Azərbaycan-İran əməkdaşlığının perspektivləri

 

AYDIN MİRZƏZADƏ: “İKİ ÖLKƏ ARASINDA İQTİSADİ ƏLAQƏLƏRİN İNKİŞAFI İŞSİZLİK PROBLEMİNİN HƏLL OLUNMASINA ÖZ TÖHFƏSİNİ VERƏCƏK”

 

 

Azərbaycan prezidenti İlham Əliyevin İran səfəri iki ölkə arasında əlaqələrin inkişafında yeni mərhələ kimi qiymətləndirilir.

 

Prezidentlərin görüşü bir çox sahələri əhatə edən 11 sənədin imzalanması ilə nəticələnib. Bunların arasında gömrük məsələlərində qarşılıqlı inzibati yardım elektrik enerjisinin satışı ilə bağlı saziş, iki ölkənin Astara-Astara dəmiryolu xətti dəmiryolu körpüsü əlaqəsi haqqında müqavilə, səhiyyə tibb elmi haqqında əməkdaşlıq haqqında anlaşma Memorandumu, SOCAR İranın Milli Neft Şirkəti arasında neft qaz layihələrinə dair anlaşma Memorandumu da var.

 

Səfərin nəticələri onu deməyə əsas verir ki, Azərbaycan-İran əlaqələri yüksələn xətlə, uğurla, sürətlə inkişaf edir strateji əməkdaşlıq səviyyəsinə qalxır.

 

Artıq Qərbin İrana qarşı tətbiq etdiyi sanksiyaları aradan götürməsi iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi, transmilli layihələrin həyata keçirilməsi üçün mühüm imkanlar yaradıb.  Əldə olunan razılaşmalar, imzalanan sənədlər ölkələr arasında əlaqələri daha da gücləndirəcək, ikitərəfli, çoxtərəfli regional əməkdaşlığın inkişafına xidmət göstərəcək.

 

Qeyd etmək lazımdır ki, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması işində çox önəmli addımlar atılıb. Bu yolun istifadəyə verilməsi nəticəsində qitələr mühüm nəqliyyat infrastrukturu ilə birləşdiriləcək.

 

İmzalanan digər sənədə əsasən, İranla Azərbaycan arasında neft-qaz sektorunda əməkdaşlıq inkişaf etdiriləcək. Xəzər dənizində yerləşən neft-qaz yataqlarının birgə işlənilməsi məsələsi müzakirə olunub bu sahədə əməkdaşlığın gücləndirilməsi yaxşı nəticələr vəd edir. Energetika sahəsində əməkdaşlıq təkcə İran-Azərbaycan əlaqələri ilə məhdudlaşmayacaq. Qonşu ölkələrin bu layihələrə qoşulması onlara regional transmilli məzmun verəcək.

 

Həmçinin, hər iki ölkədə ciddi iqtisadi islahatların aparılması, biznes mühitinin yaxşılaşdırılması qarşılıqlı sərmayə qoyuluşu üçün yeni imkanlar yaradır. İranla Azərbaycan arasında maliyyə, bank, sığorta, turizm, əczaçılıq digər sektorlarda əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı şərait var.

 

Prezidentin İran səfəri ilə bağlı danışan Yeni Azərbaycan Partiyasının Siyasi təhlil proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə bildirib ki, Azərbaycanla İran arasında həmişə dostluq-qardaşlıq münasibətləri mövcud olub: “Bizim ümumi tariximiz, mədəniyyətimiz, bir çox məsələlərə ortaq baxışımız var. İki ölkənin siyasi sistemi fərqli olsa da, biz bir-birimizin daxili işlərinə qarışmadan qarşılıqlı hörmət əsasında münasibətlərimizi inkişaf etdiririk. Bunun nəticəsidir ki, İranla Azərbaycan arasındakı münasibətlər praktikasını başqa dövlətlərə nümunə göstərmək olar. Hətta Qərb dövlətləri İrana qarşı sanksiyalar tətbiq edəndə Azərbaycan buna qoşulmaqdan imtina edib. Rəsmi Bakı Qərblə İran arasında yaranan nüvə problemini siyasi yolla həll edilməsinin tərəfdarı olduğunu dəfələrlə vurğulayıb. Əgər Avropa mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin İran səfərinə sanksiyaların götürülməsində sonra baş tutan ilk səfərlərdən biri kimi baxsa da, iki dövlət nümayəndələri arasında qarşılıqlı səfərlərin dövlətçilik qədər böyük tarixi var”.

 

A.Mirzəzadə bildirib ki, İranla Azərbaycanın bir çox sahələrdə qarşılıqlı əməkdaşlıq əlaqələri var: “Prezident İlham Əliyevin İrana səfəri zamanı iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində sənədlər imzalanıb. Hesab edirəm ki, bu səfər Azərbaycan-İran münasibətlərini daha da yüksək səviyyəyə qaldırıb. Eyni zamanda, iki ölkə arasında yeni sahələr üzrə əməkdaşlığın axtarışına başlanılıb. Məsələn, bu səfərdə neft-qaz sənayesi sahəsində birgə əməkdaşlıq barəsində razılıq əldə olunub. Artıq bu sahədə hər iki ölkənin kifayət qədər təcrübəsi var. Ona görə , Azərbaycanla İran birgə layihələrdə iştirak edə, xaricdə neft yataqlarının birgə istismarı ilə bağlı  konsorsium yarada, həmçinin Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı yekun fikrə gələ bilər”.

 

Deputat bildirib ki, Azərbaycan Astarası ilə İran Astarası arasında dəmiryolu xəttinin çəkilməsi ümumən, İrandan başlayaraq Rusiya vasitəsilə Qərbə qədər maneəsiz yolun qət edilməsinə şərait yaradacaq: “Artıq İrana qarşı sanksiyaların ləğv olunduğunu nəzərə alsaq, bu dəmiryolu layihəsinin həyata keçirilməsilə Qərbdən gələn yükləri İrana, İranda isə Qərbə gedən yükləri Azərbaycan vasitəsilə daşınmasını həyata keçirmək mümkündür. Bu barədə əldə olunan razılıq iki ölkə arasında dostluq, qardaşlığın bariz nümunəsidir”.

 

A.Mirzəzadə qeyd edib ki, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı ölkədə yeni yerlərinin açılması ilə işsizlik probleminin həll olunmasına öz töhfəsini verəcək”.

 

“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Tehranda konkret sənədlər imzalanıb bunların reallaşması istiqamətində addımlar atılacaq. Onun sözlərinə görə, hətta mümkündür ki, İranın Azərbaycanda, Azərbaycanın isə İranda investisiya layihələri işə başlasın.

 

Politoloq bildirib ki, İran vətəndaşlarına tətbiq olunan vizaların ortadan qaldırılması məsələsi aktuallaşıb: “Bu məsələlər ətrafında güneyli qardaş bacılarımızın necə düşündüyünü dəqiq bilmirəm, ancaq məncə deyilənlər imzalananlar yerinə yetirilsə, bundan İranda yaşayan azərbaycanlılar ziyan görməyəcəklər. Əksinə Azərbaycanın dövlət siyasəti elə olmalıdır ki, ortaq layihələrdən İranda yaşayan soydaşlarımız yararlana bilsinlər. Məsələn, Azərbaycan Dövlət Neft Şirkəti buna oxşar siyasəti artıq Gürcüstanda həyata keçirir”.

 

Politoloq Elşad Mirbəşiroğlu isə “SİA”ya bildirib ki, son 2 il yarım müddətində Azərbaycan və İran prezidentləri 5 dəfə görüşüblər. Onun sözlərinə görə, bu, iki ölkə arasında olan münasibətlərin dinamik inkişaf etdiyindən xəbər verir: “Səfər zamanı iki ölkə arasında imzalanan sənədlər Azərbaycan-İran münasibətlərində yeni səhifənin açılmasını göstərir. Ölkə başçısının İrana səfəri zamanı bir çox istiqamətlərdə ciddi müzakirələr aparılıb, müxtəlif sahələri əhatə edən 11 sənəd imzalanıb. Görüş zamanı iki ölkə arasında əməkdaşlığın strateji səviyyədə olduğu və münasibətlərin inkişaf etdirilməsinin yaxşı perspektivlərinin olduğu qeyd olunub. Eyni zamanda, səfər çərçivəsində dünyada gedən proseslər və regional təhlükəsizlik ətrafında fikir mübadiləsi aparılıb”.

 

Politoloq qeyd edib ki, görüş zamanı müzakirə olunan əsas məqamlardan biri iki ölkəni birləşdirən dəmir yolu xəttinin istifadəyə verilməsi olub: “Tərəflər Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında maraqlı olduqlarını qeyd etdilər. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan tərəfi İrana qədər olan dəmir yol hissəsini ilin sonunadək yekunlaşdıracaq. Bilirsiniz ki, İrana tətbiq olunan beynəlxalq sanksiyalar götürülübqonşu ölkənin məhsullarının dünya bazarına çıxarmaq imkanı yaranıb. Belə olan halda, İran məhsullarının gələcəkdə Avropa bazarına çıxarılmasında Azərbaycanın tranzit imkanlarından istifadə olunması ehtimalları böyüyür”.

 

Səfər zamanı imzalanan sənədlərin ölkələr arasında münasibətlərə müsbət təsir edəcəyini söyləyən E. Mirbəşiroğlu qeyd edib ki, hər iki xalqı eyni dəyərlərə və keçmiş tarixə malik olması amili, onlar arasında əlaqələrin daha da inkişaf etdirilməsinə ciddi təsir edə bilər: “İki ölkə arasında dəmiryolu xəttinin çəkilməsi təbii ki, xalqların daha da yaxınlaşmasına, bu ölkələr arasında iqtisadi-ticari əlaqələrin daha da intensivləşməsinə kömək edəcək. Bir sözlə bu addım həm Azərbaycan, həm də İran iqtisadiyyatı üçün əhəmiyyətli olacaq”.

 

Ceyhun ABASOV

525-ci qəzet.- 2016.- 27 fevral.- S.5