Xocalı faciəsi -
Qarabağın qanlı səhifəsi
Bəşəriyyət tarixinə geniş bir zaman çərçivəsində
nəzər saldıqda
onun savaşsız, fəlakətsiz, iztirabsız
günlərinin heyrətamiz
dərəcədə az olduğunu görürük.
BMT-nin statistikasına görə, bütün sivilizasiya tarixini əhatə edən beş min illik
zaman kəsiyində
150 milyondan artıq insan müharibələrdə
həlak olub. Həlak olanların da 73 faizi yalnız XX əsrdə baş vermiş müharibələrin
payına düşür.
Elə yaşadığımız üçüncü
minilliyin bircə günü də savaşsız ötüşməyib.
Amma bütün müharibələrin
içində öz qəddarlığı və
insanlığa sığmayan
əməlləri ilə
fərqlənən elə
cinayət aktları var ki, onlara heç cür haqq qazandırmaq
mümkün deyil. 1992-ci ilin 26 fevralında
Azərbaycanın Qarabağ
regionunda yerləşən
Xocalı şəhərində
törədilmiş kütləvi
qətliam da məhz həmin cinayət aktlarından biridir. Xocalı soyqırımı Qarabağ
müharibəsinin ən
qanlı səhifələrindən
biridir.Lakin bu faciəyə təkcə
Qarabağ ətrafında
cərəyan edən
hadisələrin tərkib
hissəsi kimi yox, həm də
Azərbaycanın yerləşdiyi
geopolitik məkan və onun Qafqaz
regionunda oynadığı
rol kontekstində yanaşmaq onun əsl mahiyyətini və səbəblərini
üzə çıxarmağa
kömək edir.
1825-ci ildən başlayaraq
Rus çarının
xüsusi fərmanı
ilə İran və İraq sərhədləri boyunca
məskunlaşmış və
eləcə də Osmanlı ərazisində
pərakəndə şəkildə
məşkunlaşmış ermənilərin Qafqaza - Azərbaycan ərazilərinə
köçürülməsinə başlandı. Burada məskunlaşan ermənilər
həmin zamandan etibarən - son 200 il ərzində imperiya siyasətinin aləti kimi Qafqazda dağıdıcılıq
missiyasını məharətlə
yerinə yetirmiş və bu gün
də separatizmi alovlandırmaqla bütövlükdə
Qafqazın Rusiyanın
təsiri altında qalmasına yardım edirlər.
1992-ci ilin fevral ayının 25-dən 26-na keçən
gecə birləşmiş
rus-erməni silahlı
qüvvələri Xocalıya
hücum edərək
Xocalı soyqırımını
törətdi. Soyuq fevral gecəsində 63-ü uşaq,
106-sı qadın, 70-i qoca
olmaqla - 613 nəfər
Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 1275 nəfər əsir götürüldü, 150 nəfər
isə itkin düşdü. Əsir və itkinlər
haqqında bu günə qədər heç bir məlumat almaq mümkün olmamışdır.
Öldürülən uşaqların, qocaların,
qadınların cəsədləri
tanınmaz hala salınmışdı. Bu
soyqırımı aktı
təkcə azərbaycanlılara
qarşı deyil, bütövlükdə insanlığa,
bəşəriyyətə, beynəlxalq sülhə qarşı törədilmiş
ən ağır cinayət idi.
Xocalı faciəsinə qədər
Qarabağda baş verən bütün olaylar bu faciənin
azərbaycanlılara qarşı
məqsədli şəkildə
həyata keçirilən
etnik təmizləmə
siyasəti olduğunu
göstərir. Xocalının mühasirəyə alınaraq mülki şəxslərin şəhəri
tərk etməsinə
imkan verilməməsi
ermənilərin əsl
niyyətini açıq
şəkildə ortaya
çıxarır. Faciənin törədilməsindən
yalnız iki gün sonra hadisə yerinə çatmaq mümkün oldu. Şahidlərin qarşılaşdıqları
tükürpərdici mənzərə
sözlə ifadə edilə bilməyəcək
qədər ağır
və amansız idi.
Əslində, Xocalı qətliamı
ondan bir il əvvəl
Sovet imperiyası tərəfindən Azərbaycanın
paytaxtı Bakıda törədilmiş Qanlı
20 Yanvar faciəsinin davamı idi. Qafqazın itirilməsini heç
cür qəbul edə bilməyən rus imperiyası bir il sonra Xocalı
qətliamının törədilməsinə
və bütövlükdə
Qarabağın işğalına
göstərdiyi həm
mənəvi, həm də hərbi -siyasi dəstəklə yenicə müstəqilliyini
bərpa etmiş Azərbaycana öz gücünü nümayiş
etdirdi.
Hal-hazırda da erməni terrorizmi, Rusiyanın dəstəyi ilə ermənilərin Qafqazda həyata keçirdiyi etnik təmizləmə və işğalçılıq siyasəti
dünyada dayanıqlı
sabitliyə və sülhə ən böyük təhdid mənbəyi kimi çıxış edir. Bununla, ermənilər
təkcə Qafqaz regionunda deyil, bütün dünyada sabitliyin təmin olunmasına qarşı ən böyük maneə kimi çıxış edir və beynəlxalq humanizm siyasətinə ağır zərbələr
vururlar.
Ermənilər üçün müstəqillik heç zaman milli məqsəd
olmayıb və bu gün də
deyildir. Bu gün
Ermənistanın bütün
sahələrdə Rusiyadan
asılı vəziyyətə
düşməsi və
həmişə olduğu
kimi onun "vassalı" və "forpostu" rolunda çıxış etməsi
bunu bir daha sübut edir.
Vaxtilə, əhalisinin əhəmiyyətli
hissəsi azərbaycanlılardan
və digər millətlərdən ibarət
olan Ermənistanda bu gün vəziyyət
kritik həddə çatıb. Etnik təmizləmə nəticəsində digər
millətlərin nümayəndələri
zorla öz tarixi yurd-yuvalarından didərgin salınmış
və qonşu dövlətlərdə məskunlaşmağa
məcbur olmuşlar.
Ermənistan mono-etnik dövlətə
çevrilmişdir. Ölkə iqtisadi
tənəzzül içərisində
boğulur. Sadə
ermənilər Ermənistanı
tərk edərək
minimum həyat şəraitinə
nail olmaq üçün
bütün dünyaya
axışırlar.
Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Azərbaycan bütün
tarixi boyu çoxsaylı millətlərin
nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində
yaşadığı, bütün
dünyaya tolerantlıq
örnəyi olan bir məkandır. Hətta Azərbaycan
vətəndaşı olan
çoxsaylı etnik ermənilər də heç bir milli ayrı-seçkiliyə
məruz qalmadan bu gün də
Azərbaycanda yaşamaqda
davam edirlər. Bu fakt bir daha Azərbaycan xalqının sülhpərvərliyini,
dözümlülüyünü və birgəyaşayış
ənənələrinə, multikulturalizm ideallarına
sadiqliyini nümayiş
etdirir.
Bu gün Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması prosesində Xocalı soyqırımının tanıdılması xüsusi yer tutur. Bu faciənin geniş miqyasda tanıdılması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən dünyanın yüzdən artıq ölkəsində "Xocalıya ədalət" beynəlxalq kampaniyası həyata keçirilir. Kampaniya çərçivəsində dünyanın bir çox ölkələrində Xocalı faciəsinə həsr olunmuş tədbirlərin təşkil olunması, Ermənistan tərəfindən Azərbaycana qarşı yürüdülən işğalçılıq siyasəti haqqında əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır. Bu gün Xocalı faciəsinin Pakistan, Meksika, Peru, Çexiya, Kolumbiya, Bosniya və Herseqovina kimi dövlətlərin parlamentləri və ABŞ-ın 20-yə yaxın ştatı tərəfindən, eləcə də bir çox beynəlxalq təşkilatlar tərəfindən soyqırımı aktı kimi tanınması "Xocalıya ədalət" kampaniyasının böyük uğurudur. Kampaniyanın Xocalı faciəsini soyqırım aktı və insanlığa qarşı cinayət kimi tanımaq tələbini irəli sürən müraciətini artıq bütün dünyada on minlərlə insan imzalayıb.
Bütün təzyiqlərə və təhdidlərə baxmayaraq Azərbaycan işğal olunmuş torpaqlar üzərində öz suverenliyini bütün qanuni vasitələrlə bərpa etməkdə israrlıdır. Bu məsələdə Azərbaycanın ən güclü silahı - onun haqlı mövqeyə malik olmasıdır. Azərbaycanın haqlı mövqeyinin arxasında beynəlxalq siyasətin ədalətli münasibətini və beynəlxalq hüquq normalarının yerinə yetirilməsini tələb etmək hüququmuz dayanır. Lakin təəssüflər olsun ki, bu gün Qarabağ münaqişəsinə münasibət də beynəlxalq hüquq normalarının hələ də gerçəkləşmədiyinin şahidi oluruq. Bu isə onu göstərir ki, müasir dünya siyasətində hələ də qlobal güclərin və onlara xidmət edən ayrı-ayrı dairələrin maraqları beynəlxalq ədalət və beynəlxalq hüquq normalarından üstün tutulur.
Lakin Azərbaycan beynəlxalq
hüquq
prinsipləri çərçivəsində Qarabağ probleminin həll
olunması, ərazi bütövlüyünün
və dövlət suverenliyinin bərpa
olunması məqsədlərində israrlıdır. Bu yolda Azərbaycan dövlətinin və onun vətəndaşının yekdil fikrə malik
olması torpaqlarımızın erməni
işğalından azad ediləcəyinə
böyük inam yaradır. Ədalətin bərpa
olunması, ölkənin 20 faizə yaxın işğal
olunmuş ərazilərinin azad edilməsi və bir milyondan çox qaçqın və məcburi köçkünlərin
öz yurdlarına qaytarılması üçün Azərbaycan dünya
xalqlarının və dövlətlərinin, eləcə də
beynəlxalq qurumların - BMT-nin, Avropa Birliyinin, ATƏT-in Minsk Qrupunun ədalətli
münasibətinə ümid bəsləyir.
Cavanşir FEYZİYEV
Millət vəkili
525-ci qəzet.- 2016.- 26 fevral.- S.2.