“Məktəblinin
musiqi elektron kitabxanası” təqdim olundu
Fevralın 17-də Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasında Təhsil, Mədəniyyət və
Turizm nazirliklərinin,
UNESCO üzrə Azərbaycan
Milli Komissiyası və akademiyanın birgə təşkilatçılığı
ilə “Məktəblinin
musiqi elektron kitabxanası”nın təqdimatı
keçirilib.
AZƏRTAC
xəbər verir ki, tədbirdə Bakı Musiqi Akademiyasının rektoru,
Xalq Artisti, professor Fərhad Bədəlbəyli
çıxış edərək
yaradılan yeni sistemin əhəmiyyətindən
söz açıb.
Bildirilib
ki, ölkəmizdə
ilk dəfə olaraq
UNESCO üzrə Milli
Komissiyanın dəstəyi
ilə “Musiqi dünyası” jurnalının
mütəxəssisləri tərəfindən musiqi və ümumtəhsil məktəbləri üçün
“Məktəblinin musiqi
elektron kitabxanası” hazırlanıb.
Qeyd edilib ki, martın
20-dək fəaliyyətinə start veriləcək “Məktəblinin
musiqi elektron kitabxanası” sistemində
Azərbaycan və dünya bəstəkarlarının
2563 musiqi əsəri
yer alıb.
525-ci qəzet.-
2016.- 17 fevral.- S.4