Haray - Xocalıda soyqırım!..
1828-ci ilin mənfur "Türkmənçay müqaviləsi"nə
kimi Dağlıq Qarabağda "erməniyə
məxsusluğu" yaşada
biləcək bircə
toponimə, oykonimə,
hidronimə və hətta mikronimə də rast gəlmək
qeyri-mümkündür...
1978-ci ildə Dağlıq
Qarabağda yaşayan
ermənilər İrandan
Azərbaycana ermənilərin
köçürülməsi nəticəsində ilk ermənilərin
Dağlıq Qarabağda
məskunlaşdırılmasının
150 illiyini böyük
təntənə ilə
bayram etdilər. Hətta bu
şərəfə abidə
də ucaltdılar.
Həqiqəti kölgədə
saxlamaq üçün
erməni millətçiləri
1988-ci ildə həmin
abidəni də vandalcasına uçurdular,
yer üzündən sildilər!..
... XX əsrin dəhşətli
faciəsi - Xocalı soyqırımı bir an belə xəyalımızdan
getmir. Gözlərimiz önündə dünyanı xoflandıran
"Haray-Xocalıda soyqırımı"
möhtəşəm abidəsi
ucalır. Onun üzərində
"Qan yaddaşının
məşəli" əbədi
alovlanır. O məşəlin
işığında abidə
üzərindəki saysız-hesabsız
kitabələri oxuduqca
vücudumuz təlatümə
gəlir!.. Həmin kitabələrdən
birini vətənsevər
oxucularımıza təqdim
edirəm!...
Ey odlar yurdunun od ürəkli
övladları!
Bir neçə yüz il öncə,
yersiz-yurdsuz erməniləri
öz qanadımızın
altına alıb, sığınacaq verdik. İllər keçdikcə, duz-çörəyi
tapdalayan bu nankorlar, torpaqlarımızın
bərəkətindən, ata-babalarımızın
səxavətindən, ağbirçək
nənələrimizin mərhəmətindən,
xalqımızın xeyirxahlığından,
dilimizin şirinliyindən,
dinimizin humanistliyindən,
vətənimizin əvəzedilməz
gözəlliklərindən harınlaşdılar. İllər keçdikcə
özlərinə yer
elədilər. "Yersiz gəldi, yerli qaç!" - atalar misalına
minbir don geyindirdilər.
Qaniçən, qatı
millətçilərin - androniklər,
şaumyanlar, mikoyanlar,
qriqoryanlar, aqambekyanlar,
balayanlar, kaputikyanlar, bonerlər, xanzadyanlar, ter-petrosyanların, dünyanın
hər küncünə
səpələnmiş "Daşnaksutyun" tör-töküntülərinin
və onların mənfur himayədarlarının
- qorbaçovlar tipli,
insani hisslərini itirmişlərin məkrli,
şeytani fitnə-fəsadları
ilə xalqımıza
qarşı yönəldilən
vəhşiliklərin sayı
bilinmir, sonu görünmür. Böyük
riyakarlıqla onların
qurduqları tələlərin
"tilsimləri"nə asanlıqla ram olan bəzi xalqa dönüklərimizin laqeydliyi,
yaramazlığı Qarabağda
qətllərə, 20 Yanvar
qırğınına, Xocalı
soyqırımına və
digər məşəqqətlərimizə
rəvac verdi. Minlərlə şəhidimiz
vətən təşnəliyini
öz al qanlarıyla söndürərək təsəlli
tapdı - onlar bu yolda əbədiyyətə
qovuşdular...
Hiylədən, xəbislikdən uzaq
olan xalqımız tarixin taleyüklü dönəmində "böyük
sual işarəsi"
önündə məlul-müşkül
dayandı: "Nə
vaxtacan biz varidatımızı
açıq mücrülərdə
saxlayacaq, düşmənlərimizin
sınıq-salxaq dəyirmanlarına
su tökəcək, ulu Tanrının hökmü ilə alçaqların sel aparmış körpülərini
misli görünməmiş
"beynəlmiləlçiliklə",
"canfəşanlıqla" yenidən bərpa edəcək, sel vahiməsindən qorxa-qorxa
"namərd körpüsündən
keçəcəyik?!"
...Xalqımızın başına
açılan oyunlar,
müsibətlər bizə
ibrət dərsi - həm də sonuncu! - olmalıdır.
Qoy gələcək nəsillər, əsrlər
boyu dondurulmuş, urcah olduğumuz müsibətlərdən indi
vulkan kimi püskürməyə can atan,
oyanmış qan yaddaşımızın rəmzi
kimi, laləyə bənzər "Azadlıq
məşəli"mizi qəfil
küləklərdən qorusunlar.
Odlar Diyarımızın gələcəyə
oddaşıyanları olsunlar.
Onun işığında, Allahın
bizə bəxş etdiyi müqəddəs torpaqlarımızın keşiyində
mərdanə dayansınlar.
Vətənimizin qeyrətini candan-qandan
üstün tutsunlar.
Dilimizə yabançı sözləri
yaxın qoymasınlar.
Çünki milli faciələrimizin
kökləri belə
yanlışlara, bu cür nöqsanlara söykənir.
Axı böyük
Yaradan torpağımıza,
sərvətimizə haram
qatmağı, əqidəmizə,
məsləkimizə dönüklüyü,
bədxahlığı, yaltaqlığı
bizlərə yasaq edib.
Gələcək nəsillərimiz eyni yanlışlara əsla yol verməsinlər. Əsrlər
boyu açıq saxladığımız "torpaq
mücrüsü"nü biryolluq bağlayıb qıfıllasınlar, yadları
ona yaxın buraxmasınlar...
Bu vəsiyyəti - ağır
işgəncələrə məruz qalmış, övladları Xocalı soyqırımında şəhid
olmuş, Qorqud nurlu bir babanın,
ömrünün ixtiyar
çağında, doğma yurd-yuvasının
həsrətiylə özgə
qapılarında can verərkən
dediyi bu sözləri bir uşaqlıq dostum mənə çatdıranda
tüklərim biz-biz oldu.
Gözlərimə qaranlıq çökdü.
Sonra sanki el yolunu kəsmiş nəhəng
bir daşı, gözlərimi yumaraq,
"Ya mədəd!"
- deyib dərəaşağı
dığırlatdım. Dərindən, rahat nəfəs aldım. Elə bil çəkisizlik
şəraitinə düşmüşdüm,
lap uşaqlıqdakı kimi,
qanadlanıb ənginliklərə
baş vurmaq istəyirdim. İllərdən
bəri mənəviyyatımızı
zəhərləyən, manqurtluğa
doğru sürükləyən
mənfur fikirlərin
vahiməli cazibəsindən
tamamilə çıxmışdım!..
Elə bu vaxt ucalıqda
çatılmış nəhəng
bir tonqal göründü gözlərimə!.. Koroğlu nərəsi, Misri qılıncın səsi,
köhlənlərin kişnərtisi,
"Cəngi", "Heyratı"
sədaları altında
Azərbaycanımızın qeyrətli
oğulları o tonqalın
dövrəsinə cəm
olmaq üçün
dağyuxarı dırmaşırdılar.
Tonqalın ərşə dirənən
gur işığında
aydın görünən
insan axını, püskürən vulkan selini xatırladırdı.
Qobustan qayalarının
daş yaddaşından
qopub gələn Dədəm Qorqudun qaibanə-amiranə səsi
tonqal çatmış
dağ cüssəli babanın səsinə qarışır, tonqalın
alov diliylə bütün Azərbaycana
car çəkirdi:
- Ey Odlar Yurdunun
şir ürəkli, pələng biləkli övladları, cəm olun tonqal başına!
Oddan keçin! Kin-küdurəti unudun! Vətən təhlükədədir!...
O andaca bu çağırışdan
riqqətə gələnlərin
gur səsi bütün dünyaya yayılırdı:
- Biz səni darda qoymarıq, ey gözəl Azərbaycanımız!
Ey ağsaqqal babaları, ağbirçək
nənələri hikmətli,
ataları, anaları qeyrətli, oğullar qüvvətli qızları,
gəlinləri ismətli,
dili məlahətli, torpağı bərəkətli,
tükənməz sərvətli
Azərbaycanımız! Bakılı,
Ərdəbilli, Təbrizli,
Naxçıvanlı, Qəbələli,
Bərdəli, Gəncəli,
Beyləqanlı, Dərbəndli,
Qarabağlı, Qaradağlı,
Şəkili, Qubalı, Mil-Muğanlı,
Şirvanlı, Göyçəli,
Zəngəzurlu, Lənkəranlı
Azərbaycanımız!
Xoş gündə də, dar gündə də, qanlı döyüşlərdə də
Səni düşünürük,
Səni anırıq,
Sənə arxalanırıq!
Hətta ölümlə
üz-üzə qalsaq,
gücümüz artıq
heç nəyə çatmasa belə, öz cəsədimiz boyda torpağını qorumaq üçün şəhid olmağı
son qərar kimi qəbul edib, əbədiyyətə qovuşmaqdır
amalımız!..
...Bu duyğular içində mənə elə gəldi ki, bu səhnə, bu çağırış daşı da, torpağı da, insanları da ovsunlamışdı. O an bütün xalq Birlik nəğməsi oxuyurdu...
- Şükür sənə, İlahi! - dedim. - Şükür ki, qaraçuxamız yatmayıb, qan yaddaşımız oyanıb, birlik məşəlimiz alovlanır. Şükür ki, özümüzə qayıtdıq. Xalqa, vətənə, torpağa, dilə, dinə, imana və inama qayıtdıq!..
- Qəbrin nurla dolsun, Xocalı şəhidi! Qorqud nurlu qarabağlı babam, vəsiyyətin çin oldu! - bu kəlmələri
isə, sevinc yaşlarında boğulan
dostum hayqırdı...
...- Ata, muştuluğumu ver, bizimkilər Qarabağdan erməni quldurlarını
qovub çıxarıblar!
- qışqıran beş yaşlı oğlumun səsinə yuxudan oynadım...
- Bu xəbəri haradan, kimdən aldın, oğlum, - hövlnak ondan soruşdum.
- Elə indicə yuxuda gördüm, ata! - fərəhindən
atılıb-düşən, əl çalan oğlum dilləndi.
- Yuxularımız çin olsun, oğlum! - dedim. - Allahın yuxularla bizə göndərdiyi xilas butası bu qarışıq dünyamızın
dolanbaclarında dadımıza
çatsın! Allah birliyimizi
əlimizdən almasın,
bizi şeytan əməlindən qorusun!
Torpaqlarımızın azad
ediləcəyi, şəhidlərimizin,
Xocalı qurbanlarının
qisasının alınacağı
o gün yaxındadır!
BABULLA
525-ci qəzet.-
2016.- 25 fevral.- S.8.