“Zamanı gələndə elmi həqiqət üzə çıxacaq”

 

“525-Cİ QƏZET”İN BAŞ REDAKTORU RƏŞAD MƏCİDƏ AÇIQ MƏKTUB

Bədirxan ƏHMƏDOV

 

 

Hörmətli Rəşad müəllim!

 

Bir ədəbiyyatşünas olaraq məni çoxdan düşündürən ədəbi, ictimai fikrimizin son dərəcə vacib problemlərindən biriTürkləşmək, müasirləşmək, islamlaşmaqüçlü düsturu ilə bağlı araşdırmamı, mübahisəli məqamları olmasına (bu da təbiidir!) rəğmən, çap etdiniz yeni bir müzakirəyə, müxtəlif fikirliliyə yol açdınız.

 

Bununla siz, həm bu sahədə yeni tədqiqatların aparılmasına imkan yaratdığınız kimi, qəzetin ədəbi tənqid ədəbiyyatşünaslıq sahəsindəki uzun illərdən bəri davam edən missiyasını bir daha təsdiq etdiniz.

 

Doğrudur, yazılarınƏdəbiyyat qəzeti”ndə dərc olunması baş redaktor A.Turanla razılaşdırılmışdı. Ancaq redaktor müxtəlif bəhanələrlə çapından imtina etdikdən sonra məqalələri “525-ci qəzet”ə göndərdim.

 

BuradaTürkləşmək, müasirləşmək, islamlaşmaqüçlü düsturu ilə bağlı məsələnin qoyuluşu, genezisi, inkişaf mərhələləri istiqamətləri təhlil edilir üçlü düsturun formalaşmasında türk dünyasının görkəmli adamlarının, ziyalılarının hər birinin roluna (əlbəttə, qəzetin mövcud imkanlarına görə!) gərəkən qiymət verilirdi.

 

Problem bütün türk coğrafiyasını əhatə etdiyi üçün onun araşdırılmasını da bu arealda götürmüşdüm. M.F.Axundzadə, Ə.Süavi, C.Əfqani, H.Zərdabi, Ə.V.Paşa, İ.Qaspıralı, Y.Akçura, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Z.Göyalp, M.Ə.Rəsulzadə kimi onlarla görkəmli şəxsiyyətlərin üçlü düsturun bir ideya, formul nəzəriyyə şəklində formalaşması məsələlərinə baxışlarına mümkün qədər aydınlıq gətirməyə çalışmışdım. Eyni zamanda, Azərbaycan ədəbiyyatşünaslığında, əlibəyşünaslıqda təsbit olunmuş, lakin faktlarda öz əksini tapmayan  bir çox məsələlərə toxunmuş, mövcud tədqiqatlardakı yanlışlıqları üzə çıxarmışdım. Düşünürəm ki, XIX yüzilin sonları, XX yüzilin əvvəllərinə aid bir çox problemlər hələ öz elmi, nəzəri həllini tapmamışdır. Burada əlibəyşünaslığın müasir durumu ilə bağlı kiçik tənqiddən yan keçə bilməmişdim; yenə bu fikirdəyəm ki, ötən əsrin əvvəlləri ilə bağlı bir çox problemlər yenidən işlənməli, ədəbi, ictimai fikrimizin yanlışlıqları aradan qaldırılmalıdır.

 

Əlbəttə, ilk əlibəyşünas alim, filologiya üzrə fəlsəfə doktoru Ofelya Bayramlının Ə.Hüseynzadə irsinin üzə çıxarılması, elmi-tənqidi mətninin hazırlanması, nəşr edilməsi nəhayət əsərlərinin təhlil edilməsi istiqamətində son dərəcə böyük zəhmətini tədqiqatlarının elmiliyini, çoxqatlılığını xüsusi qeyd etmək istəyirəm. Ancaq onu da qeyd etməyə bilmirəm ki, artıq əlibəyşünaslıq özünün yeni mərhələsinə daxil olmalı, bu görkəmli ədibin elmi-ədəbi irsi yenidən fundamental araşdırma obyekti olmalıdır. Olsun ki, korrekt şəkildə əlibəyşünaslığa aid işlətdiyim bu fikirlərim üçlü triadanın formul şəklində işlənilməsini Z.Göyalp M.Ə.Rəsulzadəyə aid etməyim  (daha bilmirəm nələr!) dostum A.Turanın xoşuna gəlmədiyindən yazının çapından imtina etmişdir. Üstəlik məqalələrim dərc olunduqdan sonra özünün baş redaktoru olduğuƏdəbiyyat qəzeti”ndə (halbuki müzakirəni “525-ci qəzetaçmışdı!) cavab yazması təktərəfli mübahisəyə rəvac vermişdir. Lakin məsələnin qoyuluşuna, problemlərin aktuallığına, yeniliyinə, gətirilən faktların obyektivliyinə qətiyyən əhəmiyyət verməyən A.Turan əsəbi tonda mənimilli təfəkkürün sakral, sabit müqəddəs dəyərinə ötəri münasibətsərgiləməkdə, “milli bayrağın mahiyyətini təftişetməkdə, daha bilim, təxribat xarakterli nələrdə günahlandırdı.

 

Məqalənin üslubundakı ritorika, eləcə əsəbi ton, hər abzasdakı haqsız suçlamalar, görünən qəzəb, fışqıran hirs elmi arqumentə zərrə qədər yer qoymamışdı. Gəldiyi nəticə isə müzakirəyə bütün qapıları qapadırdı:

 

B.Əhmədli istərsə bu həqiqəti (hansı həqiqəti? - B.Ə.) təkzib etmək üçün beş qəzet məqaləsi deyil, hətta bir deyil, yüz monoqrafiya yazsın...” A.Turan monoqrafiyasında olduğu kimi, bu məqaləsində fikrini sübut etmək üçün yenə Ə.Hüseynzadənin əsərlərinə müraciət etmədi, görkəmli adamlardan gətirdiyi sitatlar belə onun dadına çatmadı. Ona cavab olaraq “525-ci qəzet”in 13 fevral tarixli sayında yazdığım məqalədən gətirdiyi istinadlar belə özünə qarşı çevrildi. Yenidən cavab olaraq yazdığı, “Ədəbiyyat qəzeti”nin 20 fevral tarixli sayındakıFaktdan danışırıqsa...” məqaləsindəsuda boğulan saman çöpündən yapışarməsəlində olduğu kimi hərəkət etdi, lakin bir az da özünü çətinə saldı. İnsanın iddiaları ilə imkanları üst-üstə düşməyəndə həmişə komik durumda qalır, haqsız tənqidçi qəzəb püskürür. Əli Ə.Hüseynzadənin müasirlərinin ətəyindən üzülən A.Turan bu dəfə görkəmli çağdaşlarımızın fikirlərində özünə dayaq tapmağa, məni şəxsiyyətinə, elminə son dərəcə hörmət etdiyim insanlarla üz-üzə qoymağa çalışdı. Ancaq mən bu fikirlərin heç birinə cavab vermək niyyətində deyiləm, çünki mübahisə öz əndazəsini aşmış, elmi mühakiməni təhqir, ideoloji suçlamalar əvəz etmişdir. Həm bizim tənqid ədəbiyyatşünaslıq anlayışlarımızın fərqliliyi, xarakteri buna imkan vermir. A.Turan son məqaləsində üçlü triadadan başqa hər şeydən danışıb. Bu isə ədəbiyyatşünaslıq elminin şouya çevrilməsindən başqa bir şey deyil...

 

Hörmətli Rəşad müəllim! Mənim üçlü düsturla bağlı beş A.Turana yazdığım bir cavab (bu da demək olar ki, üçlü düsturla bağlı idi!) məqaləmi dərc etdiyiniz üçün təşəkkür edirəm. Siz elmi düşüncəyə, müxtəlif fikirliliyə meydan verdiniz. Ancaq görürəm ki, mübahisə şəxsi ideoloji zəminə keçir, getdikcə daha da dərinləşir.

 

Ona görə A.Turanın son məqaləsinə cavab vermirəm. Hazırkı durumda bizim bu mübahisəmiz iki qəzet arasındakı mübahisə təsəvvürü yaratmış olar. Araşdırmalarım davam edir, yaxın zamanlarda onu monoqrafiya şəklində Azərbaycan Türkiyə oxucularına çatdırmağı düşünürəm.Yəqin ki, zamanı gələndə üçlü triadaya həsr edilmiş elmi konfranslar sessiyalar təşkil ediləcək, kimin haqlı olmağından asılı olmayaraq, elmi həqiqət üzə çıxacaq. Ancaq bir şeyi heç cür başa düşə bilmədim; A.Turanla şəxsi zəmində yaxşı münasibətlərimiz olduğu məqalənin çapına söz verdiyi halda mənim üzvü olduğum Yazıçılar Birliyinin orqanıƏdəbiyyat qəzeti”ndə çapından nədən imtina etdi?! Nədən M.Ə.Rəsulzadəyə qarşı bu qədər haqsız duruma düşdü?! Nədən mənə qarşı saçma-sapan günahlandırmalara yol verdi?! nədən cavab məqalələrini özünün baş redaktoru olduğu qəzetdə dərc etdirdi?! əgər öz qəzetində cavab verdisə, nədən mənə cavab haqqı tanımadı?!..

 

Hömətlə...

 

525-ci qəzet.- 2016.- 27 fevral.- S.9