80 yaşlı sənət məbədimiz - Azərbaycan Milli İncəsənət Muzeyi

 

 

2016-cı il Azərbaycan Milli İncəsənət Muzeyinin 80 illik yubileyilə əlamətdardır.

 

80 il bundan əvvəl Azərbaycanda ilk dəfə olaraq təsviri sənət profilli muzeyin yaradılması barədə qərar qəbul olunub. 80 illik dövr muzey üçün heç hamar olmayıb. Yaradıldığı gündən bugünədək  keşməkeşli şanlı tarixi yol keçərək muzey bugünkü səviyyəsinə yüksəlib.

 

Hazırda Bakı şəhərinin mərkəzində XIX əsrin məşhur tarixi memarlıq abidələri hesab olunan “De Burun Sarayı” (1891-1895, memar Nikolay fon der Nonne) Marinski Qadın Gimnaziyası”nda (1884-1887, memar Mixail Denisoviç Botov) yelşən muzeyin yaranma tarixinin kökləri 1936-cı ildən başlayır.

 

Belə ki,  məhz bu ildə 1920-ci ildə təşkil edilmiş Azərbaycan Dövlət Muzeyinin incəsənət şöbəsi əsasında Azərbaycan Dövlət İncəsənət Muzeyi yaradılıb, 1937-ci ildə isə muzeyin rəsmi açılışı olub. İlk vaxtlar muzeyin fondu Moskva Leninqradda yerləşən muzeylərin fondlarından alınmış eksponatlar şəxsi kolleksiyalardan toplanmış əsərlər əsasında zənginləşdirilib.

 

1943-cü ildə muzeyə Azərbaycan teatr rəssamlığı sənətinin istedadlı nümayəndələrindən olmuş Rüstəm Mustafayevin adı verilib. Muzey ilk illərdə  Milli Azərbaycan Tarixi Muzeyində, daha sonra Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin beşinci mərtəbəsində yerləşib. 1951-ci ildə respublikanın ondakı rəhbəri Mircəfər Bağırovun göstərişi ilə “De Burun Sarayıadlandırılan tarixi memarlıq binası  muzeyə verilib.

 

Bu illərdən başlayaraq müstəqil binaya malik olan Azərbaycan Dövlət İncəsənət Muzeyi əhatəli fəaliyyətə başlamış, muzeyin fonduna məxsus dünya Azərbaycan incəsənətinin zəngin incilərindən ibarət eksponatlardan ayrı-ayrı zallarda daimi ekspozisiyalar təşkil edərək tamaşaçılara nümayiş etdirib.

 

Həmçinin bu illərdən başlayaraq muzeydə gənc sənətşünaslar Rasim Əfəndiyev, Nurəddin Həbibov, Mürsəl Nəcəfov, Məmmədağa Tərlanov, Nataliya Miklaşevskaya başqaları öz elmi fəaliyyətləri ilə muzeydə elmi işlərin aparılmasını sürətləndirməklə, həm Azərbaycanda sənətşünaslıq elminin inkişafına öz töhfələrini veriblər. Muzeyə 1936-1937-ci ilin 13 fevral tarixinədək Əməkdar Mədəniyyət işçisi Mövsüm Salamov (1905-1985), 1937-ci il 13 fevraldan 15 avqustadək Ağakərim Şərifov (1899-1942), 1937-1942-ci illərdə Xalq rəssamı Salam Salamzadə (1908-1997), 1942-1992-ci illərdə Xalq rəssamı Kazım Kazımzadə (1913-1992), 1994-2003-cü illərdə Xalq rəssamı İbrahim Zeynalov (1934-2008), 2003-2010-cu illərdə sənətşünaslıq elmləri doktoru, professor İsrafil İsrafilov (1949) rəhbərlik ediblər. 2010-cu ildən isə muzeyə Əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyev (1943) rəhbərlik edir.

 

Müstəqillik illərinin ilk illərində muzeyin fəaliyyətinin daha da səmərəli təşkili məqsədi iləMarinski Qadın Gimnaziyasımuzeyin balansına verilib. Hazırda Bakı şəhərinin nadir memarlıq incilərindən olan  “De Burun SarayıMarinski Qadın Gimnaziyası”nda yerləşən Azərbaycan Milli İncəsənət Muzeyi zəngin fonda malikdir. Muzeyin fonduna 17 mindən artıq eksponat daxildir. Eksponatlar sırasında Azərbaycanın qədim orta əsrlər incəsənətinin ayrı-ayrı dövrlərini əhatə edən nadir dekorativ tətbiqi xalq yaradıcılığı nümunələri (keramika, daş oyma, bədii metal, ağac işləmə, zərgərlik, xalçaçılıq, bədii tikmə geyim), habelə XIX, XX əsr müstəqillik dövrü Azərbaycan rəssamlarının, orta əsr Qərbi Avropa rus rəssamlarının, həmçinin Şərq ölkələrinin rəngkarlıq, qrafika, heykəltəraşlıq dekorativ tətbiqi sənət əsərləri daxildir.

 

Azərbaycan Milli İncəsənət Muzeyi 80 illik fəaliyyəti müddətində  Respublikada təşkil olunmuş ən mötəbər yaddaqalan sərgi   mədəni tədbirləri qəbul edib müvafiq nüfuzlu  beynəlxalq layihələrdə davamlı şəkildə təmsil olunub. İndiyədək muzeyin kolleksiyasına daxil olan təsviri sənət nümunələri ilə dünyanın müxtəlif ölkələrində (Kanada 1966-cı il, Kuba 1967, Suriya 1968, Fransa 1969, Çexoslovakiya 1970, Əlcəzair 1970, İraq 1971 s.) dəfələrlə mötəbər sərgilər təşkil edilib. Həmçinin Azərbaycan Milli İncəsənət Muzeyində bir çox xarici ölkə muzeylərinin ekspozisiyalarından ibarət sərgilər (Fransa 1955, Çin 1956, Hindistan 1958, İraq 1959, Türkiyə 1965, Kuba 1968, Yunanıstan 1968, Suriya 1970,) keçirilib.

 

Muzeyin milli mədəniyyətimizdəki tutduğu əvəzsiz mövqeyi ölkə rəhbərliyi tərəfindən həmişə yüksək qiymətləndirilib, bu sənət ocağına daima dövlətimiz tərəfindən yüksək diqqət qayğı göstərilib. Azərbaycan xalqının Ümummilli lideri  Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, həmçinin, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESCO İSESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyeva dəfələrlə  muzeydə təşkil olunmuş sərgi tədbirlərdə iştirak edib, muzeyin fəaliyyəti ilə yaxından maraqlanıb, buranın əsaslı bərpasına təmir olunmasına, eləcə muzeyin  maddi texniki bazasının yaxşılaşdırılmasına dair müvafiq köməkliklər göstəriblər.

 

Muzeyin respublikamızın həyatındakı önəmli rolunu təsdiq edən məqamlardan biriodur ki, ölkəmizə təşrif buyuran bir çox rəsmi qonaq və nümayəndə heyətləri bu möhtəşəm sənət ocağını ziyarət edibmuzeyin ayrı-ayrı zallarında nümayiş olunan dünya və Azərbaycan incəsənətinin nadir sənət nümunələri ilə yaxından tanış olublar.

 

2006-cı ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə muzeydə əsaslı təmir işlərinə başlanılıb və 2013-cü ildə ölkə rəhbərinin iştirakı ilə muzeyin təmirdən sonrakı yeni ekspozisiyasının və yeni keçid korpusunun rəsmi açılışı olub.

 

Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi ilə muzeydə Satın almaEkspert komissiyaları fəaliyyət göstərir. Həmçinin muzeyin şöbə və bölmələrində muzeyşünaslıq elminin müasir tələblərinə cavab verən muzey işinin təşkili həyata keçirilir, muzey işi və təsviri sənətin ayrı-ayrı sahələrinə dair müxtəlif layihə və proyektlər hazırlanır, beynəlxalq və yerli əhəmiyyətli sərgilər təşkil olunur, kataloq, bukletkitablar hazırlanaraq nəşr etdirilir.

 

Əminliklə qeyd etmək olar ki, Azərbaycan Milli İncəsənət Muzeyi hazırda özünün parlaq dövrünü yaşayır. Muzey ölkəmizin mədəniyyət siyasətinin təşkil, tətbiq və təbliğ edilməsi sahəsində yaxından iştirak edirbu sahədə uğurla fəaliyyət göstərir. Artıq bu gün muzey cəmiyyətin bütün yaş təbəqələrindən olan insanların, eləcə də ölkəmizə gələn turistlərin ziyarət etdikləri, yüksək bədii estetik zövq ala bildikləri və özlərinin asudə vaxtlarını səmərəli keçirdikləri aparıcı mədəniyyət ocaqlarından biridir.

 

Əsəd QULİYEV

Sənətşünas, Milli İncəsənət Muzeyinin böyük elmi işçisi

525-ci qəzet.- 2016.- 27 fevral.- S.24.