Xocalı soyqırımı milli musiqimizlə də dünyaya çatdırılır

 

 

Fevralın 26-da Azərbaycan Bəstəkarlar İttifaqında Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib. Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

AZƏRTAC xəbər verir ki, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz ƏlizadəXocalı mövzusu Azərbaycan xarici bəstəkarların əsərlərindəmövzusunda məruzə ilə çıxış edib.

 

XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının xalqımıza bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu vurğulayan F.Əlizadə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bu soyqırımına siyasi-hüquqi qiymət verildiyini bir daha diqqətə çatdırıb.

 

F.Əlizadə qeyd edib ki, bu gün Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılanXocalıya ədalət!” beynəlxalq kampaniyasının əhəmiyyəti olduqca böyükdür. Bu istiqamətdə aparılan təbliğat sayəsində bir sıra dünya dövlətləri, o cümlədən, ABŞ-ın 20-dək ştatı bu faciəni tanıyır.

 

Bəstəkarlar İttifaqının sədri qeyd edib ki, xalqımızın yaşadığı Xocalı soyqırımı milli musiqimiz vasitəsilə dünyaya çatdırılır. Bu baxımdanXocalı”, “Xocalı laylası”, “Xocalı uşaqlarına lay-lay”, “Xocalı avazları”, “Xocalı-613”, “Xocalı naləsi başqa milli musiqi əsərləri dünyanın bir sıra ölkələrində ifa olunaraq müəyyən təbliğat vasitəsinə çevrilib.

 

Əməkdar incəsənət xadimləri Həcər Babayeva Nərgiz Şəfiyeva ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri vəhşiliklərdən xalqımızın yaşadığı soyqırımlarla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün həyata keçirilən işlərdən söz açıblar.

 

Çıxışlarda qeyd olunub ki, xalqımızın qan yaddaşı olan Xocalı faciəsinin bütün dünya dövlətləri tərəfindən tanınmasında hər bir təbliğat vasitəsindən istifadə olunmalıdır. Bu baxımdan mövzu ilə əlaqədar yaranan milli musiqi əsərləri böyük əhəmiyyət kəsb edir.

 

Daha sonra “Xocalıya ədalət” simfonik plakatı, “Vətən sənin şəhidlərin”, “Çağırış”, “Şəhidlər”, “Həzilər yetirən vətən torpağı”, “Ey dan ulduzu” adlı musiqi əsərləri səsləndirilib.

 

525-ci qəzet.- 2016.- 27 fevral.- S.13