“Kardeş
kalemler” dərgisinin yeni sayında...
“Kardeş kalemler” dərgisinin may nömrəsi
Türk Dünyasında
İlin adamı seçilmiş, Özbəkistanın
böyük söz ustası, şair, yazıçı Şükrullaya
həsr olunub.
Dərginin “İraq” bölümündə
Ammar Məhəmməd
Nur Taha Sılaoğlunun şeirləri
yer alıb. “Azərbaycan” bölməsində
Vaqif Bayatlı Odərin, Xəzangülün
şeirləri və Afaq Məsudun “Qəza” hekayəsi verilib. “Qırğızıstan”
bölməsində Toloğon
Mamayevin şeirləri
və Rahat Abdıyevanın “Ala To ədəbiyyatı
dərgisi, üç
aylıq kültür
və ədəbiyyat
dərgisi, aprel/may/iyun - 2016, 5-ci sayı” yazısı yer alıb.
“Makedoniya” bölümündə Rabiə Ruşidin “Günəş doğarkən” və “Gül qurusu” şeirləri təqdim edilib.”Özbəkistan” rubrikası böyük özbək şairi Şükrullanın öz dilindən qələmə aldığı bioqrafiyası ilə açılır. Yazını Şükrullahın şeirləri izləyir.
Rubrikada Tahir Qəhhərin “Yıxılmayan ruh, qırılmayan qələm”, Firəngiz Şərifovanın tərcüməsində professor Qazaxbəy Yoldaşın “Ağsaqqal şairin möhtəşəm şeirləri”, Hüseyn Özbayın çevirdiyi “Kəfənsiz gömülənlərin aynasında sürgün illəri həqiqəti”, “Cədid fəaliyyətinin aynası (Həmid Xocayev), “Dostun Şükrulla”(Bəxtiyar Nəzərov) yazıları da verilib.
“Türkmənistan” bölməsində Hüdayi Canın tərcüməsində Əhməd Halmuradın “Könül quşu” hekayəsi yer alıb. “Uyğur” bölməsində İsmayıl Çingiz “Abdulxaliq Uyğur”un həyat və yaradıcılığından bəhs edib. “Türkiyə” bölməsində isə Cəmilə Xınacının “Türk dünyası qadın aydınlanması və Qazax yazar Qabit Musrəpovun Ulpan roman tərcüməsi”, Bəkir Yavuz Pəkacarın “Qazaxıstanın müstəqilliyinin 25-ci ilində Qazax dili və ədəbiyyatı tədqiqatları” Panel və kitab təqdimatı” yazıları verilib.
Müşfiq ŞÜKÜRLÜ
525-ci qəzet.- 2016.- 2 iyul.- S.13.