"Sülh naminə birləşək!" mövzulu rəsm müsabiqəsi yekunlaşdı

 

 

UNESCO-nun 70 illik yubileyi münasibətilə 21 sentyabr Beynəlxalq Sülh Gününə həsr olunmuş "Sülh naminə birləşək!" mövzusunda respublika rəsm müsabiqəsinə yekun vurulub. Müsabiqəni Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnsan hüquqları sülh problemləri üzrə UNESCO Mərkəzi ilə birgə keçirib.

 

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd uşaq gənclərin diqqətini Beynəlxalq Sülh Gününə cəlb etmək, onlara sülh mədəniyyəti, vətənpərvərlik, adət-ənənələrə hörmət ruhu aşılamaq, xüsusi istedada malik uşaqları aşkara çıxarmaq onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir.

 

Üç yaş qrupu üzrə keçirilən müsabiqə əvvəlcə məktəbdaxili rayon (şəhər) məktəbləri arasında təşkil olunub. Həmin mərhələdə birinci yerin qalibi olan işlər respublika mərhələsinə təqdim edilib. Respublika mərhələsində hər yaş qrupu üzrə doqquz qalib müəyyənləşib.

 

Müsabiqənin respublika mərhələsinə təqdim olunan 674 rəsm işindən 27-si münsiflər heyəti tərəfindən qalib seçilib, 91 müəllif isə xüsusi fərqlənmə sertifikatları ilə təltif olunub.

 

Müsabiqədə seçilmiş ən yaxşı işlərin fotolarından ibarət kataloq hazırlanacaq.

 

525-ci qəzet.- 2016.- 17 fevral.- S.4