Turizm Universitetinin rektorunun məqaləsi dərc edilib

 

 

113 ölkədən 776 tədqiqatçının araşdırma nəticələrinin daxil olduğu Turizm Ensiklopediyası "Springer" Beynəlxalq nəşriyyat şirkətinin indeksi ilə çap olunub.

 

Universitetdən verilən məlumata görə, ensiklopediyaya Azərbaycan Turizm Menecment Universitetinin rektoru, professor Cəfər Cəfərovun "Azərbaycan, turizm" məqaləsi daxil edilib.

 

Tədqiqatçı öz məqaləsində Azərbaycan Respublikasının ərazisi, sərhədləri, əhalisi rəsmi dilini qeyd etməklə yanaşı, zəngin tarixi mədəni irsinə nəzər yetirib. Qərb Şərq sivilizasiyasının qovşağında yerləşməklə xarakterik tolerantlıq qonaqpərvərlik xüsusiyyətlərinin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.

 

Qeyd edib ki, xidmət mədəniyyətinin yüksək olması sənayesinin inkişafı üçün təkan verir. Bundan başqa, müəllif öz yazısında ölkənin əsrarəngiz təbiətindən- qoruqlar, milli parklar, mineral bulaqlar zəngin florasından söhbət açıb.

 

Vəfa MƏMMƏDLİ

525-ci qəzet.- 2016.- 17 fevral.- S.2