əllərdən əllərə qonur əlimiz.
Sən mənim ömrümə qışımda gələn,
Mən sənə
ağrıyan həmsöhbətinəm.
Üzümə baxanda halımı
bilən,
Halına baxanda-qəm söhbətinəm.
lll
Qalın-qalın kitabın,
Kürsü-kürsü xitabın.
Dörd
tərəfin öz babın,
Yetirməsən, yetirmə.
Gələnin haqdan gəlir,
Yazılı baxtdan gəlir,
Qurulu taxtdan gəlir,
Gətirməsən, gətirmə.
Tərifi
dad bilirsən,
Tənqidi od bilirsən.
Doğmanı yad bilirsən,
Ötürməsən, ötürmə.
Alan əlin cəm çəkir,
Verən əlin kəm çəkir.
Başın göydən nəm
çəkir,
Bitirməsən, bitirmə.
Cavad deyir, bəri bax,
Bir irəli,
geri bax.
Yerişinə yeri bax,
İtirməsən, itirmə.
Gedəndə...
İnsan
işıqlanır ölümqabağı,
Saralmış çöhrəsi elə
nurlanır...
Güllənir bənizi, yoxalır
ahı,
Baxırsan, elə bil bir
çıraq yanır.
Bu nurun sirri nə,
möcüzəsi nə,
Xəyallar yerimdən qoparır məni.
Vardıqca bu sirrin möcüzəsinə,
Cavabsız suallar aparır məni.
Qaraya-quraya biz ki dözürük,
Çirkaba, çamura daim hazırıq.
İşıqlı olana ağız büzürük,
İşıqlı olana quyu qazırıq.
Kölgələr gəzirik ağlığımızda,
Kölgəli həyatdan heç bezmirik də.
İşığa dönmürük
sağlığımızda,
İşığa dönməyə tələsmirik
də.
Vaxt olur, fil yükü
daşıyırıq biz,
Ölümü həmişə uzaq sanırıq.
Qaralı
bir ömür yaşayırıq biz,
Gedəndə biz ancaq işıqlanırıq.
Gül şəklində
Yaxşının qəbri də çiçək bitirər,
Ləçəyi zərifcə-tül şəklində.
Kimlər
ki, qəlbində sevgi gətirər,
Görər yaxşıları gül
şəklində.
İNDİ
BİLDİM
Yaman əsəbisən, yaman əsəbi,
Göy atı buraxıb cini minmisən.
Üzündə göylərin hirsi,
qəzəbi,
Mən indi bildim ki, “göydən
enmisən”.
VƏZİFƏ
Vəzifə
hörmətdir, vəzifə gözəl,
Ondan yuxarıda dayananlara.
Həm dərin
kisədi, həm uzanan əl,
Söyüşdən allara
boyananlara.
Cavad Zeynal
525-ci qəzet.- 2016.- 13 fevral.- 22