“ARTIM” çərçivəsində ilk sərgi - “Bu da keçər”

 

 

YARAT Müasir İncəsənət Məkanı “ARTIM” layihəsi çərçivəsində elan olunmuş açıq müsabiqənin yekunlarına əsaslanan silsilə sərgilərin keçirilməsinə başlayıb. Başlanan sərgilər proqramının təntənəli açılışında silsilənin ilk ekspozisiyası - Habib SaherinBu da keçər” adlı fərdi sərgisi olacaq.

 

YARAT-dan AZƏRTAC-a bildirilib ki, fevralın 19-dan martın 13-dək davam edəcək “Bu da keçər” sərgisinin ilham qaynaqları müxtəlifdir.

 

Bunların arasında mövcudluğun faniliyi, əcəlin qaçılmaz olması və “ömüradlanan o qısaca zaman kəsiyinin gözəlliyi barədə düşüncələri paylaşan qum mandalası (mandala - hinduizm və buddizmdə kainatı təmsil edən dini simvol) sənətini və Ömər Xəyyamın rübailərini qeyd etmək olar.

 

Sənətkar heykəltəraşlığı cismani olan hər şeyin metaforası kimi görür: onun sərgiyə çıxardığı əsərlər sərgi müddəti ərzində öz-özünə dağılmalıdır.

 

1960-cı illərin avto-destruktivizm cərəyanına xeyli meyl göstərən sənətkar sənət əsərinə maddi dəyər gözü ilə baxmaq məntiqinə qarşı çıxır, incəsənət nümunələrinin daha çox ruh və fəlsəfə baxımından sərvət olduğunu vurğulamaq istəyir.

 

Sərgini müşayiət edən bir sıra tədbirin, o cümlədən, rəssamla görüş, film nümayişipoetik qiraət gecəsi kimi tədbirlərin “ARTIM” auditoriyasında keçirilməsi də nəzərdə tutulub.

 

Habib Saher Bakıda yaşayan İran əsilli rəssamdır. Bakıdakı İncəsənət Akademiyasının məzunudur. Heykəltəraşlıq üzrə bakalavrmagistr dərəcələrini burada qazanıb. Habib Saherin iştirak etdiyi sərgilər arasında həm Bakıda, həm də xaricdə keçirilmiş bir sıra sərgilər var.

 

525-ci qəzet.- 2016.- 20 fevral.- S.13