Əliağa Vahid konsert
proqramı ilə yad edilib
Heydər Əliyev Sarayında Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi
Əliağa Vahidin qəzəllərindən ibarət
“Vahidəm, qaldı sözüm bir dürr kimi” adlı konsert proqramı təqdim olunub.
AZƏRTAC xəbər ki, konsert Əliağa
Vahidin öz dilindən lentə köçürülmüş qəzəllərinin səsləndirilməsi
ilə başlanıb.
Gecədə Xalq artistləri
Arif Babayev, Könül Xasıyeva, Aygün Bayramova, Mələkxanım Əyyubova,
Nəzakət Teymurova,
Zabit Nəbizadə, Əməkdar artistlər Gülüstan Əliyeva, Nuriyyə Hüseynova, Elnarə Abdullayeva, Teyyub Aslanov, Səbuhi İbayev, Babək Niftəliyev və meyxana ustadları çıxış
ediblər.
Konsertdə ustad xanəndələr Əliağa Vahidin qəzəllərinə bəstələnmiş
musiqi nömrələri
ifa ediblər.
Qiraətçilər - Xalq artisti Əminə
Yusifqızı və
Almaz Amanova şairin qəzəllərini
səsləndiriblər.
Qeyd edək
ki, Əliağa Vahid Azərbaycan ədəbiyyatında qəzəl
janrının görkəmli
nümayəndəsidir. Onun qəzəlləri
ustad xanəndələrin
repertuarında mühüm
yer tutur.
Ötən il ölkəmizdə görkəmli
qəzəlxanın 120 illiyi
dövlət səviyyəsində
qeyd olunub.
525-ci qəzet.- 2016.- 20 fevral.- S.13