Ədilə Hüseynzadənin 100 illiyilə
bağlı müsabiqə başa
çatıb
Bakı
şəhər Qara Qarayev adına Mərkəzi İncəsənət
Məktəbində Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodiki
Mərkəzin iş planına uyğun olaraq, görkəmli Azərbaycan bəstəkarı
Ədilə Hüseynzadənin
anadan olmasının
100 illiyinə həsr
olunmuş elmi konfrans və respublika müsabiqəsinin
yekun konserti keçirilib.
Elmi-Metodiki Mərkəzdən AZƏRTAC-a bildirilib
ki, bir turdan
ibarət olan müsabiqədə ümumilikdə
1000-ə yaxın şagird
iştirak edib.
Tədbirin əsas məqsədi Ədilə Hüseynzadənin xatirəsinin əbədiləşdirilməsi, onun əsərlərinin təbliğ edilməsi, eləcə də uşaq musiqi, incəsənət məktəblərində fortepiano ansamblı, fortepiano müşayiəti fənlərinin tədrisinin inkişaf etdirilməsi, bu istiqamətdə istedadlı şagirdlərin aşkara çıxarılması, onların dəstəklənməsindən ibarətdir.
Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev qonaqları salamlayaraq qeyd edib ki, bu müsabiqədə 1000-dən çox iştirakçının olması belə tədbirlərə tələbat və marağın artırılması, uşaqların estetik zövqünün formalaşdırılması, mədəniyyətimizin gələcəyini inkişaf və təbliğ etdirilməsi deməkdir.
Müsabiqəyə Respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət məktəblərindən fortepiano ansambl nominasiyası üzrə 240, müşayiət nominasiyası üzrə 251 ifa proqramı təqdim olunub. İfa proqramlarında Azərbaycan bəstəkarlarının, o cümlədən, xarici ölkə bəstəkarlarının klassik əsərləri öz əksini tapıb.
Müsabiqə iştirakçılarının çıxışlarını Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Tofiq Bədilxanovun sədrliyi ilə akademiyanın professoru Afaq Rüstəmova və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllimi Ülviyyə Manafovadan ibarət münsiflər heyəti qiymətləndirib.
Mədəniyyətşünaslıq üzrə
Elmi-Metodiki Mərkəz tərəfindən
müsabiqədə fərqlənənlərə diplom və fəxri fərmanlar verilib.
525-ci qəzet.- 2016.- 2 iyul.- S.17.