Azərbaycanlı
pianoçu beynəlxalq müsabiqədə fərqlənib
Estoniyanın Narva şəhərində gənc pianoçuların Şopen adına XI Beynəlxalq müsabiqəsi başa çatıb. Müsabiqədə 11 dövlətdən 50 gənc pianoçu iştirak edib.
AZƏRTAC xəbər verir ki, Bülbül adına orta ixtisas musiqi məktəbinin IX sinif şagirdi Nərminə İsmayılova müsabiqədə uğurla çıxış edərək münsiflər heyətinin rəyinə əsasən II yerə layıq görülüb.
Müsabiqədə N. İsmayılova İ.S.Bax, D.Scarlatti, F.Şopenin əsərlərini böyük məharətlə ifa edib.
Qeyd edək ki, Nərminə
İsmayılova 2015-ci ilin aprelində zəmanəmizin
görkəmli pianoçusu Denis Matsuyevin təşkilatçılığı
ilə Astana şəhərində
keçirilən gənc pianoçuların “Astana
Piano Passion” III Beynəlxalq
müsabiqəsində iştirak edərək
diploma layiq görülüb.
525-ci
qəzet.- 2016.- 19 fevral.- S.4.