Ağcabədidə “Multikulturalizm
və kitab” mövzusunda zona konfransı keçirilib
İyulun
8-də Ağcabədi rayon mədəniyyət evində
“Multikulturalizm və kitab” mövzusunda zona konfransı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nəşri
olan “Azərbaycan multikulturalizminin ədəbi-bədii
qaynaqları” kitabının,
“Multikulturalizm” jurnalının
ilk nömrəsinin təqdimatı
keçirilib.
525.az-ın verdiyi məlumata görə, Mədəniyyət və
Turizm Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi,
Ağcabədi Rayon İcra
Hakimiyyəti və Azərbaycan Milli Kitabxanasının birgə
təşkilatçılığı ilə reallaşan konfransda ətraf rayonlardan olan mədəniyyət işçiləri,
kitabxanaçılar, ziyalılar,
din xadimləri iştirak
ediblər.
Tədbir
iştirakçıları əvvəlcə ümummilli
lider Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzi
meydanındakı abidəsini
ziyarət edərək
önünə gül
dəstələri qoyub,
“Multikulturalizm Azərbaycanın
həyat tərzidir” adlı kitab sərgisi ilə tanış olublar.
Ağcabədi Rayon İcra Hakimiyyətinin
başçısı Şahin
Məmmədov konfransı
açaraq ölkəmizdə
tarixən hökm sürən multikultural dəyərlərdən, ulu
öndər Heydər
Əliyevin tolerantlığı
dövlət siyasətinə
çevirməsindən, bu
siyasətin hazırda
Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsindən danışıb.
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxışında
multikulturalizmin ölkəmizdə
dövlət siyasətinin
nümunəvi modeli olmasından bəhs edib. Bildirib ki, “Azərbaycan
multikulturalizminin ədəbi-bədii
qaynaqları” kitabı
ölkəmizdə uzun
tarixi dövr ərzində formalaşan
multikulturalizmi özündə
əks etdirir. Tezliklə ingilis və rus dillərində də çap olunacaq kitab Azərbaycan multikulturalizminin
dünyaya çatdırılmasında
mühüm rol oynayacaq.
Konfransda
çıxış edən
Azərbaycan Respublikasının
millətlərarası, multikulturalizm
və dini məsələlər üzrə
Dövlət müşaviri,
akademik Kamal Abdullayev Ramazan bayramı münasibətilə
tədbir iştirakçılarını
təbrik edib, xalqımızın çoxəsrlik
multikultural ənənələrindən
danışıb.
Bildirib ki, multikulturalizm başqa dinin, millətin nümayəndəsinə insani
münasibət deməkdir. Bu dəyər Azərbaycan xalqına xas olan bir xüsusiyyətdir.
Hələ Dədə
Qorqud, Nizami Gəncəvi, Məhəmməd
Füzuli, İmadəddin
Nəsimi, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Abdulla Şaiq, Hüseyn Cavid kimi söz
dühaları öz əsərlərində başqa
dinin, millətin nümayəndələrinə böyük hörmət və ehtiramla yanaşıblar. Xalqımızın bədii söz
ustalarının tarix
boyu yazdığı
multikultural düşüncələr,
ideyalar, şeirlər,
hekayələr “Azərbaycan
multikulturalizminin ədəbi-bədii
qaynaqları” kitabında
özünə yer tapıb.
İlk nömrəsi çap olunan “Multikulturalizm” jurnalı haqqında danışan Kamal Abdullayev qeyd edib ki, jurnalda
Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının
rəhbəri, akademik
Ramiz Mehdiyevin, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədri Mübariz Qurbanlının dərin məzmunlu, əhatəli məqalələri
dərc olunub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı
Rəşad İlyasov
bildirib ki, “Azərbaycan multikulturalizminin
ədəbi-bədii qaynaqları”
kitabı “Azərbaycan
multikulturalizminin qaynaqları”
seriyasından ilk nəşrdir. Hazırda bu
seriyadan “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi
və ictimai-publisistik
qaynaqları” və “Azərbaycan multikulturalizminin
siyasi və hüquqi qaynaqları” adlı kitablar da hazırlanır. Həmçinin “Azərbaycan multikulturalizmi”
adlı dərsliyin də bilik gününədək
başa çatdırılması
nəzərdə tutulur.
Diqqətə çatdırılıb ki, hazırda dünyanın 13 ölkəsində
və respublikamızın
28 ali təhsil müəssisəsində elmi
redaktoru akademik Kamal Abdullayev olan “Azərbaycan multikulturalizminə giriş”
fənni tədris olunur. Azərbaycanın iki universitetində
multikulturalizm kafedrası
yaradılıb.
Mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev, Azərbaycan Yazıçılar Birliyinin
katibi, “525-ci” qəzetin
baş redaktoru Rəşad Məcid, Milli Məclisin deputatı Tahir Rzayev, Dini Qurumlarla
İş üzrə
Dövlət Komitəsinin
bölgə üzrə
şöbə müdiri
Əlizadə Nəcəfov,
“Multikulturalizm” jurnalının
baş redaktoru Fəxri Uğurlu və başqaları çıxış edərək
Azərbaycanda multikulturalizmin
tarixi ənənəsi
və xüsusiyyətlərindən,
ölkəmizdə aparılan
multikulturalizm siyasətindən
danışıb, konfransın
keçirilməsinin, “Azərbaycan
multikulturalizminin ədəbi-bədii
qaynaqları” kitabının,
“Multikulturalizm” jurnalının
nəşrinin əhəmiyyətini
yüksək qiymətləndiriblər.
Konfransda Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Azərbaycanda multikulturalizm” elektron məlumat bazası da təqdim edilib.
Daha sonra
qonaqlar Ağcabədi cümə məscidində
cümə namazına toplaşan rayon dindarları ilə görüşüb
söhbət ediblər.
Məsciddə yaradılan kitabxanaya “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı və “Multikulturalizm” jurnalı hədiyyə edilib.
525-ci qəzet.-2016.-
12 iyul.- S.2.