Azərbaycan Kanberradakı Milli Multikultural Festivalda
Fevralın 12-dən 14-dək
Avstraliyanın Paytaxt Ərazisinin Multikultural Məsələlər Nazirliyi
tərəfindən Kanberra
şəhərində Milli
Multikultural Festival keçirilib.
Festivalda 80-dən çox ictimai birlik və diplomatik nümayəndəlik
təmsil etdikləri xalqların mədəniyyətini,
musiqisini və mətbəxini nümayiş
etdirib.
Azərbaycanın Avstraliyadakı səfirliyi
tərəfindən təşkil
edilən iki guşədə ziyarətçilərə
mətbəximizin və
mədəniyyətimizin nümunələri
təqdim olunub.
Festival çərçivəsində
iştirakçılara Azərbaycan
tarixini, mədəniyyətini
əks etdirən suvenirlər və broşürlər, "Foreign Affair" jurnalının "Azerbaijan 2020: Turning
Strength into Sustainability" adlı xüsusi buraxılışı,
eləcə də
"Baku" və "İrs"
jurnalları paylanılıb.
Azərbaycan Dövlət Mahnı
və Rəqs Ansamblının solistləri,
Əməkdar artistlər
Sevinc Həsənli və Elnur Süleymanov,
avstraliyalı rəqqasə
Körsti Françes milli rəqs, tarzən Şəhriyar İmanov isə milli musiqi nümunələri
ilə çıxış
ediblər.
Azərbaycanın incəsənət ustalarının
çıxışları avstraliyalı tamaşaçılar
tərəfindən böyük
maraqla izlənib, alqışlarla qarşılanıb.
Azərbaycan mədəniyyətinin Avstraliyada
təbliği məqsədilə
səfirliyin dəstəyi
və Avstraliya-Türkiyə
Təşviqat İttifaqının
təşkilatçılığı ilə fevralın 21-də
azərbaycanlı sənətkarların
iştirakı ilə
Sidney şəhərində də konsert təşkil ediləcək.
525-ci qəzet.-
2016.- 17 fevral.- S.4