Kitabxana sistemi ilə bağlı yeniliklər müzakirə edilib

 

 

Milli Kitabxananın direktoru Kərim Tahirov "Innovative Interfaces Global Ltd"nin biznesin təşkili müdiri Nabil Saadallah ilə görüşüb.

 

Görüşdə Milli Kitabxananın İnformasiyalaşdırma texnoloji inkişaf üzrə direktor müavini Elçin Musayev, Elmi işlər beynəlxalq əlaqələr üzrə direktor müavini Mələk Hacıyeva, Oxuculara xidmət işləri üzrə direktor müavini Ədibə İsmayılova da iştirak ediblər.

 

Səfərinin məqsədinin Azərbaycan Milli Kitabxanasının direktoru işçi heyəti ilə şəxsən görüşmək, Milli Kitabxanada istifadə olunan VTLS-Virtua kitabxana sisteminin perspektivlərini müzakirə etmək olduğunu deyən N.Saadallah bu sahədəki yeniliklər, gələcək məhsul layihələr barəsində ətraflı məlumat vermək istədiyini bildirib.

 

O, yeni sistem olan "Sierra" "Vital" proqramlarına keçid barədə ətraflı məlumat verib, hər iki proqramın dünyanın 1000-dən artıq kitabxanasında (ABŞ, Kanada, İsveçrə, Türkiyə, Polşa, Çin, Rusiya, Malaziya digər Şərqi Afika ölkələri daxil olmaqla) müvəffəqiyyətlə tətbiq olunduğunu diqqətə çatdırıb.

Görüşdə K.Tahirov qonağa "Fotoalbom" (Azərbaycan, ingilis rus dillərində), Azərbaycanın xəritəsi, Azərbaycan xalçaları (həmçinin DVD) kitablarını hədiyyə verib.

525-ci qəzet.- 2016.- 18 fevral.- S.7