Milli Kitabxanada beynəlxalq treninq

 

 

Fevralın 19-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Virtual proqramının inkişaf etdirilməsimövzusunda beynəlxalq treninq öz işinə başlayıb.

 

Kitabxanadan AZƏRTAC-a bildiriblər ki, treninqin açılış mərasimində Milli Kitabxananın direktoru, professor Kərim Tahirov, “Innovative Interfaces Global Ltd” şirkətinin əməkdaşı Yana İlavska iştirak ediblər.

 

K.Tahirov əməkdaşları fəal olmağa çağırıb treninqin işinə uğurlar arzulayıb.

 

Yana İlavska tərəfindən aparılan treninqdə şirkətin məhsulu olan Virtua avtomatlaşmış kitabxana sistemində mövcud olan yeniliklər, digər modullarının işə salınması, modullarının təkmilləşdirilməsi, kitab verilişi, oxucu qeydiyyatı, axtarış sistemlərinin təkmilləşdirilməsi, avtoritet faylların, filtrlərin qaydaya salınması s. məsələlər müzakirə olunub.

 

Treninqin müzakirə obyekti olan ikinci məsələ elektron kitabxananın təkmilləşdirilməsi, ondan istifadə, axtarış sistemlərinin yaradılması inkişaf etdirilməsidir. Elektron kitabxanadan istifadə olunmasında qarşıya çıxan ən böyük problemlərdən biriMüəlliflik hüququ əlaqəli hüquqlar haqqındaQanunun şərtlərinə əməl olunmasıdır. Bu məqsədlə xüsusi proqramın işlənib hazırlanması məsələləri müzakirə olunur.

 

Tətbiq olunacaq bu proqramda müəlliflik hüququ qorunmaq şərti ilə elektron sənədlərin ümumistifadəyə açıq olması təmin olunacaq, lakin elektron resursların surətinin çıxarılmasına, köçürülməsinə, tirajlanmasına qadağalar qoyulacaq. Bununla da çoxsaylı oxucuların narazılıqlarına son qoyulacaq, Milli Kitabxananın elektron kitabxanasından istifadə imkanları genişlənəcək.

 

İki gün davam edəcək treninqdə Milli Kitabxananın əməkdaşları iştirak edirlər.

 

525-ci qəzet.- 2016.- 20 fevral.- S.13