Kamran Nəzirlinin “Dördüncü
möhür”ü
Bu yaxınlarda Kamran
Nəzirlinin “Dördüncü
möhür” romanı
işıq üzü
görüb.
Qeyd edək ki, Kamran
Nəzirli həmçinin
ingilis və Amerika ədəbiyyatının
C. London, O. Uayld, E. Heminquey,
C. Qolsuorsi, H. Melvil, M.
Mitçel və sair kimi görkəmli
nümayəndələrinin əsərlərini ingiliscədən
dilimizə çevirən
tanınmış tərcüməçidir.
“Dördüncü möhür” onun ilk romanıdır.
Romanda Qarabağ
müharibəsinin fəsadları,
fəlsəfi-psixoloji məzmunu
və tarixi gerçəklikləri göstərilir. Əsərin qəhrəmanı yazıçının
müharibə və onun nəticələrindən
xilas yolu ideyalarını əks etdirir.
Əsər müharibələr, etnik
münaqişələr, qaçqınlıq
və xəstəliklərin
insan psixologiyasına təsiri, bunların yaratdığı psixi pozuntulara işıq tutur. Romanın qəhrəmanı məhz bu məsələlərin
həlli üçün
mübarizə aparır.
Əsərdə tarixi faktlardan
və sənədlərdən
istifadə olunub.
Əlavə edək ki, K. Nəzirli ədəbi yaradıcılığa 80-ci illərdən
başlayıb. Pyes və hekayələr müəllifi olan yazıçının bundan
öncə “Sevgi nağılı”, “Doğmalar
arasında”, “The old baby”, “Şeytan
işığı”, “Komada
olan adam”, “Miras” kimi kitabları
nəşr olunub.
M.ŞÜKÜRLÜ
525-ci qəzet.- 2016.- 20 fevral.- S.12