Sehirli səslər aləmində
MUSİQİŞÜNAS ŞƏHLA HƏSƏNOVANIN YUBİLEYİNƏ
Azərbaycan Televiziyasında 1974-cü ildən Sehirli səslər evciyi adlı uşaq musiqi verilişi nümayiş olunurdu.
Bu verilişin 20 il
ərzində uğurla
yayımlanması onun
maraqlı və lazımlı olmasından
irəli gəlirdi.
Həmin verilişin ssenari müəllifi və aparıcısı o vaxtlar
hələ Mahmudova soyadı ilə fəaliyyət göstərən
musiqişünas Şəhla
Həsənova idi. Artıq o vaxtlar
Şəhla xanım özünü istedadlı,
bilikli, peşəkar,
gözəl nitq mədəniyyətinə malik
musiqişünas kimi təqdim etmişdir.
Onu da deyim ki,
uşaqlara ünvanlanmış
bu verilişə böyüklərdə maraqla
baxırdılar. Şəhla xanım
haqqında ilk məlumatı
mənə, bizim ümumi müəlliməmiz
hörmətli professor, Azərbaycanın
Əməkdar İncəsənət
xadimi L.V.Karagiceva vermişdi. O, Şəhla
xanımı tərifləyərək
deyirdi ki, Şəhla hər iki dili (Azərbaycan
və rus) eyni səviyyədə gözəl bilən peşəkar musiqişünasdır.
Sonralar
tale bizi Şəhla xanımla dəfələrlə
görüşdürdü. Mən Azərbaycanın Ali Attestasiya
Komissiyasının Humanitar
elmlər üzrə ekspert şurasının sədri vəzifəsində
işləyərkən Şəhla
xanım mənim müavinim kimi çalışıb və
bu vəzifədə də öz səriştəsini, biliyini,
prinsipiallığını göstərib. Daha sonralar isə Milli Elmlər Akademiyasında mənim layihəm və elmi redaktorluğum ilə çıxan Azərbaycan musiqi tarixinin çoxcildliyi
üçün bir neçə bəstəkarın
portretini yazıb təhvil verib. Bu, görkəmli bəstəkarlarımız, Səid
Rüstəmov (ikinci cild üçün) və üçüncü
cild üçün Süleyman Ələsgərovun
portretləridir, onların
həyat və yaradıcılıqlarının təhlili və tədqiqidir. Bunlar da
peşəkar musiqişünas
qələmindən çıxmış
yazılardır. Şəhla Həsənova
həm də bir sıra dəyərli
monoqrafiya, kitab və çox sayda məqalələrin müəllifidir.
Şəhla Həsənovanın ilk kitabı
da çox uğurlu olmuşdur. Azərbaycan
muğamının tematizmi
mövzusuna həsr edilən həmin tədqiqatda müəllif Azərbaycan muğamında mövzu,
Muğamın forma prosesi,
Muğam mövzu dramaturgiyasının əsas
aparıcısı kimi
problemlərin araşdırılmasını
təqdim edib. Müəllifin özü bir
sıra muğamları
şəxsən nota yazıb.
Şəhla Həsənovanın bu əsəri onun xalq şifahi ənənələrini, xüsusilə
muğamı gözəl
bilməsinə bir sübutdur. Böyük zəhmət bahasına
əldə olunmuş
bu biliklər Şəhla Həsənovanın
sonrakı işinin əsasını təşkil
edib.
2011-ci ildə Şəhla Həsənovanın XX əsr
Azərbaycan musiqisi: ənənə və müasirlik adlı monoqrafiyası işıq
üzü gördü.
Mən bu monoqrafiyada qaldırılan bəzi problemləri tezis şəklində olsa da vurğulamaq istərdim, çünki bunlar Azərbaycan musiqişünaslığının aktual problemləridir və onlardan çoxları müəllifin
sonrakı monoqrafiyasının
əsasını təşkil
edir. Ənənə tarixin müasirlikdə
mövcudluğudur, Şərq
və Qərbin musiqi ənənələrini
qovuşdurmuş bəstəkar
Üzeyir Hacıbəylidir.
Bəstəkar yaradıcılığını
bəhrələndirən həmişəyaşar
ənənə Azərbaycan
muğamıdır. Romantizm ənənələri
əsasında Fikrət
Əmirovun simfonik muğamlarına baxış
qanunauyğundur. Qara Qarayev
məktəbinin nümayəndələrinin
yaradıcılığında ənənələr sintezinin
xüsusiyyətləri özəldir.
Bu kontekstdə Ş.Həsənovanın, görkəmli
bəstəkar Xalq artisti Musa Mirzəyev yaradıcılığına həsr
etdiyi monoqrafiyası və dissertasiyasını
göstərmək istərdim.
Əsərdə qaldırılan problemlər
son vaxtlara qədər
heç bir tədqiqat işinin obyekti olmamışdır. Görkəmli bəstəkar Musa Mirzəyevin
yaradıcılığı isə elmimizin və musiqişünaslığımızın
tədqiqinə cəlb
olunmayıb. Bu mövzunun aktuallığı
da elə buradan irəli gəlir. Ona görə Ş.Həsənovanın
2008-ci ildə işıq
üzü gördüyü
Musa Mirzəyev monoqrafiyası
və həmin ildə dərc etdirdiyi Azərbaycanın
elm və mədəniyyət
xadimləri silsiləsindən
Musa Mirzəyevin biblioqrafiyası
bu sahədə atılmış ilk addımdır.
Qeyd edək ki, hər
iki nəşr yüksək dəyərləndirilərək
Humay mükafatına
layiq görülmüşdür.
Bizcə hər bir bəstəkar öz yaradıcılığının
Ş.Həsənova kimi
peşəkar musiqişünasın
tədqiqat mövzusuna
çevrilməsini arzulayardı,
xüsusilə də bu, az işlənmiş yaradıcılıqdırsa.
Ş.Həsənovanı həmin mövzuya
sövq edən cəhətlərdən biri
də elə bu idi. Söz yox ki, Musa Mirzəyevin
sənətinin yüksək
dəyəri əsas amillərdən olmuşdu.
Qeyd edək ki, bir
sıra, hətta çox məşhur bəstəkarların indiyə
kimi biblioqrafiyaları
tərtib olunmamışdır.
Yeri gəlmişkən qeyd edək ki, bu
texniki işi də Ş.Həsənova
özünə xas olan bacarıqla, xüsusi səriştə
ilə yerinə yetirmişdir. Bu bacarıq dissertasiyaya verilən çoxsaylı
(626 sayda) istifadə edilmiş ədəbiyyatda
da özünü göstərmişdir. Ş.Həsənova M.Mirzəyevin yazdığı
həm musiqi əsərlərinin, həm
də tənqidi-publisistik
məqalələrinin siyahısını
vermişdir.
Tədqiqatda bəstəkarın yaradıcılığı
ilk dəfə dərin
təhlil edilmiş və hərtərəfli
səciyyələndirilmişdir.
Bu, özlüyündə
müəllifin gördüyü
işin miqyasını
və mürəkkəbliyini
təsəvvür etməyə
imkan verir. Müəllif, milli musiqi mədəniyyətində çoxcəhətli
fəaliyyəti ilə
tanınan bəstəkarın
yaradıcılığını tədqiq etmək üçün ilk növbədə
onun sənət yolunu izləmiş, yaradıcılığının mərhələlərini ardıcıl
surətdə öyrənmiş,
onun yaradıcılıq
bioqrafiyasını tərtib
etmişdir. Bu məsuliyyətli işi yerinə yetirərkən Şəhla xanım ilk dəfə olaraq bəstəkarın arxivini
araşdırmış və
buradakı sənədləri
zərrə-zərrə toplamışdır.
Musa Mirzəyev yaradıcılığını səciyyələndirmək üçün
müəllif bəstəkarın
müxtəlif musiqi janrlarına aid əsərlərinin
böyük əksəriyyətini
ilk dəfə təhlil
etmiş, onun dəst-xəttinin mühüm
cəhətlərini aşkara
çıxarmış, yaradıcılığının
başlıca təmayülünü
müəyyən etmiş
və ümumi səciyyəsini vermişdir.
Ş.Həsənova, Musa Mirzəyevin
dəst-xəttinə xas
olan ən mühüm cəhətləri
- onun musiqi ifadə vasitələrindən,
musiqi dilini təşkil edən bütün ünsürlərdən
son dərəcədə qənaətlə
və zövqlə istifadə etməsini, romantik obrazlı məzmununu təcəssüm
etdirmək üçün
qeyri-adi vasitələrə
əl atmadan, bunları ənənəvi,
klassik strukturlar çərçivəsində aşkar etməsini, bəstəkarın yaradıcılığında
romantizmə aid miniatürçü
sənətkarlığını qeyd etmişdir.
Biz M.Mirzəyevi görkəmli bəstəkarlarımızın əsərləri üzərində redaktə və tamamlanma işləri aparmaqla məşğul olan və bunları yüksək peşəkarlıq səviyyəsində yerinə yetirən bir musiqiçi kimi tanıyırıq. Ş.Həsənova ilk dəfə olaraq onun bu sahədəki fəaliyyətini geniş təhlil etmiş, Ə.Bədəlbəylinin Qız qalası baletinin yeni redaktədə təqdim edilməsində, F.Əmirovun Nizami baletinin tamamlanmasında rolunu göstərmiş, bunları onun böyük xidməti kimi qeyd etmişdir. M.Mirzəyevin bir sənətkar kimi dolğun portretini yaratmaq üçün tədqiqatçı, onun musiqi əsərləri ilə yanaşı, ilk dəfə olaraq tənqidi-publisistik fəaliyyətini də təhlil etmişdir. Bəstəkarm müxtəlif illərdə işıq üzü görmüş məqalələrini, görkəmli musiqiçilərə, ifaçı kollektivlərinə, musiqi həyatının mühüm hadisələrinə, sənət problemlərinə həsr etdiyi dəyərli yazıları sistemləşdirərək, onun bu sahədə işini üzə çıxarmışdır. Müəllif, M.Mirzəyevin yaradıcılıq fəaliyyətinin bütün sahələrinin təhlilini verməklə, bunlar arasında qırılmaz bağlılığı göstərmiş və ilk dəfə olaraq bəstəkarın dolğun portretini yarada bilmişdir.
Yuxarıda deyilənlər əsərin monoqrafik cəhətini səciyyələndirən xüsusiyyətlərdir. Onun ən dəyərli cəhətlərindən biri budur ki, monoqrafık mövzunun araşdırılması müəllif tərəfindən birtərəfli aparılmamış, o, öz tədqiqatını maraqlı bir rakursda qarşıya qoyaraq M.Mirzəyevin yaradıcılığını milli bəstəkarlıq məktəbimizin ənənələri əsasında təhlil etmişdir. Bu, müasir dövr üçün olduqca aktual bir aspektdir, belə ki, ənənə anlayışının son illərdə elmi araşdırmalarda müxtəlif yozumlarda verilməsi yaradıcılıqda da buna münasibətin birmənalı olmadığını göstərir. Bu baxımdan M.Mirzəyevin yaradıcılığının müəllif tərəfindən ənənələr kontekstinə çıxarılaraq təhlil edilməsi həm işin elmi dəyərini artırır, həm də musiqi yaradıcılığı ilə bağlı bir çox məsələləri qarşılıqlı əlaqədə araşdırmağın zəruriliyini sübut edir. Ayrıca götürülmüş sənətkarın yaradıcılığının məhz bu rakursda tədqiq edilməsi Azərbaycan bəstəkarlarının müxtəlif nəsillərini birləşdirən qırılmaz varislik əlaqələrini üzə çıxarmış olur. Əsərin ilk fəslində iddiaçının ənənə anlayışı ətrafında aparılan geniş elmi diskussiyanı təqdim etməsi və bu barədə öz mövqeyini müəyyən etməsi də tamamilə məntiqi və məqsədəuyğundur, belə ki, ənənə probleminin geniş şərhini verməklə tədqiqatın müəllifi öz əsərinin möhkəm nəzəri bazasını hazırlayır və araşdırmalarını bunun üzərində qurur.
Tədqiqatda M.Mirzəyev yaradıcılığına aid olan hissə ilə onun tarixi-nəzəri bazasını təqdim edən hissə arasında möhkəm məntiqi əlaqənin olması həm də işin düzgün qurulması strukturu ilə şərtləndirilmişdir. Yəni I fəsildə ənənə məfhumunun şərhi (1.1.), daha sonra Üzeyir Hacıbəyli yaradıcılığının ənənələr qovuşuğunda səciyyələndirilməsi (1.2.) və sonrakı mərhələlərdə bəstəkarlar tərəfindən ənənələrə münasibətin geniş işıqlandırılması (II fəsil), irəlidəki üç fəsildə M.Mirzəyev yaradıcılığının müxtəlif sahələrində ənənələrin təzahürünün izlənilməsi nəticəsində milli bəstəkarlıq məktəbinin təşəkkülü və inkişafında ənənə amilinin nə dərəcədə mühüm rol oynaması aşkar olur. Müəllif, bəstəkarlıq məktəbimizin görkəmli nümayəndələrinin milli ənənənin təfsirinin müxtəlifliyini geniş şərh edir və Qara Qarayev məktəbini təmsil edən sənətkarların yaradıcılığı üzərində dayanır. Bu mülahizələrin məntiqi davamı kimi müfəssəl araşdırılıb təqdim olunan M.Mirzəyev yaradıcılığı iddiaçının verdiyi rakursda müxtəlif ənənələri sintezləşdirən maraqlı bir sənət nümunəsi kimi öz yerini tapır. Bütün bunlar tədqiqatın Nəticə bölməsində iddiaçı tərəfındən yüksək elmi səviyyədə ümumiləşdirilir.
Əsərdə bəstəkar yaradıcılığını inkişaf etdirən ənənələrə aid müddəaların məntiqi və düzgün olması müəllifin yalnız bəstəkar yaradıcılığına deyil, əvvəldə dediyimiz kimi milli musiqimizin şifahi qatlarına da dərindən bələd olması ilə bağlıdır. Şübhəsiz ki, milli musiqi yaradıcılığının şifahi janrlarının əsaslarını, milli musiqi təfəkkürünün qanunlarını, lad-məqam sisteminin qaydalarını kökündən öyrənib mənimsəməsi müəllifə bəstəkar yaradıcılığında milli musiqi ənənəsini araşdırmaqda kömək etmiş və bu istiqamətdə mühüm nəticələr əldə etməsinə imkan yaratmışdır. Belə ki, tədqiqat özündə həm ümumi sənətşünaslıq aspektini, musiqi nəzəriyyəsini, musiqi tarixi və musiqi folkloristikasını üzvi surətdə birləşdirərək fundamental tədqiqat olub, Ş.Həsənovanın hərtərəfli bilik və səriştəyə, zəngin elmi potensiala malik alim kimi səciyyələndirmişdir.
İrəli sürdüyü problemlərin mürəkkəbliyinə baxmayaraq, əsərin çox rəvan və oxunaqlı dildə yazılması diqqəti cəlb edir.
Şəhla Həsən qızı Həsənova uzun illərdir ki, Üzeyir Hacıbəyli adına Musiqi Akademiyasında çalışaraq çoxlu istedadlı musiqişünas kadrları yetirşdirmişdir.
Musiqişünaslığımızda özəl yeri olan, pedaqoq, sənətşünaslıq doktoru, professor, Azərbaycanın Əməkdar İncəsənət xadimi, Humay mükafatı laureatı, hörmətli Şəhla xanıma bu yubiley ilində cansağlığı və çoxşaxəli fəaliyyətində yeni-yeni uğurlar arzulayıram.
Zemfira SƏFƏROVA
AMEA-nın müxbir üzvü, professor, Əməkdar elm xadimi
525-ci qəzet.- 2016.- 2 iyul.- S.18.