“İntizar” operası - iki yaradıcı xanımın ortaq əsəri
Azərbaycanda əsası dahi Üzeyir Hacıbəyli tərəfindən qoyulan
opera sənəti ənənəsini
layiqincə davam etdirən görkəmli bəstəkarlarımızdan biri
də Firəngiz Əlizadədir.
Xalq artisti, professor Firəngiz Əlizadənin Azərbaycan
Milli Elmlər Akademiyasının müxbir
üzvü, filologiya elmləri doktoru, professor Nərgiz Paşayevanın
librettosu əsasında
qələmə aldığı
“İntizar” operası
21-ci yüzilin əvvəlində
yaranan, vətən mövzusunu parlaq əks etdirən səhnə əsəridir.
Bu möhtəşəm əsərdə Azərbaycan
xalqının ağrı-acıları,
xeyirlə-şərin mübarizəsi,
günahsız insanların
ölümü, yadellilərin
azərbaycanlı ailələrini
amansızcasına qətlə
yetirməsi əsas mövzu kimi götürülüb. Deməli, əsərin
məzmununda xalqımızın
Qarabağ dərdi əsas motiv mövqeyindədir.
Tərəddüdsüz deyə bilərik ki, həm vətənpərvərlik
ruhuna, həm də sənətkarlıq
baxmından bu əsər müasir dövrdə böyük önəm kəsb edir. Qeyd edək ki, operanın obrazları, ifadə tərzi yüksək səviyyədədir.
Musiqi məzmunu çox zəngin, orkestr səslənməsi olduqca
dolğundur. Orkestrin tərkibinə
xalq çalqı alətlərinin daxil edilməsi, muğam və müasir bəstəkarlıq üslubunun
qovuşdurulması zəngin
bir musiqi əsəri yaradıb.
Eyni zamanda operada elektron musiqidən də istifadə olunmağı diqqətəlayiqdir.
Əsərdə Vətən mövzusu fəlsəfi səviyyəyə
ucaldılaraq, opera dili
ilə öz mükəmməl ifadəsini
tapıb. Operada əvvəldən-sonacan qaranlıq gecənin aurası, qara buludların bir an olsun belə çəkilməməyi diqqətdən
yayınmayan vacib üslubi məqamdır.
Bu möhtəşəm səhnə
əsərinin ən başlıca uğuru sözlərlə musiqinin
vəhdətindən irəli
gəlir ki, nəticədə, insan bu operanı böyük maraqla, fikri bir an
da yayınmadan izləyir.
Azərbaycanın tarixi, xalqın keşməkeşli tarixi,
məişət həyatı
olduqca gözəl ifadə edilib. Opera boyunca ürək çırpıntıları, insanı tərk etməyən hiss-həyəcan
duyğusu bu əsərin “İntizar” adlandırılmağının heç də təsadüf olmadığını
göstərir. Maraqlı
məqamlar, obrazlı
ştrixlər olaraq operada suyun alovlanmağını,
evin od
tutub yanmağını
və bu kimi bir çox
detalları da qeyd etmək istərdim.
Torpağımızda yer verdiyimiz, rahat yaşamalarını təmin
etdiyimiz hiyləgər
düşmənlərin bizə
yaşatmış olduqları
amansız hadisələr,
faciələrimizin mahiyyəti
“İntizar” operasında
o dərəcədə dolğun
ifadə edilib ki, hər bir
insansevər, haqq-ədalət
tərəfdarı olan,
sənətsevər insanın
ürəyindən xəbər
verir.
“İntizar” opesında
Qarabağ uğrunda şəhid olan əsgərlərin məcazi
olaraq dirilməyi, Ağ atın sujet xəttində diqqətçəkən detal
kimi yer almağı gözəl bir mesajın ifadəsidir. O mesajı belə mənalandıra bilərik ki, biz Allahın böyüklüyünə,
haqqa inanan bir millətik. Qələbəyə olan inamımız
böyükdür. Bu intizar heç də uzun çəkməyəcək.
Haqq günəşi qarala bilməz, bu gün olmasa
da, sabah
mütləq doğacaq
o günəş.
Bu yığcam qeydləri hər iki
yaradıcı xanımın - Nərgiz xanım Paşayeva və Firəngiz xanım Əlizadəni
birgə ərsəyə gətirdikləri bu
gözəl yaradıcılıq abidəsinin milli
opera sənətimizin tarixinə həkk
olunması münasibətilə ürəkdən təbrik
edirəm. İnanıram ki, bu uğurlu əməkdaşlığın
ən azı “İntizar” kimi
dəyərli olan yeni
bəhrələrinin çox da intizarında qalmayacağıq.
Aysel
KƏRİM
525-ci qəzet.- 2016.- 2 iyul.- S.16.