Bir dostun ardından...  

 

 

 

 

Fevral ayı aylar içində ən qısa ay qış mövsümünün bahara doğru gedən yolunda son dayanacağı... Bəlkə buna görə həmişə fırtınalı, yorucu keçir.

 

Anam da fevral ayını sevməzdi. Fevral gələndə: "kiçik çillə girdi, artıq qış özünü göstərəcək" - deyərdi. Bir il əvvəl 17 fevralda vəfat etdi. Qar yolları bağladı, külək, fırtına yolumuzu kəsdi, dəfninə yetişə bilmədim.

 

İki il əvvəl əziz dostum Tofiq Abdin fevralın 24-də vəfat etdi.

 

Bu il fevral ayı yenə dostlarımızın ürəyinə yas olaraq düşdü. Dostum Rəşad Məcidin atası da fevral günlərinin birində torpağa verildi. Şair Cahit Sıtkı Tarancı dediyi kimi:

 

Həyata birlikdə başladığımız,

Dostlarla da yollar ayrıldı bir-bir;

Getdikcə artır yalnızlığımız...

 

Artan təklik, ölümlərlə gələn ağrılar dünyanın faniliyi hamımızın başında... Muhiddin Ərəbi demiş, "Qaçıb can qurtarmağa yer yoxdur!". Tək çarə xatirələrin qoynunda təsəlli axtarmaq həyatın fərqli məkanlarında yeni ümidlərə doğru getmək...

 

Tanıdığım ən ümidli gülərüz insanlardan biri şair Vaqif Məmmədovdu. Uzun boylu, yaraşıqlı, xoşsöhbət ürəyi insanlıq, türklük sevgisi ilə dolu bu dostumu da vəfasız fevral ayında itirdik. Keçən il Bakıdan İğdıra getdiyimdə məni Naxçıvan hava limanında qarşılayıb, bütün gün yanımdan ayrılmamışdı. Naxçıvan Universitetindəki kiçik, amma duyğu kitab dolu otağında məni rahatlamaq üçün əlindən gələni etmişdi.

Onunla qiyabən tanış idik, birgə dostlarımız var idi. Naxçıvana gedən dostlar mütləq ona uğrayar, ondan kömək alardılar. 67 yaşında, amma gənc bir ürəyin sahibi idi. Türkiyədən gələnlərə səmimi bir sevgisi vardı. Oradan Naxçıvana gələn tələbələrin Vaqif müəllimi, Vaqif abisiydi. İğdırda dostlarımla söhbət etdiyimdə tez-tez onun adı keçərdi. Şeirləri gözəl idi. Hələ lirik şeirlərindəki təzəlik dərin hisslər oxuyanı duyğulandırırdı. Mikayıl Müşfiqin "Yenə o bağ olaydı" şeirinə yazdığı nəzirəsi isə sadə duyğu doludur:

 

O bağ... düşünmədin qalacaq sənsiz,

Əncir ağacları solacaq sənsiz,

Gözlərim həmişə dolacaq sənsiz.

Saçımda bir az da çoxalacaq dən,

Dənizi tək goyub hara gedirsən?

 

Səmimi, saf təmiz adamların sözləri gözəldir. 18-ci əsrdə yaşamış Ərzurumlu İbrahim Hakkı "Mərifətnamə" adlı əsərində yazır: "İnsanın duyğu düşüncələri üzündə görünər".  Bəzən çox gözəl görkəmi olan bir insan insana xoş gəlməz. Uşaqlar heyvanlar bunu tez hiss edərlər. Baxarsınız həmişə gülər üzlü olan bir adamdan belə uşaq ya heyvan qorxar, geri çəkilər.

 

Vaqif Məmmədovun gözəl ürəyi və ürəyindəki gözəl sözlər sanki üzünə əks etmişdi. Gülümsərkən ürəkdən güldüyünü, danışarkən ürəkdən danışdığını dərhal anlardım. Dostlarımdan erkən öləni olunca, sonradan "Niyə ona daha çox vaxt ayırammadım" deyə həmişə kədərlənirəm. Bu dostlarımdan birio idi. İğdıra bir an əvvəl getmək üçün Naxçıvanda həmişə tələsərdim. Bir an əvvəl doğulduğum, böyüdüyüm torpaqlara keçmək istərdim. Bu səbəblə onunla da, təəssüf ki, uzun vaxt keçirə bilmədim. Amma Naxçıvan Universiteti müəllimlərindən gənc dostum Elbrus İsayevlə birlikdə Vaqif Məmmədovu da götürüb onların "Söyüdlü restoran" dedikləri, həqiqətən də söyüd ağacları ilə bəzədilmiş gözəl bir yerə getdik. Orda iki saata qədər şeirdən, şairlərdən, insanlardan, ölkəmizdən və dərdlərimizdən danışdıq. Səsi, gözləri və rəngi o qədər canlı və rəngli idi ki, onun bir il sonra birdən xəstələnib vəfat edəcəyini haradan bilərdim?

 

Yeməkdən sonra xahiş etdim, iki şeir oxudu. Şeir oxuyarkən,  gənc bir şair kimi utancaqdı. Səsi ilə ağzından çıxan sözlər bir musiqi məqamı kimi uyğun idi. O şeirlərdən bir qitə hələ də yadımdadır:

 

Tutub zirvələri bir soyuq təklik,

Duman dərələrə çökür, nədənsə.

Xınalı qayanı tapmayan kəklik,

Bu gün qar üstündə çəkir, nədənsə.

 

Əziz dostum, təəssüf ki, özünün həyat qayasını tapa bilmədi və qar üstündə bir kəklik  kimi çəkib getdi. Elə bir şeirində dediyi kimi...

 

Kişnəyən atları minib gediblər,

Şam kimi əriyib, sönüb gediblər ,

Şirin xatirəyə dönüb gediblər,

Sən görən kişilər gedibdi daha...

 

Bütün ölənlərimizlə birlikdə, onun da ruhu şad olsun!

 

 

Orxan ARAS

525-ci qəzet.- 2016.- 18 fevral.- S.5