Vətən uğrunda
can əsirgəməyən qəhrəman
- şəhid çavuş Təbriz
Əsgərov
Vətəni qibləgah edən şəhidlər
Şəmkirin Morul kəndində şəhid çavuş
Əsgərov Təbriz
Hamlet oğlunun evini axtarıb tapdım.
Həyətdə şəhidin anası Kifayət xanımla üz-üzə gəldik,
yaxınlaşıb görüşdüm. "Təbrizdən
yazmaq istəyirəm"-
dedim. Təklifi qəbul edib
həyətdə qoyulan
oturacaqda oturdum. Atası
Hamlet Əsgərov da
gəlib əyləşərək
söhbətə başladı.
- Bizim münasibətimiz dədə-balalıqdan çıxmışdı,
dost idik, yoldaş idik. Bir-birimizə arxa kömək
idik. Üç uşağım var. Təbriz böyüyüm
idi. Belə oğullar ölmürlər,
necə ki, Azərbaycan var, Təbriz də var, onunla eyni
amal uğrunda şəhid olan oğlanlar da yaşayacaq. O, vətən
uğrunda canından keçdi.
Anası
Kifayət xanım:
- 24 yaşı yeni tamam olmuşdu. Sonsuz arzuları var idi. Qarışqanı belə ayaqlamağa
qıymazdı. Balaca uşaqların
qabağında da diz çöküb görüşürdü. Deyirdi, qoy şəxsiyyət olsunlar. Özlərinə verilən dəyəri
bilsinlər. Getdi hərbiyə
yazıldı. Xüsusi təyinatlı
bölüyə. Sevinirdi ki, 6 aylıq
kursu uğurla keçmişdi. Deyirdim ki, ay bala, özünü yaman çətin işə qoşdun. Cavab verirdi ki, ana
bəs kişi
nə üçün
yaranıb?! Oğlumu axırıncı dəfə mart ayının
25-i gördüm. Cümə günü
idi, gəldi. Bazar günü martın 27-si yola salırdım, bu darvazanın ağzına qədər də gedib, geri qayıtdı, bir də görüşdü
mənimlə və boynumu qucaqladı. Sonra dalınca baxa-baxa qaldım. Sən demə, həmin
gün atasının
yanına gedərək
onunla da bu tərzdə görüşübmüş.
Qardaşı Pərviz danışır:
- Mən evin kiçik oğluyam. Qardaşımı dedikcə çox istəyirdim. Məndə bir az ərköyünlük var, o isə başqa idi. Mən onun kimi ola bilmərəm...
O savaş günlərində hamı kimi, onlar da ermənilərin atəşkəs rejimini pozduğunu eşitdilər. Ömrünün 25 ilini hərbçi işləyən, Qarabağ döyüşləri başlayandan sonra gecəsi-gündüzü olmayan, döyüşlərdə fəal iştirak edən Hamlet Əsgərov oğlunun telefonuna zəng çatmadığından onu axtarmağa gedir. Ancaq evə əliboş, məyus qayıdır. Nəhayət, telefonuna zəng gəlir, xəbər verirlər ki, qoşunların təmas xəttində erməni təxribatının qarşısını alarkən çavuş Təbriz Əsgərov da şəhid olub. Aprelin 5-i axşamı Təbrizi sevdiyi üçrəngli bayrağa büküb evlərinə gətirirlər...
Anası Kifayət xanım bu xəbərdən sanki daşa dönmüşdü. Onun Təbrizi ölə biməzdi, Təbriz onun pənahı idi, gözünün nuru idi. Həyətdə üstünə qırmızı çəkilmiş stol bəzədi. Üstünə qırmızı rəngli toy xonçası qoydu. Qapıya gələnləri toya gəlmiş kimi qarşıladı. 23 bahar görmüş oğlundan bir bahar səhəri belə ayrılırdı. Əbədi ayrılığa göndərirdi oğlunu. Atası Hamlet döyüşçü olmuşdu. 1992-ci ildən bəri neçə şəhid dostunu, yoldaşını dəfn etmişdi. Onsuz da könlü şəhidlər məzarığı idi. Könlündə o qədər sirrləri, söhbətləri var idi ki. Təbriz də bu yolu seçəndə bilirdi ki, oğlu ölümlə nəfəs-nəfəsə dayanıb. Bu həyətə hər gəlişi toy-bayram ab-havası gətirirdi Təbrizin. Dostları, tay-tuşları, hərbidə işlədiyi həmkarları yığılırdı bu həyətə, yeyib-içib, gülüb danışardılar. Bu gün onların hamısı Təbrizin tabutunun başına yığışmışdılar. Hamı Təbrizin qəhrəmanlığından, qoçaqlığından, vətənpərvərliyindən danışırdı. Deyirdilər ki, son döyüşdə dəqiq atəşləri ilə neçə ermənini susdurub. Hətta döyüş vaxtı belə zarafatlarından qalmayıb. Daha sonra dostları ilə QƏLƏBƏ sevincini yaşayıb. Uca bayrağımızı Lələtəpə yüksəkliyinə sancanların sırasında o da olub. Güllə yarasından yox, qəlpədən dünyasını dəyişib. Heydən düşənə qədər əli tətikdə olub. Avtomatındakı son gülləni də atdıqdan sonra yıxılıb. Dəfndən sonra , üçrəngli Dövlət bayrağımızı əbədi xatirə kimi şəhidin atasına verdilər:
- Bayrağı Təbriz kimi
oğullar ucaldır. Axı o mənim oğlum idi. Başqa cür
də ola
bilməzdi.
Orada həlak olanların
hamısını öz
balam sayıram. Oğlum deyirdi ki, bizim
dirimiz əsgər, ölümüz şəhiddir.
Mən bilirəm oğlum kimdir, tək Şəmkir üçün deyil, Azərbaycan üçün
kimdir ,
nələr edib, bilirəm. Onu da mən heç kimə açıqlayan deyiləm.
Əgər bunu millətin 5 milyonu bilirsə, 3 milyonu bilmək istəmirsə, ona sübut edib, çatdırmaq fikrində deyiləm ki, bu səndən
ötrü gedib. Lakin fəxr edirəm. Mənim oğlumun da Vətən torpağı uğrunda həlak olduğu günlərdə bütün
dünya dərk etdi ki, Azərbaycan
xalqı var, vətənpərvər Azərbaycan
oğulları var.
Sonra Kifayət
xanımdan xahiş etdim ki, oğlunun
otağını göstərsin
mənə. Evin Təbrizə aid olan hissəsində onun portretləri, şəkilləri düzülmüşdü.
Yataq otağında isə qırmızı rəngdə bəy yorğan-döşəyi öz
sahibini gözləyirdi . Heç vaxt
gəlməyəcək sahibini...
Hamlet Əsgərovdan soruşdum:
- Müharibənin yenidən
başlanmasını istərdinizmi?
- Mən müharibənin başlanmasını
həmişə istəmişəm
ki, torpaqlarımızı
azad edək. İndi evimdə bir oğul da böyüdürəm.
Sabah onun uşaqları,
nəvələrim mənə
desələr ki, bu torpağı sən vermisən, deməyə söz taparıqmı...
Bizim torpaqlar döyüşlə
alınmalıdır. O torpaqları ermənilərdə
qoymaq bizim ən böyük günahımız olar!
Anası
Kifayət xanım bir başqa dərddən də söz açır:
- Mən 3 dəfə
əməliyyat olunmuşam. Onkoloji xəstəxanada
qeydiyyatdayam.
Təbrizin gücünə yaşayırdım. Oğlum həlak
olmazdan üç ay əvvəl əməliyyatdan
çıxmışam. 4 aydır
ki, müalicəyə
də getmirəm.
Şüa müalicəsi almalıyam.
Oğlum
demişdi ki, ana, kurs pulumu
alıb, səni yenidən müayinəyə
aparacam. 4 dəfə şüa götürməliyəm. Həyat yoldaşım 300
manat pensiya alır, özüm ali təhsilli
müəlliməyəm, amma
xəstəliyimə görə
mənə pensiya kəsilməlidir. Çox bahadır
şüa götürmək.
İmkanımız çatmır. Oğlum aylığını
göndərirdi, onun pulu ilə müalicəm
gedirdi, indi neyləyim?..
Şəhid çavuş Təbriz
Əsgərov haqqında
düşünəndə atası Hamletin bu sözlərini xatırladım: "Bir ləzzətli, ürəkdən
gülməyi var idi ki Təbrizin!
Güləndə səsi kəndə
yayılırdı". Bu sözləri deyəndə
istər-istəməz gözləri
gülmüşdü Hamletin.
Elə bil ki, oğlunu sağlığındakı kimi
xatırlayırdı, gülüşünə
sevinirdi...
Aida Eyvazlı
525-ci qəzet.- 2016.- 6 iyul.- S.8.