Azərbaycanqəzetində parlament hesabatları şərhlər

 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

 

 

 

I cild (noyabr 1918 - aprel 1920)

 

Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov

 

Transliterasiya redaktorları: professor  Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev)

 

Bütün Azərbaycan vətəndaşlarına!..

 

Millətdaşlar, vətəndaşlar!..

 

Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanının açıldığı münasibətilə sizləri təbrik ediyoruz.

 

Təbrik ediyoruz Azəri türklərini ki, ürəklərinin dərin guşələrində əzizlədikləri böyük amalları hasil olubdur.

 

Təbrik ediyoruz müsavat məfkurəsi ilə mənus olan millətdaşlarımızı ki, bu gün onlar Azərbaycan fikrinin qövldən-felə keçməsini göstərən bir böyük vəqəyi dəxi seyr ediyorlar.

 

Təbrik ediyoruz firqəçi yoldaşları ki, qaldırdıqları Azərbaycan bayrağı bu gün millət vəkillərinin başları üzərində pərçəməndaz oluyor.

 

Təbrik ediyoruz bütün vətəndaşları ki, həqq, ədalət müsavat nigəhbanı olan bir müəssisəyi-hürriyyət təşkil olunuyor.

 

Əvət, böyük fikrin, fikri-istiqlalın, Azərbaycan hürriyyət istiqlalının arzukeşləri sevinsin, bu arzu yolunda şəhid düşən, bu arzu ilə ölən millətdaş vətəndaşların da ruhu şad olsun.

 

Azərbaycan Məclisi-Məbusanı açılıyor. Fəqət vətəndaşlar, biliniz ki, bu gündən bizə böyük olduqca müşkül imtahan günləri başlayır. Azərbaycan Məclisi-Məbusanı bizə bir imtahandır. İmtahan göstərməliyiz, həddi-rüşd büluğə yetmiş vətəndaşlar olduğumuzu isbat etməliyiz. Bu imtahanı millətin vəkilləri, vəzirləri verdikləri kibi millət özü bu imtahana girməlidir. Millət Məclisinin dalında durmaz, onun qərarlarına tabe olmaz, onun ehtiramını saxlamazsa, biliniz ki, vətəndaşlar, Məclis özü-özünə heç bir şey edə bilməz.

 

Bu gün hər şeydən əvvəl Azərbaycan istiqlalını qurtarmaq lazım, çünki olduqca ağır bir vəziyyət, müşkül bir əmr altındayız. Bunun üçün daxili nizaları şiddətləndirməyərək bütün firqələr birləşməli, Vətən Hürriyyəti-Vətən naminə birləşməlidirlər.

 

Beşinci ilə varan millətlər qovğası indi xitamə iriyor. Bu müharibənin nəticəsində o müharibə qədər müəzzəm bir hadisə zühur ediyor.

 

Millətlər hürriyyət istiqlal bayrağı açıyor. İstibdadlar yıxılıyor. Dünya xəritəsi yeni hökumətlərlə boyanıyor.

 

Millətlər azad müstəqil olacaq. Dünya azad millətlərdən ibarət birCəmiyyəti-Əqvamşəklinə girəcək!

 

Millətlərin hürriyyəti, millətlərin cəmiyyəti!

 

İştə bu günün siyasəti, bu günün şüarları!

 

Paytaxtımızda bulunan müttəfiq dövlətlərin bayraqlarında dəxi bu cümlələr yazılıbdır.

 

Müttəfiqlər bu gün bayraqlarında yazılı bulunan bu şüarı bilfeil həqqimizdə tətbiq etməmişlərsə , bilmisal bunun sülhi-ümumi konfransında həll olunacağını rəsmən elan etmişlərdir.

 

Sülhi-ümumi konqresi, vətəndaşlar, istiqlal paylıyacaq - deyə düşünülməsin. Çünki bu kəndisini aldatmaq olur. Konqre israr istehqaqla istənilən istiqlalları təsdiq edəcək!

 

Bunun üçün çalışalım. Hər növ şəxsi mənfəətlərin üstünə çıxalım, özümüzü unudalım, millətimizi düşünəlim, məclisimizlə müttəhid olalım, işlərimizi, idarələrimizi yoluna qoyalım. O zaman əmin olalım ki, həqqimizi alırız!

 

Vətəndaşlar! Cəmiyyəti-Əqvam” 5 sənəlik qital nəticəsində millətlərin vicdanından doğmuş öylə aləmləri işıqlandırıcı bir günəşdir ki, feyzi bütün aləmə şamildir.

 

Çalışalım, səy edəlim, qardaşlar ki, Azərbaycan üfiqi bu günəşin üzünə hail olacaq buludlar dumanlarla örtülməsin!

 

Bu isə bizim əlimizdədir.

 

Bunun üçün bütün firqələr müttəhid olmalı, bütün təbəqələr təhəmmül etməli, Məclisi-Millinin dalında Səddi-İskəndər kibi durmalıdır.

 

İştə vətəndaşlar, bu gün Azərbaycan Məclisi-Məbusanının açıldığı gündə sizi fədakarlığa, ittihada dəvət ediyoruz. Müttəhid fədakar olalım, tainki:

 

Yaşasın Azərbaycan Cümhuriyyəti!

 

Yaşasın Cəmiyyəti-Əqvam!

 

Türk Ədəmi-Mərkəziyyət firqəsiMüsavatMərkəzi Komitəsi

 

Azərbaycan”, 10 dekabr 1918, ¹61

 

Nigəhban - gözətçi

Rüşd - doğru yol tapma

Büluğ - yetginlik

Niza - çəkişmə, tutuşma

Pərçəməndaz - dalğalanmaq

 

Azərbaycan Məclisi-Məbusanında 2-ci iclas

 

Dekabrın 10-u saat 12-yə təyin edilmiş olan 2-ci iclas saat bir tamamda doktor Həsən bəy Ağayevin sədarətilə açılıyor. Diplomatlar lojasında Gürcüstan hökumətinin siyasi nümayəndə, Gürcüstan daxiliyyə naziri müavini heyəti-əskəriyyə üzvü əyləşmişlərdir.

 

Tamaşaçı çoxdur.

 

Sədr - Məclisi-Məbusanın 2-ci iclasını açılmış elan edərək məsaili-yövmiyyəyi bu qərar ilə xəbər veriyor:

 

1. Son günlər varid olmuş təbrik məktub teleqrafları;

 

2. Fraksiyaların bəyannamələri;

 

3. Nitqlər iradı nizam qaidəsi.

 

Bundan sonra sədr cənabları son günlər zərfində bir çox təbrik teleqraf məktubları varid olduğunu bəyanla əvvəl Dağıstan Şurası tərəfindən göndərilmiş məktubu oxuyur.

 

Mustafa bəy - təklif ediyor dağıstanlı qardaşlarımızın təbrikinə təbrik təşəkkür məzmunlu cavab göndərilsin.

 

Təklif qəbul olunur.

 

Sonra Salyandan, Cavad uyezdi rus və türklərindən, Suraxana, Əmirhacıyan, Nügədi və sairə fəhlə və kəndlilərindən, Bakıda İttihadi-İraniyan və Səadət cəmiyyətlərindən və bir çox sairlərindən təbriknamələr alındığını bəyanla, fəqət bunları oxumaqla zehnləri işğal etmək istəmiyərək təklif ediyor ki, Məclisi-Məbusan fraksiyalarının bəyannamələri eşidilsin. İbtida Türk Ədəmi-Mərkəziyyət “Müsavat” firqəsi naminə Rəsulzadə Məhəmməd Əmin bəy bəyanatnamə oxuyur. Bədə Sosialistlər İttifaqı tərəfindən Səfikürdski və “Hümmət” tərəfindən Şeyxülislamov nitqlər söyləyərək, ümum sosialistlər tərəfindən Pepinov Əhməd Cövdət bəyannamə oxuyur. Sonraİttihad” firqəsi namindən doktor Qarabəyli Qara bəy bəyannamə oxuyur.

 

Bunlardan sonra əqəliyyət təşkil edən millətlərdən ibtida gürcü nümayəndəsi Tsixaka, yəhudilər tərəfindən Koxman, lehlər tərəfindən Vanseviç nitqlər söyləyib, alman nümayəndəsi Kun bəyannamə oxuyur.

 

Nitqlər və bəyannamə qurtardıqdan sonra Türk Ədəmi-Mərkəziyyət “Müsavat” firqəsi tərəfindən böylə bir formula təklif olunur:

 

Bütün fraksiyaların bəyanatını eşitdikdən sonra Azərbaycan Məclisi-Məbusanı Riyasət Vəzifəsini ifa edən rəis müavininə tapşırıyor ki, yeni hökumət təşkil etmək üçün kəndi mülahizəsinə görə bir rəis dəvət edib təsdiqini Məclisə gələcək Heyəti-vükəla təşkilini də məzkur rəisə təklif eləsin.

 

Formula ittihadi-ara ilə qəbul olunur.

 

Rəsulzadə Məhəmməd Əmin bəy - təklif ediyor ki, Azərbaycan parlamanının açılması xüsusunda bütün cahan parlamanlarına əzcümlə qonşumuz Gürcüstan Ermənistan parlamanlarına birər teleqraf çəkilsin.

 

Gələcək iclasın vəqt təyin olunması rəisə mühəvvəl edilərək saat 4-ün yarısında parlamanda iclas qapandı.

 

(Bəyannamələrin məzmunu nitqlərin təfsili yarın)

 

“Azərbaycan”, 11 dekabr 1918, ¹62

 

 

Şirməmməd HÜSEYNOV

525-ci qəzet.- 2016.- 20 fevral.- S.21