Tehranda Zəlimxan Yaqubun xatirəsi anılıb
Fevralın 14-də İran Aşıqlar
Birliyinin təşkilatçılığı
ilə Tehranın “Əndişə” Mədəniyyət
Evində Azərbaycanın
Xalq Şairi, Azərbaycan Aşıqlar
Birliyinin sədri Zəlimxan Yaqubun anım mərasimi keçirilib.
Tədbirdə İran azərbaycanlıları,
Tehran ictimaiyyətinin nümayəndələri
və ziyalılar iştirak ediblər.
Mərasimdə Azərbaycanın İrandakı
səfiri Cavanşir Axundov çıxış
edərək deyib ki, Zəlimxan Yaqub özündən sonra böyük irs qoyub.
O, Azərbaycanın zəngin
şeir ənənəsini
uğurla davam etdirib, xalq yaradıcılığından
bəhrələnərək aşıq sənətinin
qorunub saxlanılmasında,
təbliğində, irsinin
tədqiqində böyük
xidmətlər göstərib.
Z.Yaqub şeirindəki Vətən
və torpaq sevgisi onu oxuculara
sevdirən başlıca
amillərdəndir. Onun
şeirlərinin toplandığı
“Vətən yaraları”,
“Sizi qınamıram”,
“Od aldığım ocaqlar”, “Böyük ömrün dastanı” kitabları xalqın sevimli kitablarındandır.
Səfir bildirib ki. Z.Yaqubun ictimai
fəaliyyəti də
dövlət tərəfindən
yüksək qiymətləndirilib.
Xalq Şairi ədəbi-ictimai
fəaliyyətinə görə
Azərbaycan Respublikasının
“Şöhrət” və
“Şərəf” ordenlərinə
layiq görülüb.
Z.Yaqub millətin səsi və nəbzi idi, onun yaradıcılığı
gənclərin vətənpərvərlik
ruhunda formalaşmasında
əhəmiyyətli rol
oynayıb.
Mərasimdə İran Aşıqlar
Birliyinin sədri Kövsərəli Şahbazi,
İranın tanınmış
şairi Əzim Ağayi, İran parlamentinin nümayəndəsi
İlyas Həzrəti
və başqaları
çıxış edərək
Z.Yaqubun yaradıcılığından,
onun şeirinin fəzilətindən danışdılar.
Sonra Z.Yaqubun
həyatından bəhs
olunan sənədli
film göstərilib, şeirləri
bədii qiraət edilib. Təbrizdən, Zəncandan,
Miyanadan, Ərdəbildən,
Urmiyadan və İranın başqa şəhərlərindən mərasimə
qatılan aşıq
qrupları Z.Yaqubun şeirlərinə bəstələdikləri
aşıq mahnılarını
ifa ediblər.
Mərasim iştirakçılarına Z.Yaqubun fars dilinə tərcümə
olunmuş şeirlər kitabı təqdim
edilib.
525-ci qəzet.- 2016.- 16 fevral.- S.7.