İncəsənət Universitetinin
tələbələrindən yeni tamaşa
15 fevral tarixində YARAT FreeStyle çərçivəsində
YARAT Müasir İncəsənət
Mərkəzində Bond Street Teatrı Azərbaycanda ilk
dəfə olaraq Mədəniyyət və
İncəsənət Universitetinin
tələbələri ilə
birgə "Sülh naminə icma dramı" proqramı ilə hazırlanan "Ay
dövriyyələri" adlı
tamaşa təqdim olunub.
Universitetdən verilən məlumata görə, anşlaqla keçən tamaşanın
premyerasında ABŞ səfirliyinin
nümayəndələri, ADMİU-nun
professor-müəllim heyəti,
tələbələri və
eləcə də teatrsevərlər iştirak
ediblər. Nümayişdən sonra təşkilatçı
və çıxışçılara
suallar verilmiş, tamaşaçılar təəssüratları
ilə bölüşüblər.
Bond Street Teatrı Azərbaycanda
ilk dəfə olaraq Mədəniyyət və
İncəsənət Universitetinin
tələbələri ilə
birgə bu proqramı çərçivəsində
təlimlər keçirilib. 3 mərhələdən
ibarət proqramın
1-ci mərhələsində 25 nəfər tələbə
üçün sosial
teatr sənətinin müxtəlif üslubları,
o cümlədən, əməkdaşlıq
və komandanın qurulması, təxəyyülün
stimullaşdırılması, liderlik və ünsiyyət bacarıqları,
əhvalatların danışılması
və həyatdan götürülən ssenarilərin
qurulması və fiziki çağırışlar
fonunda özünə-hörmət
hissinin qazanılması
üzrə təlimlər
keçirilib. Proqramın 2-ci mərhələsində 25 nəfər
arasından 8 tələbənin
seçilərək "Sosial
Teatr" konsepsiyasını
əks etdirən mobil şou xarakterli tamaşa hazırlanıb.
Proqramın 3-cü mərhələsində isə fevralın 15-i Bakıda premyerası olan "Ay dövriyyələri"
tamaşası Sumqayıt,
Şəki, Zaqatala, Gəncə və Bərdədə ictimaiyyət
üçün nümayiş
etdirilib.
Vəfa MƏMMƏDLİ
525-ci qəzet.- 2016.- 18 fevral.- S.2